Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


İnvariant (yəni dəyişməz) komponent - Bu təhsilin əsasını təşkil edir. Ona hərdənbir yenidən baxılır və dəyişdirilir. Variativ



Yüklə 170,13 Kb.
səhifə21/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   17   18   19   20   21   22   23   24   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

İnvariant (yəni dəyişməz) komponent - Bu təhsilin əsasını təşkil edir. Ona hərdənbir yenidən baxılır və dəyişdirilir.

  • Variativ (yəni dəyişən) komponent - Bu komponent cəmiyyətin tələbatlarından asılı olaraq sistematik olaraq təzələnir və ona yenidən baxılır. Dövlət təhsil standartlarını tətbiq etməkdə, başlıca məqsəd vətəndaşların təhsil səviyyəsinin aşağı müəsisələrində təhsil almaq üçün bərabər şərait yaratmaqdır.

    Təhsil standartlarının yaradılmasının zəruriliyi müstəqil Azərbaycanın ilk Konstitusiyasında (1995) öz əksini tapmışdır. Belə ki, Konstitusiyanın “Təhsil hüququ” adlanan 42-ci maddəsinin sonuncu bəndində qeyd edilir: “Dövlət minimum təhsil standartlarının müəyyən edir”
    Azərbaycanın təhsil taixində ilk dəfə olaraq ümumi orta təhsilin dövlət standartları və Bazis tədris planı hazırlanaraq 26 aprel 1999-cu ildə Nazirlər Kabineti tərəfindən təstiq edilmişdir.
    Bu sənəddə ümumi orta təhsilin məzmunun mütləq minimumu, tədris yükünün maksimum həcmi, şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblər müəyyən edilmişdir.
    Dövlətin təhsil standartlarında şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblərə aşağıdakılar daxildir:

    1. Təlim bacarıqları;

    2. Kommunikativ bacarıqlar;

    3. Oxu bacarıqları;

    4. Əmək bacarıqları.

    Bazis tədris planında 8 təhsil sahəsi öz əksini tapır. Bunlar aşağıdakılardır:
    -Azərbaycan dili dövlət dili kimi;
    -Dillər və ədəbiyyat;
    -Riyaziyyat və informatika;
    -İctimai fənlər;
    -Təbiət fənləri;
    -Fiziki tərbiyə və gənclərin çağırışına qədərki hərbi hazırlığı;
    -İncəsənət;
    -Əmək hazırlığı(texnologiya
    19. Ənənəvi təhsil proqramları və kurikulumun fərqli xüsusiyyətləri.
    Müasir anlamda təhsilin məzmunu dedikdə, kurikulum və standartlar yada düşür.
    Kurikulum latın sözü olub, “yol, istiqamət, kurs” mənasını verir. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün fəaliyyətləri özündə birləşdirən konseptual sənəddir.
    30 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasında Ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) adlı sənəd qəbul edilmişdir. Onun məzmununa aşağıdakılar daxildir:

    1. Ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər;

    2. Ümumi təhsildə məzmun standartları;

    3. Ümumi təhsildə pedaqoji prosesin təşkili prinsipləri;

    4. Ümumi təhsildə fənlər üzrə həftəlik dərs saatlarının miqdarı;

    5. Şagird nailiyyətlərinin qiymətləndirilməsi;

    6)Fənn kurikulumlarının strukturu
    Müasir kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri və fərqli cəhətləri vardır.

    1. Ənənəvi təhsil proqramı bilikyönümlüdür. Müasir kurikulum isə şəxsiyyətyönümlüdür. Şəxsiyyətyönümlülük -Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır.

    2. Ənənəvi təhsil proqramı müəllimyönümlüdür.Müasir kurikulum isə şagirdyönümlüdür. Şagirdyönümlülük - təhsil sahəsində fəaliyyətlərin təhsilalanlarm mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir.

    3. Ənənəvi təhsil proqramı fənyönümlüdür. Müasir kurikulum isə nəticəyönümlüdür. Nəticəyönümlülük - nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.

    4. Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli xarakter daşımır.Müasir kurikulumunda isə inteqrativlik əsas prinsip kimi qəbul olunub. İnteqrativlik - təhsilin məzmun komponentlərinin bir- biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir.

    Ənənəvi təhsil proqramı təklifyönümlüdür. Müasir kurikulum isə tələbyönümlüdür. Tələbyönümlülük - fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır.

    Yüklə 170,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   62




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin