Ali məktəb rəhbərliyi. Ali məktəbə rektor rəhbərlik edir. Rektor ali mək- təbin bütün sahələri üçün dövlət qarşısında məsuliyyət daşıyır. Rektor tanınmış, nüfuzlu alim, böyük şəxsiyyət, bacarıqlı pedaqoq, baş tərbiyəçi və baş təşkilatçı kimi ali məktəb həyatında böyük rol oynayır. O, əmək qanunvericiliyinə uyğun olaraq kadrların seçilməsi və yerləşdirilməsini həyata keçirir, ali məktəbin və fakültələrin elmi şuralarında müsabiqə yolu ilə seçilmiş professor-müəllim heyətini əmrlə təsdiq edir. Rektor işçiləri yaxşı tanıdıqda, onlara hörmət və tələbkarlıqla yanaşdıqda, təşəbbüsləri həvəsləndirdikdə, müəllim və tələbələrə lazımi qayğı və diqqət göstərdikdə ali məktəbin bütün sahələrində işlərin uğurla getməsi üçün, kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaranması və hər bir işçinin daha məhsuldar işləməsi üçün əlverişli şərait yaratmış olur.
Ali məktəb rektorunun səmərəli fəaliyyəti onun işə məsuliyyətli münasibəti ilə sıx bağlıdır. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun təbirincə desək, rektor şöhrət və nüfuz üçün çalışmamalıdır; bu halda o öz işində uğur qazana bilməz. Əksinə, vəzifənin məsuliyyəti ilə çalışdıqda işlər lazımi qaydada gedir, şöhrət də, nüfuz da onu daha tez tapır.
Rektorun işinin səmərəsi həm də onun yüksək elmi, pedaqoji-psixoloji səriş- təyə malik olmasından, işgüzarlığından, təşkilatçılığından, şəxsi keyfiyyətlərindən, xüsusən müdrik, ədalətli, obyektiv, xeyirxah, mədəni, alicənab bir şəxsiyyət olmasından çox asılıdır. Belə rektor insanlara-tabeçiliyində olan müəllim və tələbələrə, tədris-köməkçi heyətə diqqət və qayğı ilə yanaşır, bəzən də güzəştə gedir, imkan daxilində kömək edir, eyni zamanda tələbkarlıq və prinsipiallıq göstərir.
Rektor ali məktəbin müxtəlif struktur bölmələrinə rəhbərliyi müvafiq prorek- torlar vasitəsilə həyata keçirir. Prorektorlar konkret sahələrə bilavasitə rəhbərliyi həyata keçirir və rektor qarşısında məsuliyyət daşıyırlar.
Prorektorlar aşağıdakı sahələr üzrə fəaliyyət göstərir:
tədris işləri üzrə prorektor (I prorektor); elmi işlər üzrə prorektor; humanitar məsələlər üzrə prorektor; qiyabi və əlavə təhsil üzrə prorektor; beynəlxalq əlaqələr üzrə prorektor; ümumi işlər üzrə prorektor; inzibati-təsərrüfat işləri üzrə prorektor.
Ali məktəb rəhbərləri-rektor və prorektorlar fakültə rəhbərliyi ilə sıx əmək- daşlıq şəraitində işləyir, müxtəlif tədbirləri onların fəal iştirakı ilə həyata keçirirlər.
Dostları ilə paylaş: |