733) Benzodiazepinlər hansı təsiri göstərmir?
A) Tənəffüsü nisbətən zəiflədirlər
B) Amneziya yaradırlar
C) Həyəcanı azaldırlar
D) Ağrı fonunda disforiya yaradırlar
E) Güclü ağrıkəsici
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
734) Hansı xüsusiyyət diazepama aid deyil?
A) Ağrıkəsici təsir göstərmirlər
B) Aktiv metabolitləri orqanizmdən gec xaric olur
C) Bəzən ağrı fonunda disforiya yaradır
D) Sidik qovucu təsir göstərir
E) Qəbulu zamanı xəstələrdə uzun müddət yuxulu vəziyyət saxlanılır
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
735) Benzodiazepinlərin narkotik analgetiklərlə birgə istifadəsi zamanı nə baş verir?
A) Təngnəfəslik yaranır, sedativ təsir azacıq artır
B) Sedativ təsir azalır, tənəffüs əhəmiyyətli dərəcədə zəifləyir
C) Sedativ təsir azalır, təngnəfəslik baş verir
D) Sedativ təsir və tənəffüsün zəifləməsi əhəmiyyətli dərəcədə güclənir
E) Sedativ təsir güclənir, tənəffüsdə dəyişiklik olmur
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
Dostları ilə paylaş: |