Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə29/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   25   26   27   28   29   30   31   32   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Laboratoriya işi - şagidlərdə müşahidəçiliyi, dəretmə qabiliyyətini inkişaf etdirir, əmək mədəniyyətini formalaşdırır. Laboratoriya işinin üstünlüyü ondadır ki, şagirdlərdə şagirdlərdə avadanlıqdan istifadə , ölçmə, hesablama bacarığı formalaşdırır. Bu metod daha çox fizika, kimya, biologiya dərslərində tətbiq olunur.
İllüstrasiya fakt və hadisələri hərəkətsiz göstərməyə deyilir. İllüstrasiyanın aşağıdakı növləri var: 1) əşyanın özü .Əşyanı görən uşaq onu heç vaxt yaddan çıxartmır. 2) əşyanın şəkli . 3) Əşyanın modeli və ya maketi 4) simvolik əyani-vəsaitlərə sxem, cədvəl, diaqram, xəritələr və s. daxildir.
Demonstrasiya hadisələri hərəkətdə nümayiş etdirməkdir ( təcrübələr aparmaq, tədris filmləri, animasiya filmləri vasitəsilə gözlə müşahidə edilməsi mümkün olmayan hadisələri şagirdlərə təqdim etmək).
Çalışmalar nəzəri bilikləri tətbiq etməyə imkan verir. Çalışmaların aşağıdakı növləri var: şifhi çalışmalar; yazılı çalışmalar ( üzündən köçürmə, imla, inşa) ; bədən tərbiyəsi çalışmaları; qrafik işlər. Çalışmalar təkrarla əlaqədardır.
Praktik işlər mənimsənilmiş biliklərin yoxlanılmasına şərait yaradır, şagirdləri məktəb mühitindən çıxarıb həyata, istehsal sahəsinə daxil edir.Məsələn coğrafiya meydançasında küləyin sürətinin , yağıntının miqdarının, atmosfer təzyiqinin olçülməsi, nivelirlə işləmək və s. Praktik işlər şagirdlərdə təşəbbüskarlığı, müstəqilliyi tərbiyə edir.
28.Yeni təlim texnologiyalarının təsnifatı - Bu süal imtahan biletlərinə daxil edilməyib.
29. İnteraktiv təlim metodlarının tətbiqi imkanları (beyin həmləsi, insert, klaster, BİBÖ və s.)
Beyin həmləsi: Bu metoda bəzən əqli hücum da deyirlər (ingilis dilində brain stominq). Bu strategiya XX əsrin 50-ci illərindən etibarən ABŞ-da tətbiq olunmağa başlanmışdır. Beyin həmləsi şagirdlərin tamamilə fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı bir problemin həlllinə cəlb edilir və qısa vaxt ərzində bütün fikir və təkliflər qeyd edilir. Əgər müəllim sualla müraciət edirsə, onda sual açıq sual olmalıdır. Məsələn: Göy cisimləri haqqında nə bilirsiniz? Bu zaman uşaqlar göy cisimləri haqqında nə bilirlərsə ,vərəqlərdə qeyd edirlər. Söylənilən fikirlərin hamısı qəbul olunur. Bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir, yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil və düzəliş edilir. Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamağa nail olmaqdır.

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin