Müəllimin pedaqoji taktı
“Takt” italyan sözü olub, “toxunma”, “qarşılıqlı münasibətlər” mənasını verir. O insanların
qarşılıqlı münasibətlərini nizama salmağa kömək edən əxlaqi kateqoriyadır, humanizm
prinsipin
ə əsaslanır və mürəkkəb, ziddiyyətli anlarda belə, insana hörməti saxlamağı
kömək edir. Taktlı olmaq – hər bir insana, xüsusilə də, inkişaf edən şəxsiyyətlə ünsiyyət-
d
ə olan üməllimə yönəlmiş əxlaqi tələbdir. Pedaqoji takt adi taktdan ona görə fərqlənir
ki, o t
əkcə müəllimin şəxsi keyfiyyətlərini deyil (uşaqlara hörmət,
məhəbbət, nəzakətli-
lik), h
əm də onun şagirdlərə düzgün münasibət seçmək bacarığını əhatə edir, yəni, bu
uşaqlara təsir etməyin tərbiyəedici, ən təsirli vasitəsidir.
Bel
əliklə, pedaqoji takt şagirdlərlə məqsədyönlü pedaqoji təsir göstərmə vasitəsi, ünsiy-
y
ətin ən səmərəli tərzini yaratmaq bacarığıdır. Pedaqoji takt şagirdlərlə ünsiyyətdə irfat-
çılığa yol vermir. Böyük rus pedaqoqu K.D.Uşinski müəllimin işini səciyyələndirərkən ya-
zırdı ki, məktəbdə ciddilik, xeyirxahlıq, ədalət, qayda-qanun və ən əsası ağıllı iş hökm-
ran olmalıdır.
Pedaqoji takt müəllimin davranışının sabitliyində (səbirlilik, təmkinlilik, dözümlülük) özü-
nü göstərir. Müəllim şagirdə nikbin yanaşmalı, ona inanmalı, səhv etməkdən qorxmama-
lıdır. Şagirdlərin imkanlarını pessimistcəsində qiymətləndirən və bunu addım başı hər
yerd
ə qeyd edən müəllim taktsız hərəkət edir. Müəllimin inamı şagirdlərin inkişafına bir
növ stimul olmalıdır. Bundan ötrü şagirdin ilk müvəfəqqiyyətlərini düşünülmüş
şəkildə
artırıb tərifləmək lazımdır ki, uşaq öz cəhdlərindən, müvəfəqqiyyətlərindən sevinc duya
bilsin. Lakin bu inam s
əbirli olmalı, konkret işlərlə möhkəmləndirilməli, müəllimin şagirdə
qarşı ayıqlığı və nəzakəti ilə əlaqələndirilməlidir. Şübhəyə yol vermək olmaz. Müəllimin
ünsiyyət
mədəniyyəti, taktı qarşılıqlı təsirin müxtəlif formalarında – dərsdə, sinifdənxaric
t
ədbirlərdə, istirahət vaxtlarında üzə çıxır.
Pedaqoji takt bir t
ərəfdən də müəllimin davranışının çevikliyini – taktikanı nəzərdə tutur.
Çünki, müəllim uşaqlar qarşısında müxtəlif rollarda çıxış edir ki, bu da müxtəlif hallarda
takt nümayiş etdirməyi tələb edir. Sinif məşğələyə hazır olmadığı zaman dərsdə dəqiq-
lik, ciddilik, r
əsmilik lazımdır. Sinifdənxaric işdə isə fərdi söhbətlər, gəzintilər, ekskursi-
lar zamanı çox vacib olan sərbəstlik, səmimilik, yaxınlıq, oyun zamanı dostcasına ünsiy-
y
ət, asudə vaxt zamanı isə etibar lazım gəlir.
Bel
əliklə, göründüyü kimi, rollu mövqelər biz müəllimləri şagirdlərlə əməkdaşlıq etməyə,
onlarla ünsiyyətdə pedaqoji takta əməl etməyə, ünsiyyət texnikasına yiyələnməyə çağı-
rır.
Taktlı müəllimin əsas xarakterik cəhətləri həssaslıq, diqqətlilik, düşüncəlilik, nəzakətlilik,
hazırcavablıq, yumor hissinə malik olmasıdır. Uşaqlar belə müəllimi sevir, həmişə ona
müraciət edir, onu özü üçün ideala çevirir və həmişə ona oxşamağa çalışır, ondan nü-
mun
ə götürür, onun ən gözəl keyfiyyətlərini, dediyi sözləri, etdiyi hərəkətləri bütün ömür-
l
əri boyu ən xoş xatirə kimi xatırlayırlar.