721) Anestetiklərin əlavə təsirlərinə hansı aid deyil?
A) Arterial hipertoniya
B) Epileptik tutmalar
C) Oyanıqlıq, baş ağrısı
D) Ağızda metal dadı
E) Yuxululuq, qulaqda küy
Ədəbiyyat: Дж.Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер. с англ., Москва, «Практика», 1997 г.
722) Lidokain və prilokain məlhəmindən nə zaman istifadə olunmur?
A) Venaların kateterizasiyasında
B) Venepunksiyada
C) Sternal punksiyada
D) Ağız – udlağın anesteziyasında
E) Infiltrasion anesteziyadan əvvəl
Ədəbiyyat: Дж.Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер. с англ., Москва, «Практика», 1997 г.
723) Uşaqlarda ağır vəziyyətlərdə sedativ terapiyanın aparılması nəyə səbəb ola bilər?
A) Böyrək çatışmazlığına
B) Hiperventilyasiyaya
C) Tənəffüs yollarının obstruksiyasına
D) Arterial hipertenziyaya
E) Qaraciyər çatışmazlığına
Ədəbiyyat: Дж.Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер. с англ., Москва, «Практика», 1997 г.
724) 1-2 yaşlı uşaqlarda və kəskin ağrı uzun müddət davam etdikdə hansı dərman kombinasiyasından istifadə olunur?
A) Sedativ preparatların kortikosteroidlərlə kombinasiyası
B) Sedativ preparatların narkotik analgetiklərlə kombinasiyası
C) Qeyri steroid iltihab əleyhinə preparatlarla antihistaminlərin kombinasiyası
D) Narkotik analgetiklərin antihistaminlərlə kombinasiyası
E) Antihistaminlərin sedativ preparatlarla kombinasiyası
Ədəbiyyat: Дж.Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер. с англ., Москва, «Практика», 1997 г.
Dostları ilə paylaş: |