Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə85/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   90
lazım olsa əlavə mənbə

Ali məktəbin strukturu


Ali məktəbin özünəməxsus strukturu, idarəetmə və rəhbərlik sistemi vardır. İdarəetmə sistemi iki yarımsistemi əhatə edir: idarəedən və idarəolunan sistemlər. İdarəetmə sistemi dedikdə, ali məktəb rəhbərliyi, onun struktur bölmələri, kollegial orqanlar, professor-müəllim və xidməti heyəti nəzərdə tutulur. İdarəolunan sistemə tələbələr, onların təşkilat və birlikləri, habelə müəllim və xidməti heyət daxildir.
Ali məktəbin idarə edilməsi oradakı çoxcəhətli münasibətləri, tədris-tərbiyə, elmi-metodik, təşkilati və təsərrüfat fəaliyyətlərini şüurlu şəkildə tənzim etməkdə ifadə olunur.
Ali məktəb rəhbərliyi inzibati və kollegial orqanlardan ibarətdir. İnzibati rəhbərliyi ali məktəb səviyyəsində rektor, prorektorlar, habelə idarə, bölmə və

şöbə rəhbərləri, fakültə səviyyəsində isə dekan və onun müavinləri, dekanlığın işçiləri həyata keçirir.


Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin Elmi Şurası, Elmi- Metodik Şura, fakültə elmi şuralari və elmi-metodik şuralar daxildir.
Ali məktəbdə bir çox struktur bölmələr fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir:
tədris hissəsi, magistratura və doktorantura şöbəsi, elmi-tədqiqat bölməsi, kadrlar şöbəsi, hüquq şəbəsi, istehsalat və pedaqoji təcrübə rəhbəri, arxiv şöbəsi, nəşriyyat, qəzet redaksiyası, elmi kitabxana və s.
Bunlardan əlavə ali məktəbdə ümumi şöbə, dəftərxana, mühasibatlıq, elmi-təd- qiqat institut və laboratoriyaları, fənn kabinetləri, telefon qovşağı, səhiyyə məntəqəsi, yeməkxana və bufetlər, mühafizə xidməti fəaliyyət göstərir.
Bütün bu strukturlar ali məktəbin ümumi fəaliyyətinin həyata keçirilməsinə, mütəxəssis hazırlığına bu və ya digər dərəcədə xidmət göstərir. Onların hər birinin öz sahəsində yaxşı çalışması ümumi məqsəd baxımından mühüm əhəmiyyət kəsb edir.


    1. Ali məktəb rəhbərliyi. Fakültə və kafedraya rəhbərlik



Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin