Pənah Hüseynov qanunvericilik(BB,BA)


Azərbaycan Respublikasında dövlət dilinə qarşı



Yüklə 7,45 Mb.
səhifə135/190
tarix07.01.2024
ölçüsü7,45 Mb.
#209267
1   ...   131   132   133   134   135   136   137   138   ...   190
qanunvericilik.bb .ba

Azərbaycan Respublikasında dövlət dilinə qarşı


  • gizli, yaxud açıq təbliğat aparmaq,

  • bu dilin işlənməsinə müqavimət göstərmək

  • , onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

  • Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

    I I I f ə s i l


    YEKUN MÜDDƏALARI


    M a d d ə 1 9 . Qanunun pozulmasına görə məsuliyyət


    Bu Qanun pozan hüquqi, fiziki vəzifəli şəxslər Azərbaycan Respublikasının


    qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    M a d d ə 2 0 . Qanunun qüvvəyə minməsi


      1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.


      2. Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir

    Bakı şəhəri, 30 sentyabr 2002-ci il
    № 365-IIQ
    Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

    Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında


    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU




    M a d d ə 1 . Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr





      1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar.(Hər kəs)

      2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.

      3. Azərbaycan Respublikası əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür.

      4. Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.




    Yüklə 7,45 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   131   132   133   134   135   136   137   138   ...   190




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin