495) Dölün bədəninin hansı üzvünün oksigenlə təchizi üçün yaxşı şəraiti var?
A) ağ ciyərlərin
B) baş beyinin
C) yuxarı ətrafların
D) bədənin aşağı hissəsinin
E) qara ciyərin
Ədəbiyyat: А.В.Мазурин, И.М.Воронцов. Пропедевтика детских болезней. «Медицина». Москва. 2001.
496) Gecikmiş fetal dövr zamanı dölə kimyəvi faktorların təsiri aşağıdakı patologiyalardan hansı ilə müşayiət olunur?
A) inkişaf qüsurları
B) anadangəlmə hipotrofiya
C) stiqma
D) hipertrofiya
E) anadangəlmə hepatit
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
497) Gecikmiş fetopatiyanın klinik əlamətinə hansı aiddir?
A) altıbarmaqlılıq
B) anadangəlmə ürək qüsuru
C) anadangəlmə pankreatit
D) anadangəlmə ensefalit
E) Şereşevski -Terner sindromu
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина», Москва, 1983.
498) İmmun patoloji səbəbdən asılı olmayan hiperbilirubinemiya ən çox hansı uşaqlarda rast gəlinir?
A) vaxtından gec doğulmuş yenidoğulmuşda
B) yetkin yenidoğulmuşda
C) anadangəlmə ürək qüsuru ilə olan yenidoğulmuşda
D) yarımçıqdoğulmuş uşaqda
E) asfiksiya keçirmiş yenidoğulmuşda
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург,1997.
Dostları ilə paylaş: |