Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri



Yüklə 170,13 Kb.
səhifə25/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   21   22   23   24   25   26   27   28   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

Şüurluluq və fəallıq prinsipi tələb edir ki, şagird təlim zamanı müəllimin rəhbərliyi altında, onun verdiyi istiqamət əsasında müstəqil düşünməyi, fikir yürütməyi, müşahidələr aparmağı, bilikləri müstəqil yolla əldə etməyi, yoldaşları ilə fikir mübadiləsi aparmağı, təqdimatlar etməyi, nəticəllər çıxarmağı bacarmalıdır. O material toplamalı, plan tərtib etməli, plan üzrə fəaliyyət göstərməli, öz işinin nəticələrini təhlil etməlidir.
Biliyi şüurlu mənimsəmənin bir neçə əlaməti vardır: Şagird materialı öz sözləri ilə danışmağı bacarır, kitabda olmayan misallar,nümunələr gətirə bilir, bildiyini təcrübədə - yəni misal, məsələ, çalışma həllində tətbiq etməyi bacarır.
Bu gün fəallıq dedikdə, təlim prosesində müəllimin deyil, şagirdin daha çox fəal olması nəzərdə tutulur. Məktəblərdə dərs prosesində tətbiq olunan interaktiv təlim metodları da məhz şagirdlərin fəallığına xidmət edir. Yəni təlimdə fəallıq prinsipi tələb edir ki, müəllim daha çox fasilitator – yəni yol göstərən, bələdçi, istiqamətverici rol oynasın, şagirdlər isə daha çox müstəqil tədqiqatlar aparmağı bacarsınlar.

Təlimdə sistematiklik və ardıcıllıq prinsipini Y.A.Komenski irəli sürmüş, sonralar K.D.Uşinski daha da genişləndirmişdir. Hər bir fənnin özünəməxsus elmi məntiqi vardır. Sistemlilik dedikdə, həm fənnin öz sistemi (məsələn, əvvəlcə qədim dünya tarixi, sonra isə orta əsrlər tarixi, yeni tarix, ən yeni tarix sistemli şəkildə öyrənilir), həm də hər bir fənnin məzmununda biliklərin sistemli şəkildə öyrənilməsi nəzərə alınır.Məsələn, riyaziyyat fənninin tədrisində əvvəlcə toplama , çıxma, daha sonra vurma , bölmə, kəsr, tənlik kimim əməllər ğyrədilir. Biliklər zəncir həlqələri kimi bir-biri ilə əlaqədardır. Həlqənin birinin qopması, zəncirin sistemini pozduğu kimi, biliklərin də öyrənilməsində ardıcıllığın gözlənilməməsi mənfi nəticələrə səbəb olur. Hər öyrənilən bilik sonra öyrədiləcək biliklərə yol açır, yeni biliklər əvvəl öyrədilənlərə əsaslanır. Beləliklə, biliklərin öyrədilməsində sistemlilik və ardıcıllıq prinsipinin gözlənilməsi, həm də materialın şüurlu mənimsənilməsinə şərait yaradır. Ardıcıl və sistemli verilən bilik asan və tez mənimsənilir, pərakəndə verilən biliklər isə tez unudulur

Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin