Pediatriya


) Anadangəlmə birincili hipotireozda nə müşahidə olunmur?



Yüklə 0,89 Mb.
səhifə231/290
tarix25.12.2016
ölçüsü0,89 Mb.
#3189
1   ...   227   228   229   230   231   232   233   234   ...   290
804) Anadangəlmə birincili hipotireozda nə müşahidə olunmur?
A) Osteoparoz

B) Sümüklərin differensasiyasının ləngiməsi

C) Hiperxolesterinemiya

D) Bradikardiya

E) Poliuriya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
805) Uşaqlarda şəkərli diabet xəstəliyi diaqnozu qoymaq üçün göstərilənlərdən hansı əlamət vacib deyil?
A) Sidikdə asetonun olması

B) Hiperqlikemiya

C) Poliuriya

D) Hiperbilirubinemiya

E) Qlükozuriya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
806) “Diabetik ketoasidotik koma” diaqnozunu təsdiqləyən əlamətlərə aid olmayan hansıdır?
A) “Göz almalarının yumşaqlığı”

B) Kussmaul tip tənəffüs

C) Ağ ciyərlərdə çoxlu xırıltının olması

D) Huşsuz vəziyyət

E) Dərinin quruluğu
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
807) 10 yaşında qız uşağında hiperkortisizm əlamətləri olmadan II dərəcəli piylənmə qeyd olunur. Valideynlər artıq çəkilidir. Nevropatoloq patologiya aşkar etməmişdir. Sizin ilk diaqnozunuz hansıdır?
A) Serebral piylənmə

B) İtsenko-Kuşinq xəstəliyi

C) Piy mübadiləsinin pozulması ilə gedən hipotalamik sindrom

D) Lourens-Mun-Bidl sindromu

E) Konstitusional-ekzogen piylənmə
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
808) Xroniki böyrəküstü vəz çatışmazlığında (Addison xəstəliyi) aşağıdakı əlamətlərdən hansı olmur?
A) Dəridə hiperpiqmentasiya

B) Arığlama

C) Ümumi zəiflik

D) Hipotoniya

E) Dərinin sarılığı
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
809) Şəkərli diabetin ketoasidotik prekoması olan xəstədə kəskin appendisit və abdominal sindromları differensasiya etmək üçün göstərilən əlamətlərdən hansı əhəmiyyətli deyil?
A) Hiperqlikemiya

B) Asidoz

C) Qlükozuriya

D) Asetonuriya

E) Leykositoz
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
810) 3 yaşlı qız uşağında poliuriya, 10% çəki defisiti, dərisi və dili qurudur, yanaqları hiperemiyalıdır, nəfəsindən aseton iyi gəlir, qara ciyər 3 sm əllənir, acqarına qlikemiya 12,8 mmol/l, 2,5 litr diurezdə 6% şəkər var. Sizin ilk diaqnozunuz?
A) Böyrək qlükozuriyası

B) Şəkərsiz diabet

C) İnsulindən asılı şəkərli diabet

D) Karbohidratlara tolerantlığın pozulması

E) Tubulopatiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
811) Xroniki böyrəküstü vəz çatışmazlığında ( Addison xəstəliyi) nə müşahidə edilir?
A) Dərinin sarılığı

B) Qıcolmalar

C) İştahanın artması

D) Əllərin tremoru

E) Dəridə hiperpiqmenyasiya
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
812) 12 yaşlı qız uşağında boy artımının ləngiməsi, çoxlu sayda kiçik anomaliyalar, qanadabənzər büküşlü qısa boyun, ikincili cinsi əlamətlərin olmaması qeyd edilir. Hansı diaqnozu qoyarsınız?
A) Alport sindromu

B) Daun xəstəliyi

C) Cinsı və fiziki inkişafın konstitusional ləngiməsi

D) Şerşevski-Terner sindromu

E) Serebral-hipofizar nanizm
Ədəbiyyat: Жуковский М. А. «Детская эндокринология» 1992г.
813) 3 aylıq uşağın dayaq reaksiyalarının və avtomatik yerişinin sönməsi nəyi bildirir?
A) Raxiti

B) Onurğa beyninin zədələnməsini

C) Hərəki inkişafın düzgünlüyünü

D) Davamlı serebral defekti

E) Proqradient xəstəliklərini
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin