37) Yenidoğulmuşun hemorragik xəstəliyinin xarakter əlaməti hansıdır?
A) Qanda VIII, IX, X amillərin azalması
B) Fibrinolizin güclənməsi
C) Trombositopeniya
D) Protrombin kompleksinin aşağı olması
E) Qanda qlobulinlərin azalması)
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
38) Doğulan kimi anemiyanın əsas səbəbi hansıdır?
A) İrsi mikrosferositoz
B) Eritrositar fermentlərin defisiti
C) Anada anemiyanın olması
D) Qanitirmə
E) İrsi hipoplastik anemiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
39) İlk aylarda uşaqlarda hiperxrom anemiyanın inkişafına hansı defisit səbəb olur?
A) Vitamin B12 -nin
B) Fol turşusunun
C) Vitamin E-nin
D) Vitamin B6 -nın
E) Dəmirin
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
40) Yenidoğulmuş körpədə bilirubin intoksikasiyasının ilk əlamətinə hansı aiddir?
A) Kəskin oyanıqlıq
B) Süstlük əlamətinin əmələ gəlməsi
C) Qıcolma
D) Ənsə əzələlərinin gərginliyi
E) Əzələ tonusunun artması
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
41) Yenidoğulmuşda bağırsaq biosenozunun formalaşmasının pozulmasının əsas səbəbi hansıdır?
A) Bətndaxili infeksiya
B) Həyatın ilk saatlarında döşlə qidalanmanın olmaması
C) Doğuş vaxtı hipoksiya
D) Doğuşdan sonra mədə möhtəviyyatının sorulması
E) Doğum zalında reanimasion tədbirlərin aparılması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
Dostları ilə paylaş: |