Pedaqoji ünsiyyətin forma və üslubları. Ünsiyyətin səmərəsi onun forma və üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Ünsiyyətin iki başlıca for- ması ayırd edilir: formal və qeyri-formal ünsiyyət. Formal ünsiyyət rəsmi qaydalarla, normalarla tənzim olunur; müəllim-tələbə münasibətləri rəsmi münasibətlərdir.
Pedaqoji prosesdə qeyri-formal ünsiyyət ünsürləri də özünü göstərir. Belə ünsiy- yət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır və simpatiya və antipa- tiyaya isti münasibətə əsaslanır. Belə ünsiyyətdə müəyyən hədd – psixoloji məsafə,
«pedqoji pərdə» gözlənməli, o, müəllimin rəsmi vəzifələrini yerinə yetirməsinə mane olmamalıdır.
Göstərilən ünsiyyət formalarının heç birini unversallaşdırmaq olmaz. Pedaqoji fəaliyyətdə ancaq formal ünsiyyətə əsaslanmaq – təlimat və əmrlərlə hərəkət etmək formalizmə, yeknəsəqliyə, konservatizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər. Eləcə də ancaq qeyri-formal ünsiyyətə əsaslanmaq anarxiyaya, müəllim və tələbə arasında «pərdə»nin götürülməsinə səbəb ola bilər. Buna görə də, hər iki ünsiyyət formasını düzgün əlaqələndirmək, konkret şəraitdən, situasiyadan asılı olaraq yerinə görə tətbiq etmək lazımdır.
Pedaqoji ünsiyyətin xarakteri ünsiyyət üslubundan çox asılıdır. Ünsiyyət üsulu dedikdə, ünsiyyət fəaliyyətinin fərdi xüsusiyyətlərinin məcmusu başa düşülür. Fəa- liyyət prosesində rəhbərlik formasından asılı olaraq, üç əsas ünsiyyət üslübü fərqlən- dirilir: avtoritar, demokratik və liberal üslüblar.
Avtoritar üslub – inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır. Bu halda insana (uşağa, şagirdə, tələbəyə) sadəcə obyekt kimi baxılır: təşəbbüsə, etiraza imkan verilmir, müəllim öz dediyini həyata keçirir («Mən deyən olmalıdır»).
Demokratik üslub – əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, hu-
manizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana təlim-tərbiyə prosesinin fəal işti- rakçısı – subyekti kimi baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları, mənafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer verilir.
Liberal uslub – ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur: müəl- lim heç nəyə qarışmır, fəallıq göstərmir, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə işinin keyfiyyətinə mənfi təsir göstərir.
Qeyd edilən ünsiyyət üslubları içərisində ən səmərəlisi demokratik üslubdur. Ali məktəb müəllimi bu üsluba əsaslanmalıdır. Avtoritar və liberal ünsiyyət üslublarından yaxa qurtarmaq üçün tələbələrlə münasibətləri yeni əsaslarda – əməkdaşlıq, xe- yirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həssaslıq, ədalət, pedaqoji etika tə- ləbləri üzərində qurmaq, müəllim və tələbələri ayıran psixoloji səddi, şübhə və etimadsızlığı, qeyri-səmimiliyi aradan qaldırmaq, bir sözlə, ünsiyyət mədəniyyətinə yiyələnmək lazımdır.
Dostları ilə paylaş: |