33) Anadangəlmə həqiqi stridorun əsas səbəbi hansıdır?
A) Səs tellərinin parezi
B) Qırtlağın stenozu
C) Səs yarığı nahiyəsində bitişmə və bağların olması
D) Qırtlağın qığırdaq karkasının anadangəlmə zəifliyi
E) Timomeqaliya
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
34) Doğuş zamanı asfiksiya keçirən yenidoğulmuşda nə inkişaf edə bilər?
A) Bütün cavablar doğrudur
B) Polisitemiya
C) Leykositoz
D) Leykopeniya
E) Trombositopeniya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
35) Yenidoğulmuşlarda polisitemiyanın inkişafına nə səbəb ola bilər?
A) Anada şəkərli diabetin olması
B) Göstərilən bütün hallar
C) Doğuş zamanı asfiksiya
D) Bətndaxili inkişafın ləngiməsi
E) Feto-fetal hemotransfuziya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
36) Yenidoğulmuşda Ht-nin 65%-dən artıq olması zamanı körpədə nə müşahidə oluna bilər?
A) MSS-nin süstlüyü
B) Ağır hiperbilirubinemiya
C) Sianoz
D) Yeməkdən imtina
E) Sadalanan əlamətlərin hamısı
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
Dostları ilə paylaş: |