Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   ...   4   5   6   7   8   9   10   11   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

Müəllimlik fəaliyyəti ilə aktyorluq fəaliyyətinin oxşar və fərqli cəhətləri 
Müəllimlik fəaliyyəti ilə aktyorluq fəaliyyəti də bir-birinə çox yaxındırlar. Eyni zamanda, bu peşələrin bir-birinə oxşar və 
f
ərqləndirici cəhətləri də mövcuddur. Bu peşələrin oxşar cəhətləri aşağıdakılardır: 
Aktyor da, müəllim də tərbiyəçidir. İkisi də dinləyicilərə, tamaşaçılara, şagirdlərə, onların hislərinə və şüurlarına təsir 
göstərir, sözləri və hərəkətləri ilə hansısa fikri təbliğ edir, nəyi isə tənqid edir. 
Aktyor da, müəllim də kütlə qarşısında çıxış edir və ikisinin də təsiri kütləvi xarakter daşıyır. Hər ikisinin də əsas silahı 
sözdür və hər ikisi də sözün qüdrəti ilə istədiklərinə nail ola bilirlər. 
Onların ikisi də dinləyicilərin onlara olan münasibətlərindən həm sevinə, həm də kədərlənə bilirlər. Deməli, aktyor və 
müəllim auditoriyaya təsir göstərdiyi kimi, dinləyicilər, şagirdlər və tələbələr də onlara təsir göstərə, öz razılıqlarını və 
narazılıqlarını müxtəlif yollarla ifadə edə bilirlər. 
Aktyor da, müəllim də dedikləri sözlərə, fikirlərə biganə qalmır, onlara laqeyd olmur, dərindən inam bəsləyir, dediklə-
rini ürəkdən deyir və bu inam, etiqad dinləyicilərə, şagirdlərə də keçir, onlara güclü təsir göstərə bilir. 
Diqq
ətlilik, müşahidəçilik qabiliyyətinə malik olmaq həm müəllimin, həm də aktyorun fəaliyyəti üçün ən səciyyəvi işdir 
v
ə onlara öz işlərində daha böyük müvəfəqiyyətlər qazanmaqda, irəliləməkdə yaxından kömək edir, onların ustalıq-
larını daha da artırır. 
Aktyorluq v
ə müəllimlik fəaliyyətlərinin fərqli cəhətləri bunlardır: 
Aktyor t
əsadüfən toplaşan müxtəlif yaşlı tamaşaçılar qarşısında çıxış edir, onların tərkibi daimi deyil və tamaşadan-
tamaşaya dəyişilə bilir. Müəllim isə əksinə olaraq eyniyaşlı adamlarla işləyir və onların tərkibi uzun müddət sabit qalır. 
Aktyor oynadığı əsərin sözlərindən çıxa bilmir və yalnız dramaturqun verdiyi mətnə əsaslanır. Müəllim isə tədris 
proqramına və dərsliyə əsaslanır, orada nəzərdə tutulmuş fikirlərdən çıxış edir, lakin bunu öz sözləri ilə deyir, 
m
ətndən kənara çıxa bilir. 
Mimik v
ə pantomimik hərəkətlər, jestlər aktyorun fəaliyyətində üstünlük təşkil edir və onun sözlərinin təsir gücünü 
daha da artıra bilir. 
Müəllimin fəaliyyətində isə bu hərəkətlər üstünlük təşkil etmir, yalnız onun fikirlərini əyaniləşdirmək, emosionallaşdır-
maq m
əqsədini güdür. 
Aktyorun ifa t
ərzi, maneraları əvvəlcə rejissor tərəfindən planlaşdırılır və dəqiqləşdirilir, bundan kənara çıxmaq olmur. 
Müəllim isə şəraitdən, şagirdlərin münasibətlərinin xarakterindən asılı olaraq dərsinin, keçirdiyi tədbirin gedişatında 
müəyyən düzəlişlər edə bilər. 
Aktyorun tamaşaçıları passivdirlər, yalnız baxır və qulaq asırlar, aktyora söz deyə, münasibət bildirə bilməzlər. Çünki, 
tamaşada buna icazə verilmir. Müəllimin dərsində isə şagirdlər fəaldırlar, onlar həm düşünür, həm əməli iş görür, həm 
d
ə suallar verir, müəyyən fikirlər söyləyirlər. 
Bu peşələr arasında aparılan müqayisəli təhlillər sübut edir ki, müəllimin fəaliyyəti aktyorun fəaliyyətindən daha çətin 
v
ə mürəkkəbdir. 
Bütün bunlarla yanaşı, aktyor sənətini səciyyələndirən bəzi xüsusiyyətləri, o cümlədən, sözün deyilişi tərzini, mimik və 
pantomimik h
ərəkətləri ilə əlaqədar olan məharətini mənimsəyən və onlardan yeri-yerində istifadə edən müəllimin pe-
daqoji qüdrəti getdikcə daha da artır, pedaqoji ustalığı təkmilləşərək yüksək zirvələrə qalxır. 


T
əlim-tərbiyə prosesini idarəetmədə müəllimin ustalığı 
Müəllimin fəaliyyəti yaradıcı işdir və o əsasən, dərs prosesində həyata keçirilir. Dərsdə müəlli-
min verm
ək, ötürmək, öyrətmək tələbatı reallaşdırılır, həyata keçirilir, yaradıcılığı üzə çıxır. Bu 
gün istifadə etdiyimiz ənənəvi təlim metodikasında bir sıra qüsurlar var. Müəllimlər müasir iqtisa-
di, sosial, m
ənəvi problemlərin həllindən bəzən qaçır, şagirdlərdən zəif mənimsənilmiş təlim ma-
terialını yadda saxlamağı tələb edirlər, onları müstəqil fikirləşməyə, düşünməyə öyrətmirlər. Bu 
cür tədris getdikcə dəyişdirilməli, təlim prosesinin təşkilinə keyfiyyətcə yeni baxış 
formalaşdırılmalıdır. Uzun müddət təlimdə hökm sürən formalizmi, ehkamçılığı, əzbərçiliyi 
aradan qaldırmaq, təlimə təşəbbüskarcasına, yaradıcı yanaşmaq üçün əsası V.Şatalov, Y.İlyin, 
S.Lisenkova, İ.Volkov, M.Şetinin tərəfindən qoyulmuş əməkdaşlıq pedaqogikasını yaxşı bilmək 
v
ə ondan düzgün istifadə etmək lazımdır. Əməkdaşlıq pedaqogikası uşaqların təlimə, müəllimlə 
birg
ə əməkdaşlığa cəlb olunmasını əsas götürür. Sosial şəraitin dəyişməsi təlim sisteminin də, 
müəllim şagird münasibətlərinin dəyişməsini də tələb edir. Əməkdaşlıq metodikasına istinad 
etm
əklə işləmək müəllim üçün asandır. Müəllim də, şagirdlər də sakitdirlər, inamlıdırlar və hər 
işlə sevinərək məşğul olurlar. Bütün bunları nəzərə alaraq əməkdaşlıq pedaqogikası bu 
ideyaları (prinsipləri) təbliğ edir: 
1) 

Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin