270) Fototerapiyanın fəsadlarına aid olmayan hansıdır?
A) Riboflavinin tranzitor defisiti
B) Getdikcə artan anemiya
C) Qızdırma, titrətmə
D) “Bürünc uşaq” sindromu
E) Susuzlaşma
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
271) Yenidoğulmuşlarda xroniki qara ciyər çatmamazlığının daha çox rast gəlinən səbəbi hansıdır?
A) Xroniki fəal hepatit
B) Kəskin hepatit
C) Biliar atreziya
D) Xroniki persistəedən hepatit
E) Toksiki hepatit
Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
272) Qara ciyər çatmamazlığı əlamətlərinə aid olmayan hansıdır?
A) Sarılıq
B) Hemorragik sindrom
C) Qələvi fosfatazanın artması
D) Disproteinemiya
E) Ensefalopatiya
Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
273) Bətndaxili infeksiyalarda yoluxma nə vaxt baş verir?
A) Perinatal dövrdə
B) Yalnız intranatal dövrdə
C) Antenatal və/ və ya intranatal dövrdə
D) Yalnız antenatal dövrdə
E) Hamiləliyin birinci üçaylığında
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Mосква. 2005.
Dostları ilə paylaş: |