Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   2   3   4   5   6   7   8   9   ...   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

 


Pedaqoji prosesd
ə inandırma metodu 
Şagirdlərə tərbiyəvi təsir göstərməyin mərhələləri arasında başlıca rol müəllimə məx-
susdur. Onun s
ənəti şagirdlə ünsiyyətdə olmaq, ona təsirgöstərmə sənətidir. Şagirdə 
komminukativ yolla, y
əni sözlə təsir göstərməyin əsas forması inandıqmaqdır. Müəllimin 
h
ər hansı bir təsiri ən son nəticədə tərbiyə edənlərin formalaşmasına göstərişlərin, mü-
nasib
ətlərin, hislərin, hərəkətlərin möhkəmlənməsinə, yaxud dəyişməsinə, yəni məktəb-
lil
ərin psixikasına və davranışının bütün tərəflərinə təsir etməyə doğru yönəlmişdir. Bö-
yüyən insan həyatı boyu sosial dairə ilə, təbiətlə qarşılıqlı təsirlərdə olur. Bu qarşılıqlı 
t
əsirlərin nəticəsi kimi onun inamları, bilikləri, baxışları və münasibətləri, davranış nor-
maları sistemi meydana gəlir. İnamlar həqiqi və yalan olurlar. Həqiqi inamlar real ger-
çəkliyə müvafiq olur və insanın şəxsiyyətini ictimai cəhətdən qiymətli edir. Yalançı -
inamlar is
ə həm insanın özü, həm də bütün kollektiv, cəmiyyət üçün səhv, zərərli 
h
ərəkətlərə aparıb-çıxarır. İnandırma formaları kimi disputlardan, müzakirələrdən, 
söhbətlərdən, müəllimin nitqindən, şəxsi nümunəsindən istifadə edilir. İnandırma 
qarşılıqlı təsir metodu kimi bu tələblərə cavab verməlidir: 
1) 
İnandırmanın məzmunu və forması şagirdin yaş üzrə inkişaf səviyyəsinə uyğun 
olmalıdır. 
2) 
İnandırma tərbiyə edilənin fərdi xüsusiyyətlərini nəzərə almaqla qurulmalıdır. 
3) 
İnandırma ümumiləşdirilmiş qaydalarla yanaşı konkret faktlara, nümunələrə də 
əsaslanmalıdır. 
Müəllim, tərbiyəçi başqalarını inandırmaqla bərabər öz dediyinə özü də dərindən inan-
malıdır. Bundan başqa inandırmanın effektli olması üçün qarşılıqlı təsirin gücü, şagirdin 
psixi xüsusiyyətləri, müəllimin və şagirdin əqli-hissi vəziyyəti şərtləri gözlənilməlidir. 
İnandırmanın səmərəli olması üçün müəllimin sözləri və hərəkətləri bir olmalıdır. Çünki, 
uşaqlar müəllimin sözündən çox onun hərəkətlərinə inanırlar. Yadda saxlamaq lazımdır 
ki, bütün təlim-tərbiyə prosesi uşaqlarda milli idealogiyanın formalaşmasına xidmət et-
m
əlidir. 


Pedaqoji prosesd
ə təlqin metodu 
T
əlqin insanların ünsiyyət və fəaliyyət proseslərindəki qarşılıqlı təsir vasitələrindən biri-
dir. T
əlqinin əsas xüsusiyyətləri onun şəxsiyyətin quruluşuna nəzarətsiz daxil olmasın-
da, adamın psixikasına və davranışına təsir göstərməsində və gündəlik həyatda hərə-
k
ətlər, cəhdlər, motivlər, göstərişlər şəkildə reallaşa bilməsidir. Biz həyatda təlqinlərə 
tez-tez rast g
əlirik. İstər ailədə, istər işdə və başqa sahələrdə daim bu təsirlər altında hə-
r
əkət edir və fəaliyyət göstəririk. 
T
əlqinlə təsir etmək adamdan çox böyük məharət tələb edir. Bu, inandırmağı bacarmaq 
istedadıdır. İnsan psixologiyasına təsiri əvəzsiz olan söz və onun deyim formaları, nitq 
v
ə natiqlik məharəti, sözün düzgünlüyü və vaxtında deyilməsi, söz deyildikdə ona uyğun 
h
ərəkətlər, sifət və onun mimikası təlqin üçün əsas şərtdir. Sözlə insanı ilhamlandırmaq, 
onda yaşamaq eşqini artırmaq, iradəsini möhkəmləndirmək, əhval-ruhiyyəsini yaxşılaş-
dırmaq, həm də əksinə, insana zərbə vurmaq, qəlbinə “xal” salmaq, öz gücünə inamsız-
lıq yaratmaq və mənəvi ölümə məhkum etmək olar. Necə deyərlər “söz var dağa qaldı-
rar, söz var dağdan endirər”. 
T
əlqini qəbuletmə və qabiliyyətinə görə insanları 5 qrupa bölmək olar. 1-ci və 2-ci pilləyə 
aid olan insanlar t
əlqini çox tez qəbul edirlər. 3-4-cü qrupa aid olan insanlar isə heç bir 
t
əlqini qəbul etmir və avtohipnoza belə düşmürlər. Belə adamlar psixi cəhətdən 
pozulmuş, beyin-sinir xəstəliklərinə tutulmuş insanlar olurlar. 5-ci qrupa kiçik yaşlı 
uşaqlar aiddir. 
Çox kiçik yaşlı uşaqlar da təlqinləri qəbul etmirlər. Çünki, onlarda hələ şüur lazımi səviy-
y
ədə inkişaf etməmişdir. 
T
əlqinin keyfiyyətli alınması hər bir adamda onun psixi keyfiyyətinin – təlqinliyinin olma-
sından asılıdır. Təlqinlilik sinir sisteminin normal xassəsidir, öz davranışını başqalarının 
davranışı ilə dəyişdirmək istəməsidir, ona tabe olmasıdır. Təlqinlilik təlqin edilənin yaşın-
dan, cinsind
ən, sağlamlığından, əqli inkişafından və başqa amillərindən asılıdır. 
Mançestirli həkim-cərrah Bred (1795-1890) insanda bu fizioloji və psixoloji prosesin ilk 
izahını verdi. O, göz-görmə aparatına təsir etməklə xəstəni təlqin edir və yuxulu vəziy-
y
ətə salırdı. Bununla da Bred meditasiyanın elmi mexanizmini aşkar edib onun yuxuya-
b
ənzər bir hal olduğunu qeyd etdi, sübut etdi ki, bir çox forma və metodlarla hipnoz və 
t
əlqin hadisələrini əldə etmək olar. Onların köməyilə bir çox xəstələri müalicə etmək və 
h
ətta cərrahiyyə əməliyyatları da aparmaq mümkündür. 
XIX-XX 
əsrlərdə Tokarski, Pavlov, Bexteryev, Rojnov və bir çox alim və psixoterapevtlər 
d
ə bu sahə ilə yaxından məşğul olmuşlar. Bu mənəvi və fiziki təsirlərin forma və metod-
larını onlar açıb göstərmişlər, yəni hipnozu və təlqini dərin elmi əsaslarla sübuta yetir-
mişlər. Hipnoz və təlqin haqqında ilk tarixi məlumatlar məhz bu cürdür. 



Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin