Pedaqoji ünsiyyət və onun quruluşu. Pedaqoji unsiyy



Yüklə 353,47 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix30.04.2023
ölçüsü353,47 Kb.
#105125
1   ...   4   5   6   7   8   9   10   11   12
Pedaqoji usatalığın əsasları (Mühazirələr 21-40)

Müəllimin pedaqoji əmək mədəniyyəti 
Bilirik ki, müəllim pedaqoji ustalığa yiyələnmək üçün nəinki öz fənnini ali məktəb 
proqramlarının tələbləri çərçivəsində əsaslı surətdə bilməli, həm də insanları narahat 
ed
ən hər şeylə - siyasət, elm, incəsənət, texnika, idman sahələri ilə də maraqlanmalıdır. 
Çünki, bütün təlim-tərbiyə prosesində olduğu kimi, dərsdə də həmişə siyasi istiqamət 
elementi özünü göstərir. Dərs – o həm kafedra həm tribuna, ümumiyyətlə mövqedir ki, 
burada müəllim özünün və uşağın dünyaya, aləmə münasibətini müəyyən edir. Elə 
pedaq
oji ustalığın əsası da buradadır. Müəllim öz pedaqoji ustalığını artırmaq üçün 
şagirdlərini daim öyrənməli, bunun üçün müxtəlif üsullardan istifadə etməli, onların 
inkişaf səviyyələrini, (hafizəsini, diqqətini, iradəsini) sınağa çəkməlidir. O, heç vaxt hökm 
verm
əkdə tələsməməli, öz şagirdləri haqqında heç də pis düşünməməlidir, onun 
q
əlbinə, psixoloji aləminə yol tapmağa çalışmalıdır. Dərsdə optimal psixoloji rejim 
yaratmaq üçün müəllim ilk növbədə ona diqqətini toplamağa mane olan, onu yayındıran, 
qıcıqlandıran cəhətləri, (sinif şəraiti, yoldaşlarının davranışı, müəllimin öz davranışı, öz 
işi) aradan qaldırmalıdır. Dərsdə şagirdlərin heç nə ilə məşğul olmamaları gənc 
müəllimin nəzərindən heç də yayınmamalıdır. Şagirdi isə çox şeylər (hazırlamadığı 
d
ərs, sevimli futbol, xokkey komandasının məğlubiyyəti, yoldaşı ilə küsüşməsi, təzə 
oxuduğu kitab, baxdığı teleserial və s. məsələlər) narahat edir. Buna görə də müəllim 
uşaqların sifət cizgilərinə əsasən onların diqqətini idarə etməyi bacarmaq üçün xüsusi 
psixoloji bilikl
ərə və təcrübi vərdişlərə sahib olmalıdır. 
Şagird dərsdə yalnız ətraf aləmin əşya və hadisələrini dərk etmir, onda onlara qarşı 
müəyyən münasibətlər də yaranır. Bu hadisələrin bəziləri onu narahat edir, bəzilərinə 
qarşı o biganə qalır, nəsə onun xoşuna gəlir, nəyəsə laqeyd olur, o bəzi müəllimləri 
sevir, b
əzilərinə isə ancaq dözür. 
Psixoloqlar müsbət emosiyaları insan fəaliyyətinin nəhəng vadarediciləri və 
ilhamvericil
əri hesab edirlər. Dərsin emosional-intellektual fonu müxtəlif yolllarla əldə 
edilir. 
1) D
ərs zamanı öyrədilən və əlavə materialın məzmununda maraqlı məlumatlardan 
istifad
ə etməklə; 
2) D
ərsdə bu və ya digər kəşflər, tanınmış alimlərin həyatı və fəaliyyəti haqqında 
m
əlumatlar verməklə; 
3) 
Şagirdləri onlar üçün maraqlı yaradıcılıq işinə cəlb etməklə; 
4) 
Müəllimin keçdiyi təlim materialına emosional münasibəti ilə. 
G
ənc müəllimlər yadda saxlamalıdırlar ki, öyrənilən materialın gözəlliyi, obrazlığı, 
emosional g
ərginliyi müəllimin bacarıqlı şərhi ilə şagirdlərə çatdırılır, onlara çox ciddi 
t
əsir edir 


T
ərbiycəçinin ustalığı və onun mahiyyəti 
T
ərbiyə etməyi bacarmaq özü də bir növ ustalıqdır. Ustalıq – məktəblilərin effektiv inki-
şafını stimullaşdıran pedaqoji situasiyalar yaratmaq bacarığıdır. Tərbiyəçinin ən mühüm 
v
ə vacib bacarıqlarına bunlar daxildir. 
1) 
Uşaqlar aləmində, ayrıca hər bir uşağın həyatında müxtəlif pedaqoji situasiyalar-
da baş verən prosesləri düzgün qavramaq bacarığı. 2) situasiyanın seçilməsinə 
aid “məqsəd – vasitə - nəticə” qarşılıqlı əlaqələri təhlil etmək bacarığı. 3) Öz əh-
vali-ruhiyy
əsini, hislərini və fikirlərini sözlə, mimika ilə, hərəkətlərlə dəqiq ifadə et-
m
ək bacarığı. 5) Fərdi yanaşmanı düzgün tətbiq etmək bacarığı. 6) Uşaqların tə-
şəbbüslərini inkişaf etdirmək bacarığı. 7) Çətin anlarda onlara kömək etmək ba-
carığı. 8) Şagird kollektivinin rəyinə inanmaq, onlarla məsləhətləşmək bacarığı. 
9) h
ər bir şagirddə müsbət keyfiyyətləri axtarıb tapmaq və öz münasibətlərini 
bunlar üzərində qurmaq bacarığı. 10) Şagirdləri sevilən və sevilməyənlərə ayır-
mamaq bacarığı. 11) Hər cür zülmə, haqsızlığa, natəmizliyə qarşı barışmaz 
olmaq bacarığı. 12)Şagirdlərdə əxlaqi dəyərləri formalaşdırmaq bacarığı. 13) 
Şagirdlərdə xeyir və şər haqqında dəqiq təsəvvürlərə əsaslanan şəxsi inamlarını 
mühafizə etmək qabiliyyətini inkişaf edtirmək bacarığı. Tərbiyəçinin bilik, bacarıq 
v
ə qabiliyyəti müəllim şəxsiyyətinin vətəndaşlıq mövqeyi, humanist istiqamətliliyi 
il
ə əlaqələndirildikdə daha yaxşı və arzuolunan nəticəni verir. Tərbiyəçinin 
mövqeyi, idealları, qiymətli dəyərləri tərbiyə edilənlər üçün nümunədən başqa, 
h
əm də onun professional ustalığının əsasıdır. Tərbiyə prosesinin 
texnologiyasının qayğısını çəkərək bütün münasibətlər sistemini inkişaf etdirən 
şəxs usta tərbiyəçi kimi yetişə bilər. Təcrübəli tərbiyəçilər insan münasibətinin 
inc
əliklərindən baş çıxara bilir. əsl usta tərbiyəçi bütün fəaliyyətində şagird 
kollektivinin, uşaq münasibətlərinin, ünsiyyətin gücündən ağılla istifadə edir, 
yaşıdları ilə münasibətləri alınmayan uşaqlar onun diqqətini daha çox cəlb 
edirl
ər. 



Yüklə 353,47 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin