Məsul tibb işçilərinə həvəsləndiricilər
a.)
DH-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçilərinə
həvəsləndiricilər verilir. Hər tibb işçisinə hər DH-vərəm xəstəsi üçün aylıq 15 manat
olmaqla vəsait onun bank hesabına köçürülür.
b.)
DD-vərəm xəstələrin müalicəsinə məsul tibb işçisinə həvəsləndiricilər
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb işçilərinə
həvəsləndiricilər verilir. Hər tibb işçisinə hər DD-vərəm xəstəsi üçün aylıq 30 manat
olmaqla vəsait onun bank hesabına köçürülür.
Həvəsləndiricilər SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb
işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir.
c.)
Tibb işçisinə mükafat (Bonus)
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlanana kimi QF-un 9-cu Raund vərəm layihəsi
çərçivəsində SX İB tərəfindən xəstənin müalicəsinə məsul (DOT müalicəsi aparan) tibb
işçisinə hər DD-vərəm xəstəsinin uğurlu müalicəsinin sonunda 20 manat məbləğində
birdəfəlik mükafat ödənilir və tibb işçisinin bank hesabına köçürülür.
Xəstələrin müalicəsinə məsul tibb işçilərinə hər DD-vərəm xəstəsinin uğurlu
müalicəsinin sonunda ödənilən mükafat HKK-nın qərarına müvafiq olaraq “uğurlu müalicə”
nəticəsilə müalicəsi dayandırılan hər xəstəyə görə HKK-nın qərarını təsdiqləyən sənəd
əsasında tibb işçisinin şəxsi bank hesabına köçürülməklə ödənilir.
Nəğdsiz ödəmələr
Layihə fəaliyyətlərinin icrası zamanı maliyyə hərəkətlərinin bank köçürmə yolu ilə
həyata keçirilməsinə çalışılır. Xəstələrə ödənilən nəqliyyat xərci istisna olmaqla bürün
ödəmələr Bank vasitəsilə həyata keçirilir. Xəstələrin gündəlik olaraq 1 manat verərək
onların tibb məntəqəsinə gəlməsinə həvəsləndirilməsini, (xəstə gəlmədiyi təqdirdə bu
vəsaitin tibb içşisi tərəfindən istifadə edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-
in mülki sektorda müalicələrinin qısa (əsasən 1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum
olması ilə əlaqədar çox vaxt bank hesabının açılması üçün müvafiq sənədlərin olmaması və
bu sənədlərin hazırlanmasına müəyyən vaxt tələb olunmasını və bank əməliyyatlarından
istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci onlara nəğd olaraq verilir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
137
Müalicə və laboratoriya xidmətləri
Dərman təchizatı
Azadlığa buraxılmasına azı 10 gün qalmış DD-vərəmli xəstəyə təyin edilmiş müalicə
sxeminə uyğun olaraq QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş 2-ci sıra
vərəm əleyhinə dərmanların 1 aylıq ehtiyatı İMM tərəfindən SX İB-nə təhvil verilir (bu
prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir dəfə olmaqla təkrarlanır və müalicə başa
çatana kimi davam edir). Dərmanlar, iki nüsxədə hazırlanmış tərəflərin imzası ilə
təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir.
İMM-dən DD-vərəmli xəstələr üçün təhvil götürülən vərəm əleyhi dərmanlar SX İB-
nin anbarında yerləşdirilir və daxil olan zaman onların miqdarı “Anbar qeydiyyat jurnalına”
daxil edilir.
Dərmanlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən qəbul edilir, qeydiyyatı
aparılır və hər DD-vərəm xəstəsinin müalicə sxeminə uyğun olaraq yığılaraq qablaşdırılır.
Soyuq şəraitdə saxlanılması vacib olan dərmanlar (PASK və s.) anbarın soyuducusunda
saxlanılır.
Dərmanlar qablaşdırıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm
əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə
məsul tibb işçisinə təhvil verilir. Akt bir tərəfdən SX İB-nin direktoru və həkim
koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır.
Əgər xəstənin dərmanları hər hansı səbəbdən (xəstə yenidən həbs olunarsa,
müalicədən imtina edərsə, ölərsə və s.) istifadə olunmazsa, həmin dərman preparatları
aktlaşdırılaraq MVƏM-dən geri götürülür və İMM-yə akt vasitəsilə təhvil verilir.
Xəstə müalicəsini davam etdirdiyi müddətdə 2-ci sıra vərəm əleyhi dərmanların səbəb
olduğu əlavə təsirləri aradan qaldırmaq məqsədilə xəstənin həkimi tərəfindən təyin olunmuş
tələbata uyğun olaraq dərman preparatlarının 3 (üç) aylıq ehtiyatı iki nüsxədə hazırlanmış,
tərəflərin imzası ilə təsdiqlənmiş akt əsasında İMM-dən SX İB-yə təhvil verilir. Xəstələrdə
müşahidə olunan əlavə təsirlərə müvafiq olaraq DD-vərəm xəstəsinə lazım gələn əlavə təsir
dərmanları SX İB tərəfindən akt əsasında mülki vərəm əleyhi müəssisələrə çatdırılır.
Bəlğəm müayinəsi
ABVX müalicəsini mülki sektorda davam etdirən zaman laborator müayinələr əsasən
ƏN PX İMM-nin laboratoriyasında aparılır. Xəstəyə başçəkmə səfəri zamanı məsul tibb
işçisi tərəfindən ən azı iki bəlğəm nümunəsi (bir nümunə səhər, ikincisi isə günorta
saatlarında SX İB-nin əməkdaşının nəzarəti altında) götürülərək SX IB-nin nəqliyyat
vasitəsilə ƏN İMM-ə çatdırılır.
Bəlğəm nümunələri məsul tibb işçisindən təhvil alınarkən onun kimə məxsus olduğu
bəlğəm konteynerinin üzərində (bəlğəm götürülməzdən əvvəl) yazılmış olmalıdır. SX İB-
nin əməkdaşı bəlğəm nümunəsinin qeydiyyatını “Mikobakterioloji müayinə nəticələri”
adlanan bəlğəm qeydiyyat vərəqində götürülmüş bəlğəm nümunələrinin kimə məxsus
olduğunu (ad, soyad və ata adı), xəstənin müalicə qeydiyyat nömrəsi, müalicə ayı və s. qeyd
edərək təhvil götürür. Bəlğəm nümunələrinin götürülməsi ÜST-nın tövsiyyələrinə uyğun
olaraq aparılır.
ABVX-nin müalicəsi başa çatana kimi bəlğəm nümunələri DD-vərəmli xəstədən hər
ay, DH-vərəmli xəstədən isə müalicənin müvafiq mərhələlərində (intensiv mərhələnin
sonunda, uzadılmış mərhələnin sonunda, davamedici mərhələnin ortasında və müalicənin
sonuncu ayında) mülki tibb müəssisələrində tibb işçisi tərəfindən götürülür. SX İB-nin
əməkdaşı xəstənin müalicəsi davam etdirilən tibb müəssisəsinə səfər etməzdən bir gün əvvəl
məsul tibb işçisinə səfərin tarixi və vaxtı barəsində məlumat verir və xəstədən bir bəlğəm
nümunəsinin götürülməsini xahiş edir. Səfər zamanı xəstə ilə görüşülən vaxt SX İB-nin
müşahidəsi altında xəstədən ikinci bəlğəm nümunəsi götürülür.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
138
ABVX-dən götürülmüş bəlğəm nümunələri xüsusi konteynerlərdə mümkün qədər qısa
müddətdə laboratoriyaya çatdırılır.
ABVX-in müalicə başa çatanadək dövri bakterioloji müayinələrinin (bəlğəminin
yaxma, əkmə və DHT) nəticələri müvafiq göndərişlərə qeyd olunduqdan, SX İB-nin
elektron məlumat bazasına və “Laborator nəticələrinin qeydiyyat jurnalına” daxil edildikdən
sonra SX İB-nin əməkdaşı vasitəsilə xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsinə
təqdim edilir.
Digər müayinələrin aparılması
Müalicənin müvafiq dövrlərində xəstəyə lazım olan rentgen və digər (EKQ, USM və
s.) müayinələr xəstənin müalicə aldığı vərəm əleyhi tibb müəssisəsi tərəfindən aparılır;
Xəstənin müalicə nəticəsi
Azadlığa buraxılan DD-vərəmli xəstələrin müalicə sxemlərinə korreksiyalar edilməsi
və ya müalicənin dayandırılması İMM-nin HKK qərarı ilə yerinə yetirilir.
DD-vərəmli xəstələrin müalicəsi HKK-nın qərarı ilə dayandırılan zaman, HKK-nın
sədri, HKK-nın katibi və SX İB-nin imzaları ilə təsdiqlənmiş sənəd xəstənin müalicəsini
davam etdirən MVTM-nə təqdim edilir
DH-vərəmli xəstələr müalicəsinin dayandırılması MVTM-nin məsul həkimi tərəfindən
müalicə nəticələri qeyd edilməklə xususi sənəd doldurulur, imzalanıb möhürlənir və SX-nin
təsdiqi ilə ƏN İMM-nə təqdim edilir.
Xəstələrin müalicə nəticələri barədə məlumatlar yuxarıda qeyd olunan sənədlər
əsasında ƏN İMM-nin müvafiq qeydiyyat sənəd və jurnallarında qeyd edilərək elektron
məlumat bazasına daxil edilir.
1.1.
Dərman və ərzaq anbarının idarə olunması
QF-un 9-cu Raund vərəm layihəsinin Sub resipiyenti SX İB-nə aid dərman və ərzaq
anbarı qəbul olunmuş standartlara uyğun olaraq idarə olunur.
Dərman anbarı
Azadlığa buraxılan DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq
QF 9-cu Raund Vərəm Layihəsi çərçivəsində əldə olunmuş İSD xəstə azadlığa
buraxıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir.
SX İB-nin anbarına daxil olan dərmanlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən
qəbul edilir, dərmanların sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat
jurnalına” daxil edilir. Dərmanlar səliqə ilə taxçalarda müvafiq yerlərdə yerləşdirilir. Soyuq
şəraitdə saxlanılması vacib olan dərmanlar (PASK və s.) anbarın soyuducusunda saxlanılır.
Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq
işləyir. Anbarda havanın hərarətinə və rütubətliliyinə nəzarət etmək üçün xüsusi cihaz
quraşdırılıb və cihazın göstəriciləri xüsusi tərtib olunmuş “temperatur və rütəbətliliyin
qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir.
SX İB-nin anbara məsul əməkdaşı hər DD-vərəm xəstəsinin müalicə sxeminə uyğun
olaraq xəstələrin dərmanlarını yığaraq qablaşdırır.
Dərmanlar qablaşdırıldıqdan sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm
əleyhinə tibb müəsisəsində (DOT məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə
məsul tibb işçisinə təhvil verilir. Akt bir tərəfdən SX İB-nin direktoru və həkim
koordinatoru digər tərəfdən təhvil alan tibb işçisi tərəfindən imzalanır.
Anbara qəbul edilən dərmanlar “Anbar qeydiyyat jurnalına” daxil edildəkdən sonra,
elektron məlumat bazasına daxil edilir. (baza Excel proqramlnda hazırlandığı üçün
qoyulmuş formula vasitəsilə avtomatik olaraq aylıq, illik, mədaxil, məxaric və balans
göstərilir)
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
139
Ərzaq anbarı
Azadlığa buraxılan vərəmli xəstələr üçün QF 9-cu Raund Vərəm Layihəsi
çərçivəsində əldə olunmuş əlavə qida məhsulları xəstə azadlığa buraxıldıqdan sonra, iki
nüsxədə hazırlanmış akt əsasında İMM-dən SX İB-nə təhvil verilir. SX İB-nin anbarına
daxil olan ərzaqlar, SX İB-nin anbara məsul əməkdaşı tərəfindən qəbul edilir, ərzaqların
sayı və son istifadə tarixi göstərilməklə “Anbar qeydiyyat jurnalına” daxil edilir.
Anbarın daim eyni temperaturda saxlanılması üçün kondisioner davamlı olaraq işləyir.
Anbarda havanın hərarətinə və rütubətliliyinə nəzarət etmək üçün xususi temperaturu və
rütubətliliyi ölçən cihaz quraşdırılıb və cihazın göstəriciləri xüsusi tərtib olunmuş
“temperatur və rütəbətliliyin qeydiyyat jurnalında” gündəlik olaraq qeyd edilir.
SX İB-nin anbara məsul əməkdaşı hər DH-vərəmli və DD-vərəmli xəstə üçün 1 aylıq
ərzaq məhsullarını yığaraq ayrı-ayrı paketlərdə qablaşdırır. Ərzaqlar qablaşdırıldıqdan
sonra, iki nüsxədə hazırlanmış akt əsasında mülki vərəm əleyhinə tibb müəsisəsində (DOT
məntəqədə) ABVX-nin müalicəsinin davam etdirilməsinə məsul tibb işçisinə təhvil verilir.
Akt SX İB-nin direktorunun imzası ilə bir tərəfdən təhvil verən SX İB-nin həkim
koordinatoru digər tərəfdən təhvil alan VƏTM-nin tibb işçisi tərəfindən imzalanır.
Anbara qəbul edilən ərzaqlar “Anbar qeydiyyat jurnalına” daxil edildəkdən sonra,
elektron məlumat bazasına daxil edilir. (baza Excel proqramlında hazırlandığı üçün
qoyulmuş formula vasitəsilə avtomatik olaraq aylıq, illik, mədaxil, məxaric və balans
göstərilir)
Azadlığa buraxılan DD-vərəmli xəstələr onlar üçün (Beynəlxalq mütəxəssislərin
rəyinə əsasən) nəzərdə tutulmuş əlavə ərzaq məhsulları (un, qarabaşaq, düyü, şəkər tozu,
yağ, makaron məhsulları, qatılaşdırılmış süd, kakao, mərcimək) ilə də təmin edilirlər.
Sub-resipientə aid nəqliyyat vasitəsinin istismarı
Təyinatı üzrə istifadə
QF 9-cu Raund Vərəm Layihəsinin Sub resipiyenti Sağlamlığa Xidmət ictimai birliyi
layihə çərçivəsində satın alınmış iki nəqliyyat vasitəsinə malikdir. (Niva Chevrolet və KİA
Sportage) Nəqliyyat vasitəsinin biri Azərbaycan rayonlarına monitorinq/superviziya
səfərləri, təminat-təchizat, müalicənin izlənilməsinə nəzarət və müayinələrin daşınması
üçün nəzərdə tutulub, digəri eyni məqsədlər və layihə rəhbərinin və əməkdaşlarının İMM-
yə və digər qurumlara daşınması üçün nəzərdə tutulmuşdur.
Yanacaq sərfiyyatının qeydiyyatı və hesabatı
Nəqliyyat vasitələrinin istifadəsinə nəzarət etmək məqsədilə “Marşrut qeydiyyat
kitabçasından” istifadə olunur. Kitabçada tarix, səfər zamanı qət edilən məsafə, gedilən
mənzil, istifadə olunan yanacaq və dövri yağ dəyişmə barədə gündəlik qeydlər aparılır.
Hər ayın əvvəlində ötən ayın yanacaq sərfiyyatı, sürülən məsafə (km), yağ dəyişmə,
nəqliyyat vasitəsinin təmiri barəsində xüsusi hesabat forması doldurularaq ƏR-təqdim edilir.
Təmir
SR-in sərəncamında olan nəqliyyat vasitələrinin təmiri SR-in büdcəsi hesabına
müvafiq müqavilə əsasında nəqliyyat vasitələrinin təmiri sexində həyata keçirilir.
Nəqliyyat vasitəsinin yağ dəyişmə xidməti təyin olunmuş km göstəricisinə müvafiq
olaraq yerinə yetirilir və eyni zamanda avtomobilə ümumi texniki baxış keçirilərək lazım
olan nasazlıqlar təmir olunmaqla/lazım gələn ehtiyyat hissələri dəyişdirilməklə aradan
qaldırılır.
Göstərilən xidmətlərə görə təyin olunmuş xidmət haqqı SX İB tərəfindən İcraçının
bank hesabına köçürülür.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
140
Inventarizasiya
SX İB-nin satın alınmaqla, bağışlanmaqla yaxud ianə yolu ilə əldə etdiyi bütün mal və
avadanlıqlar əldə olunma tarixinə uyğun ardıcıllıqla SX İB-nin “İnventar qeydiyyat
jurnalında” qeyd edilir.
Satın alınmaqla, bağışlanmaqla, yaxud ianə yolu ilə SX İB-nin əldə etdiyi bütün mal
və avadanlıqlar kodlaşdırılır və kod nömrələri onların üzərinə yapışdırılır.
Müəyyən olunmuş dövrü interval üzrə SR və ƏR tərəfindən onların inventarizasiyası
aparılır.
Elektron məlumat bazası, o cümlədən Coğrafi Məlumatlar Bazası (GİS)
SX İB, GFATM 9-cu raund vərəm layihəsi çərçivəsində SR layihəsinə aid bütün
məlumatların daxil edilməsi və onların idarə olunması üçün SX İB tərəfindən yaradılmış
GİS elektron məlumat bazasından istifadə olunur. Bu məlumat bazası ABVX-nə aid bütün
məlumatların; tibbi, qeyri-tibbi və SX İB tərəfindən təmin olunan sosial dəstək barədə
məlumatların daxil edilməsi və bu məlumatların qrafiki, coğrafi və cədvəl şəklində
görüntülərlə təqdim olunması üçün istifadə edilir. Həmçinin, bu məlumat bazası vasitəsilə
layihənin səmərəliliyinin öyrənilməsi və onun daha da təkmilləşdirilməsi məqsədilə lazımi
araşdırmalar apararılır və beynəlxalq konfranslarda təqdim olunması üçün SR layihəsinin
uğur və nailiyyətləri barəsində məqalələr hazırlanması zamanı istifadə olunur.
SX İB, ABVX-nin müayinə və müalicəsinə dair məlumatların əldə olunması üçün
digər elektron məlumat bazasından da istifadə edir. Belə ki, BQXK-nin dəstəyilə CDC-nin
müəllifi olduğu EPİ İNFO proqramında yaradılmış ƏN İMM-nə məxsus məlumat
bazasından istifadə etməklə ABVX-nin müayinə və müalicəsinə dair lazım gələn
məlumatları əldə edir, onlar barəsində oradakı məlumatları SX İB-də olan məlumatlarla
müqayisə edir və ABVX-nin məlumatlarını ümumi xəstələrlə birlikdə analiz edir və
təhlillər aparır.
SR tərəfindən bu məlumat bazasına heç bir məlumat daxil edilmir.
Satınalmalar, o cümlədən texniki yardımın satınalınması
ƏR ilə bağlanmış müqavilə çərçivəsində SR-in Layihəyə dəstəyin bir hissəsi kimi ƏR
tərəfindən verilən qrant vəsaiti hesabına aldığı avadanlıq və təchizatlar Layihəyə dəstəyin
həyata keçirilməsi üçün zəruri olan avadanlıq və materiallarla məhdudlaşır. SX İB bu kimi
satın alınmış materialların dəyərinin Müqaviləyə əsasən ayrılan vəsait hesabına ödəyir və
ƏR tərəfindən müəyyən edilmiş İllik İş Planına əsasən SX İB satınalma işlərini həyata
keçirir. Alınan avadanlıq və materialların göstəricilərini, kəmiyyətini və çatdırılma tarixləri
müqavilədə göstərilir. Belə satınalınmalar zamanı ƏR və SR arasında bağlanmış
müqavilənin əlavəsində nəzərdə tutulmuş proseduralar əsasında həyata keçirir. Məsləhətçi
SR-lə bağladığı müqavilənin icrası zamanı əldə etdiyi hər hansı bir məlumatı tam məxfi
saxlayır.
SR Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumla əlaqədar olaraq maraqların
toqquşacağını güman edərsə Layihəyə dəstəklə sıx bağlı olan hər hansı bir Program üçün
mal, cihaz və ya digər texniki dəstəkdən (SR - lə olan müqavilədə nəzərdə tutulmuş
Layihəyə dəstəyi çıxmaq şərti ilə) Məsləhətçi və ya onunla bağlı olan hər hansı bir qurumu
məhrum etmək hüququna malikdir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
141
Hesabatlar
Təfsilatlı hesabatlar
Hər ayın əvvəlində ötən ay üçün SR qismində SX İB layihəyə dəstəklə bağlı bütün
əlavə məsrəf və xərcləri aydın əks etdirən təfsilatlı və sistematik hesabatlar və qeydlər
aparır. SX İB və onun işçi heyəti tərəfindən yerinə yetirilən bütün ödənişlər və xərclərin
surəti və maliyyə hesabatı hər ay üçün növbəti ayın 10 – a qədər ƏR – in maliyyə
mütəxəssisinə təqdim edilir.
1.1.1.
SR-in rüblük hesabatı
SR əsas etibarilə hər bir təqvim rübünə uyğun nailiyyətlər barədə hesabat və yoxlama
və qiymətləndirmə hesabatları hazırlayaraq ƏR-ə təqdim edir. Bu cür hesabatlar müvafiq
hesabat müddəti başa çatdıqdan sonra 15 (on beş) gün ərzində təqdim edilir. Bütün əlaqədar
sənədlərin surətləri təqdim olunan hesabatlara əlavə edilir.
1.1.2.
Təqdim Olunacaq İllik Maliyyə Hesabatları
SR ƏR tərəfindən ayrılmış və layihəyə dəstək üçün götürülmüş vəsaitin istifadə
şəklini əks etdirən illik hesabat təqdim edir. Bank hesabının durumunu əks etdirən belə
hesabatlar SR-in bank hesabının bağlanmasından və müvafiq hesabat dövrü üçün maliyyə
qeydlərinin götürülməsindən sonra otuz (30) gün ərzində təqdim edilir. Hesablamalar Avro
ilə aparılır. Digər valyutalarla ifadə olunmuş məbləğləri Avro ilə qeyd etmək üçün Mərkəzi
Bankın həmin günə mübadilə məzənnəsinə uyğun hesablanılır.
1.1.3.
Maliyyə hesabatı aşağıdakıları əks etdirir:
-
SR-in ƏR ilə bağladığı müqavilə çərçivəsində layihəyə dəstəyin həyata keçirilməsi
ilə əlaqədar bilavasitə və ya dolayı yolla ƏR-dən aldığı vəsait;
-
SR-in tərtib etdiyi standart hesabat formalarında əks olunmuş layihəyə dəstəklə
bağlı məsrəflər və artan öhdəliklər;
-
Alınmış vəsaitlərin, məsrəflərin və hesab qalığının SR-in hesabatının tarixi ilə
müvafiqliyi.
-
1.1.4.
Digər hesabatlar
ABVX-in müalicəsinin mülki tibb müəssisələrində aparılmasını əks etdirən hesabatlar
hazırlayır və aidiyəti qurumlara təqdim edir;
Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin effektliyini artırmaq və müalicənin
daha səmərəli təşkili məqsədilə müalicə zamanı müşahidə olunmuş bütün çatışmazlıqları
qeydə alır və sənədləşdirir, onları ümumiləşdirərək SN MVNP-na və ƏN TBİ-nə təqdim
edir.
Əməkdaşlıq
SX İB ABVX-nin izlənilməsi layihəsinin həyata keçirilməsində ƏN LİQ, ƏN TBİ,
ƏN İMM, ƏN PX, SN, SN-nin MVPM, ETACXİ, MVƏM-lər ilə sıx əməkdaşlıq edir.
Bundan başqa xəstələrin azadlığa buraxıldıqdan sonra müalicədən yayınmaları zamanı
onların axtarılıb tapılması istiqamətində aparılan fəaliyyətlər çərçivəsində yerli polis
bölmələri ilə də əməkdaşlıq edir.
SX İB vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən QHT kimi ölkənin vərəm üzrə
QHT sektoruna üzv təşkilatlarla (həmin sektorun sədri kimi) və Ölkə Əlaqələndirmə
Komitəsi ilə əməkdaşlıq edir.
ÜST-nin “Stop TB Partnerşip” qurumunun üzvü kimi daim əməkdaşlıq edir.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
142
Bacarıqların artırılması
SX-İB nin əməkdaşları təcrübə və bacarıqlarını artırmaq məqsədilə başqa ölkələrdə
ABVX-nin mülki sektorda müalicələrinin izənilməsi üzrə layihələrə səfər edir, bilik və
təcrübə mübadiləsi aparır.
Beynəlxalq konfranslarda iştirak edirək, layihənin uğur və nailliyətlərini dünyanın
başqa ölkələri ilə bölüşür.
SX İB, VƏTM-nin (DOT müalicəsi aparan) ABVX-nə məsul tibb işçiləri üçün təlim
təşkil edir və bu yönümdə onların bilik və bacarıqlarının artırılmasına çalışır.
Planlaşdırılma
1.1.5.
İllik İş Planı
-
SX İB, ƏR-lə birgə layihəyə dəstəklə əlaqədar İllik İş Planını tərtib edib imzalayır.
Iş planında dəyişiklik edilmədiyi halda köhnə İş Planının həyata keçirilməsi davam etdirilir.
-
İllik İş Planını həyata keçirmək üçün tələb olunan bütün məsrəflər ƏR tərəfindən
tam şəkildə qəbul edildikdən sonra onların icrasına başlanılır. Tərəflərdən hər hansı biri
tərəfindən təklif edilmiş bütün digər fəaliyyət və məsrəflər Tərəflər arasında müzakirə
olunur.
-
SR həmçinin rüblük fəaliyyət planını ƏR-ə təqdim etməlidir.
Dostları ilə paylaş: |