23.Təlimdə elmilik və müvafiqlik prinsipi Ümumtəhsil məktəblərində şagirdlərə elmlərin əsasları öyrədilir.Təlimdə elmilik prinsipitələb edir ki, ayrı-ayrı elmlər sahəsində baş verən yeniliklər anlayışlar, qaydalar formasında təlimin məzmununda öz əksini tapsın.Elmiliik prinsipinə uyğun olaraq şagirdlərin dərketmə imkanları vaxtaşırı olaraq nəzərdən keçirilir, anlayışların siniflər üzrə öyrənilməsində dəyişikliklər aparılır: müəyyən anlayışlar yuxarı siniflərin tədris proqramından çıxarılıb aşağı siniflərin tədris planına daxil edilir. Son dövrdə ayrı-ayrı fənlərin tədrisində şagirdlərə tədqiqat xarakterli tapşırıqlar verilir. Şagirdlər müxtəlif mənbələr üzərində müstəqil işləyir, təbiət və cəmiyyət hadisələri üzərində tədqiqatlar aparır, qeydlər edir, nəticələr çıxarırlar. Bu da təlim prosesinə tədqiqatçılıq xarakteri verir.
Elmilik prinsipi proqramların, standartların, dərsliklərin tərtibində və müəllimin nitqində də nəzərə alınmalıdır.
Təlimdə müvafiqlik prinsipi təlimin şagirdlərin yaş və anlaq səviyyəsinə uyğun qurulmasını tələb edir.
Müvafiqlik prinsipinin əsasında Y.A.Komenskinin formalaşdırdığı klassik qaydalar durur: asandan çətinə, sadədən mürəkkəbə, ümumidən xüsusiyə, məlumdan məchula.
Müvafiqlik prinsipi təlim prosesində hər bir materialı elə bölüşdürməyi tələb edir ki, onlar başa düşülən və qavranılmaya müvafiq olsun. Bu prinsip orta və zəif səviyyəli şagirdlərin də fəaliyyətini inkişaf etdirməyi nəzərdə tutur.Müəllim sinifdə şagirdləri tapşırıqlar üzərində işlədərkən də onların səviyyəsini nəzərə almalı, eyni mövzu ətrafında şagirdlərin dərketmə səviyyəsinə uyğun olaraq müxtəlif tipli şalışmalar tərtib etməlidir.
Bu prinsip şagirdlərin hazırlıq və inkişaf səviyyəsini, onların həyat təcrübəsini, maraqlarını nəzərə almağı tələb edir. Hər bir şagirdin qavrama qabiliyyəti, dərketmə imkanları eyni olmadığından müəllim təlim materialını onların gücünə, imkanlarına uyğunlaşdırılmalı, şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almalıdır.
24. Təlimdə şüurluluq və fəallıq, sistemlilik və ardıcıllıq prinsipi