42) I dərəcə susuzlaşmada diurez necə olur?
A) Normal olaraq qalır
B) Bu qan zərdabında natriumun qatılığından asılıdır
C) Kəskin azalır
D) Azalır
E) Artır
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
43) Erkən hipokalsemiyanın kliniki şəkli nə ilə xarakterizə olunur?
A) Bradikardiya
B) Yayılmış klonik qıcolmalarla
C) Sadalanan bütün əlamətlərlə
D) Əzələ hipotoniyası ilə
E) Apnoe tutmaları ilə
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
44) Xroniki qanitirmə nə ilə xarakterizə olunur?
A) Leykositozla
B) Eritrositlərin hiperxromiyası və makrositozla
C) Trombositozla
D) Eritrositlərin normoxromiyası və normositozla
E) Eritrositlərin hipoxromiyası və mikrositozla
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
45) Yenidoğulmuşlarda sepsisin spesifik ( patoqnomonik) əlamətinə hansı aiddir?
A) Müsbət hemokultura
B) Trombositopeniya
C) Hiperleykositoz ( 1mkl kapilyar qanda 25000)
D) Sepsis diaqnozu qoymaq üçün bir spesifik əlamət yoxdur
E) Qan zərdabında kəskin dövrün zülallarının artması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
46) Yenidoğulmuşa sepsis zamanı qlükokortikosteroidlərin təyini üçün mütləq göstəriş hansıdır?
A) Bütün cavablar doğrudur
B) Septiki şokun inkişaf etməsi
C) DDL-sindromun inkişaf etməsi
D) Sepsisin çox ağır gedişi
E) İnfeksion toksikozun olması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
47) Şereşevski-Terner sindromu olan yenidoğulmuşda daha xarakter olan əlamət hansıdır?
A) Əzələ hipotoniyası
B) Əldə və pəncədə lokal ödemlər
C) Sianoz
D) Əzələ hipertonusu
E) Makroqlossiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
48) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?
A) Qan zərdabında zulalların
B) Qan zərdabında qlükozanın
C) Qan zərdabında kaliumun
D) Qan zərdabinda natriumun
E) Qan zərdabında kalsiumun
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
Dostları ilə paylaş: |