Pedaqoji ünsiyyət və onun quruluşu.
Pedaqoji unsiyy
ət müəllimin şagirdlərlə təlim-tərbiyə prosesində həyata keçirdiyi peşə
ünsiyyətidir.Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün şərait
yaradılmasına yönəlmiş olur,kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və
s
əmərəli psixoloji iqlim yaratmağa imkan verir.Düzgün qurulmayan pedaqoji ünsiyyət
qorxu,inamsızlıq yaradır,diqqətin,hafizənin,iş qabiliyyətinin zəifləməsinə səbəb olur.Ona
görə də hər bir müəllimin pedaqoji ünsiyyətin mahiyyəti,onun sosial-psixoloji
mexanizml
əri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan
lazımi şəkildə istifadə etməsi zəruridir.Pedaqoji ünsiyyət,ümumiyyətlə,ünsiyyətin bütün
xüsusiyyətlərini özündə əks etdirir.Ünsiyyətin əsas xüsusiyyətləri isə bunlardır:
1)adamlar arasında informasiya mübadiləsi,2)adamlar arasında qarşılıqlı təsir
prosesi,3)adamların bir-birinin qavraması və bunun əsasında bir-birini anlaması.
Pedaqoji ünsiyyətin bu növləri məlumdur:
1)V
əzifələriə görə - informasiya mübadiləsi,şəxsiyyətlərarası anlama,başqa adamın
davranışını tənzimləmə.
2)M
əzmununa görə - təşkiledici,qiymətləndirici,intizamyaradıcı.
Müəllim elə bilik,bacarıq və vərdişlərə malik olmalıdır ki,onların köməyilə şagirdlərə təsir
göstərə bilsin,şagird kollektivindəki qarşılıqlı münasibətləri fəal şəkildə idarə edə
bilsin.Bunlar is
ə səmərəli pedaqoji ünsiyyətin olması deməkdir.Ünsiyyət
və fəaliyyət
qırılmaz əlaqəlidir. Onun bu komponentləri var: 1) ünsiyyətin məqsədi, 2) məzmunu, 3)
motivl
əri, 4) vasitələri, 5) normativləri. Pedaqoji ünsiyyət müxtəlif məqsədlər daşıya bi-
l
ər: 1) fərdi-idraki (nə isə yeni bir şeyi öyrənmək, məlumatı almaq məqsədi güdür), 2)
emosional (qiym
ətləndirmək, təəssüratı bölüşdürmək, münasibətləri bildirmək məqsədi
daşıyır).
Pedaqoji ünsiyyət zamanı məqsəd sadəcə olaraq elə ünsiyyətə girmək, ünsiyyət saxla-
maq ola bil
ər. Ünsiyyətin məzmunu təlim prosesində müəllimin qarşıya qoyduğu məq-
s
ədlə müəyyən edilir. Ünsiyyət vahid məqsədə yönəlmədən səmərəli nəticə verməz.
Ünsiyyətin səmərəliliyi onun məqsədindən, məzmunundan, motivlərindən, vasitələrin-
d
ən, normalara əməl edilməsindən asılıdır. Kiçikyaşlı məktəblilərdə ünsiyyətin məqsədi
d
ərk edilmir, o seçici olmur. Yuxarı siniflərdə bu isə əksinə, dərk edilmiş və seçici olur.
T
əlim prosesində şagird şəxsiyyətinə kifayət
qədər diqqət yetirməmək, təkcə təlim me-
todlarına üstünlük vermək böyük pedaqoji qüsurlarla nəticələnir. Odur ki, müəllim şa-
girdl
ərlə işləyərkən həmişə səmərəli pedaqoji ünsiyyət yaratmağa çalışmalıdır.