Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   2   3   4   5   6   7   8   9   ...   21

 
Müəlliflər: 

 
Füzuli Hüseynov, ƏN TBİ-nin Müalicə işinin təşkili idarəsinin baş inspektoru-
həkim  (vərəm  üzrə),  Penitensiar  Sistemdə  Vərəmə  Nəzarət  Proqramının 
(PSVNP) koordinatoru  

 
Elmira  Qurbanova,  PSVNP-nin  gücləndirilməsi  üzrə  Qlobal  Fondun  Layihə 
İcra Qrupunun (LİQ) koordinatoru 

 
Nəhmət  Rəhmanov,  İxtisaslaşdırılmış  müalicə  müəssisəsi  (İMM)  tibb 
xidmətinin baş həkimi 

 
Rasim Tahirli, İMM-nin tibb xidməti laboratoriyasının müdiri 

 
İradə Məmmədova, İMM-nin Vərəm üzrə Təlim mərkəzinin rəhbəri 
Redaksiya şurası 

 
Əsgər  İsmayılov,  PSVNP-nın  gücləndirillməsi  üzrə  Qlobal  Fondun  LİQ-in 
direktoru 

 
Nailə Kərimova, İMM-nin tibb xidmətinin həkimi 
Minnətdarlıq
 
Bu  Təlimat  Qlobal  Fondun  maliyyə  dəstəyi  ilə  ƏN  TBİ-nin  PSVNP-nin  əməkdaşları 
tərəfindən hazırlanmışdır.  
Sənədin tərtibatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Yaşıl İşıq Komitəsinin 
(YİK)  tövsiyələrinə  və  prinsiplərinə  əsaslanan,  Azərbaycan  Respublikasının  Səhiyyə 
Nazirliyi tərəfindən təsdiq edilmiş milli protokollara istinad edilmişdir. 
Təlimat  başlıca  olaraq  ƏN  tibb  xidmətinin  PSVNP-nin  tətbiqinə,  səhiyyənin 
planlaşdırılmasına  və  maliyyəşdirilməsinə,  səhiyyə  maarifi  işinə  və  Azərbaycan 
Respublikası  ƏN  çərçivəsində  sosial  təminata  məsul  vəzifəli  şəxsləri  üçün  nəzərdə 
tutulmuşdur.  
Təlimat ÜST eksperti doktor Oqtay Gözəlovun texniki dəstəyi ilə hazırlanmışdır.  
Sənədin  müəllifləri onun tərtibatında, hazırlanmasında və  rəy verilməsində  iştirak edən 
hər bir kəsə öz dərin minnətdarlıqlarını bildirirlər.  
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
10 
 
Fəsil 1. Ümumi müddəalar 
Vərəm –Mycobacteria Tuberculosis Complex tərəfindən törədilən yoluxucu xəstəlikdir. 
Hər  il  dünyada  təxminən  8  milyon  insan  onunla  xəstələnir,  təxminən  1,4  milyon  insan 
vərəmdən  ölür.  Vərəmə  yoluxmuş  hər  on  nəfərdən  bir-ikisində  xəstəlik  inkişaf  edir.  Bir 
qayda  olaraq,  azadlıqdan  məhrum  etmə  yerlərində  vərəmlə  xəstələnmə  göstəriciləri  mülki 
səhiyyə sektoruna nisbətən bir neçə dəfə yüksəkdir. Vərəmin və İnsanın İmmunçatışmazlığı 
Virusu (İİV) infeksiyasının müştərək olması daha təhlükəli hesab edilir, çünki vərəməleyhi 
dərmanların  qəbul  edilməsi  çətinləşir,  müalicənin  müddəti  uzanır,  müalicənin  arzuedilməz 
nəticələnməsi ehtimalı artır.  
Vərəmin inkişafının risk amilləri 
Vərəmin inkişafının əsas risk amilləri aşağıdakılardır:  

 
Uzunmüddətli immunosupressiv və kortikosteroidlərlə müalicə

 
Spirtli  içkilərdən  və  digər  psixoaktiv  maddələrdən  sui-istifadə,  narkotik  (xüsusən 
venadaxili) vasitələrin istehlakçılığı; 

 
Şəkərli diabet;  

 
Silikozlar;  

 
Böyrəklərin ağır xəstəlikləri; 

 
Başın və boyunun onkoloji xəstəlikləri; 

 
Qan və retikuloendotelial sistemin xəstəlikləri; 

 
Qastroektomiya  və  bağırsaqların  şuntlanması,  funksiya  edən  stomalar  da  daxil 
olmaqla bağırsaqlarda keçirilmiş ağır cərrahi əməliyyatlar; 

 
Xroniki malabsorbsiya (mənimsəmənin pozulması) sindromu; 

 
Bədən çəkisinin 10%-dən artıq itirilməsi və aşağı çəki.  
Vərəmin inkişafında rolu olan epidemioloji amillər arasında insanların ümumi məkanda 
saxlanılmasının və sıxlığının böyük əhəmiyyəti var. Bu halda infeksiyanın ötürülməsi riski 
dəfələrlə yüksək olur. 
Stress  törədən  amillər  nəticəsində  orqanizmin  ümumi  immunitetinin  azalmasının  da 
vərəmin  inkişafında  rolu  az  deyil.  Məlumdur  ki,  azadlıqdan  məhrum  etmə  yerlərində 
saxlanılma özü-özlüyündə ciddi stress törədən amildir.  
Azadlıqdan məhrum etmə yerlərində vərəməleyhinə tədbirlərin təşkilinin xüsusiyyətləri  
Azadlıqdan  məhrum  etmə  yerlərində  vərəməleyhinə  tədbirlərin  təşkili  məhbusların 
təhlükəsiz  şəraitdə  saxlanılması  məsələləri  ilə  sıx  çulğalaşır.  Məhbusların  saxlanma 
rejiminin  təmin  edilməsi  işinə  bir  çox  insanlar,  o  cümlədən  inzibatçılar,  keşikçilər, 
nəzarətçilər,  əməliyyatçılar  və  sair  şəxslər  cəlb  olunur.  Onların  öhdəsinə  məhkəmə 
qərarlarının icrası ilə bağlı məsələlərin həlli düşür. Tibb heyəti ilə yanaşı bütün bu şəxslər də 
vərəmə  yoluxma  təhlükəsinə  məruz  qalırlar.  Bu  baxımdan  penitensiar  sistemdə  (PS) 
vərəmlə  mübarizə  tədbirləri  ikili  məqsəd  daşıyır:  tibbi  tədbirlərin  təmin  edilməsi  və 
məhkəmə qərarlarının icrası.  
Azərbaycan  PS-də  çalışan  tibb  heyətinin  funksional  vəzifələri  və  standart  əməliyyatlar 
prosedurları (SƏP) üçün bax: Əlavə 1.  
Azərbaycan  PS-də  olan  bütün  vərəmli  xəstələrin  mərkəzləşdirilmiş  qaydada  İMM-də 
müalicə  olunması  işi  Penitensiar  Xidmətlə  razılaşdırılaraq  ƏN  TBİ  tərəfindən  həyata 
keçirilir.  Vərəmin  aşkarlanması,  habelə  müalicədən  sonra  sağalmış  şəxslər  üzərində 
müşahidə penitensiar müəssisələrin Tibb-sanitariya hissələri (TSH) tərəfindən təmin edilir.  
Hal-hazırda Azərbaycan PS-də ƏN TBİ tərəfindən tibbi təminatı həyata keçirilən 24 
müəssisə mövcuddur:  

 
3 istintaq təcridxanası (İT) 

 
2 müalicə müəssisəsi (Müalicə Müəssisəsi (MM) və İMM) 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
11 
 

 
19 cəzaçəkmə müəssisəsi (CM): 1 həbsxana, 1 tərbiyə müəssisəsi (yetkinlik 
yaşına çatmayanlar üçün), 17 müxtəlif saxlanma rejimli (ümumi, ciddi, xüsusi). 
İstintaq təcridxanaları 
İT-lər  mahiyyətcə  PS-ə  “giriş  qapıları”dır.  Məhbus  buraya  daxil  olan  vaxtdan  ƏN-nin 
səlahiyyət dairəsinə düşür. İT-lər daxil olan məhbusların tamdəyərli müayinəsi və cari tibbi 
məsələlərin  həlli  üçün  tam  təchiz  olunmuşdur.  Vərəmə  nəzarət  üzrə  bir  sıra  tədbirlər  İT-
lərdən başlayır: 
 

 
Daxil olanların vərəmə görə yoxlanması (skrininq);  

 
Müraciət əsasında vərəm hallarının aşkarlanması. 
 
İT-lərdə  qeyd  edilən  tədbirləri  həyata  keçirən  ümumi  praktika  həkimi,  həkim-ftiziatr, 
həkim-rentgenoloq və feldşer (orta tibb işçisi) ştatları vardır.  
Cəzaçəkmə müəssisələri 
Azərbaycan  qanunvericiliyi  məhbusların  məhkəmə  qərarına  əsasən  müxtəlif  saxlanma 
rejimli (ümumi, ciddi, xüsusi və həbsxana) CM-lərdə cəza çəkməsini nəzərdə tutur. Ümumi 
və ciddi rejimli CM-lərdə məhbuslar müəssisənin qorunan ərazisi daxilində sərbəst hərəkət 
etmək imkanına malikdir.  
CM-lərdə vərəmin aşkarlanması üçün aşağıdakı tədbirlər həyata keçirilir: 

 
Daxil olanların vərəmə görə yoxlanması (skrininq);  

 
Kütləvi skrininq; 

 
Müraciət əsasında vərəm hallarının aşkarlanması. 
CM-lərdə qeyd edilən tədbirləri həyata keçirən ümumi praktika həkimi, feldşer və / və 
ya tibb bacısı (orta tibb işçisi) ştatları vardır. 
Əlaqələndirici qurum 
Azərbaycan PS-də tibbi təminatı TBİ həyata keçirir. ƏN TBİ-nin nəzdində aşağıda qeyd 
edilən tərkibdə vərəm üzrə əlaqələndirici qurum fəaliyyət göstərir: 

 
1 baş inspektor-həkim, PSVNP-nin koordinasiyası üçün məsul şəxs;  

 
1 inspektor-həkim, vərəm hallarının aşkarlanması üzrə məsul şəxs

 
1 aparıcı mütəxəssis, vərəmin laborator diaqnostikası üzrə məsul şəxs;  

 
1 aparıcı mütəxəssis, vərəmin şüa diaqnostikası üzrə məsul şəxs; 

 
1 aparıcı mütəxəssis, vərəm/İİV və digər müştərək xəstəliklər üzrə məsul şəxs; 

 
1 aparıcı mütəxəssis, tibbi heyətin peşə hazırlığının artırılması və səhiyyə maarifi işi 
üzrə məsul şəxs; 

 
1 aparıcı mütəxəssis, monitorinq, qiymətləndirmə və elektron məlumat bazaları üzrə 
məsul şəxs;  

 
1  aparıcı  mütəxəssis,  vərəməleyhi  dərman  vasitələri  (hesablama,  satınalma, 
qeydiyyat, bölüşdürmə) üzrə məsul şəxs; 

 
1 epidemioloq. 
Əlaqələndirici qurum PSVNP-nin həyata keçirilməsinə və ümumi idarəedilməsinə, onun 
Azərbaycanda  Vərəmə  Nəzarət  üzrə  Milli  Proqrama  (VNMP)  inteqrasiyasına  məsuldur. 
PSVNP İMM-də, MM-də və bütün İT-lərin və CM-lərin TSH-də həyata keçirilir.   
Əlaqələndirici qurumun vəzifələri: 

 
ƏN sistemində PSVNP üzrə texniki siyasətin müəyyən edilməsi və yenilənməsi; 

 
Bütövlükdə  PS  üçün  profilaktika,  aşkarlanma,  diaqnozu  təyin  edilmiş  vərəm 
hallarının  müalicəyə  cəlb  olunması  və  vərəməleyhi  dərmanlarla  fasiləsiz  təchizat 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
12 
 
daxil  olmaqla  vərəməleyhi  tədbirlərin  planlaşdırılması,  proqramın  tamlıqla 
işləməsinin  təmin  edilməsi.  Bu  tədbirlər  rüblük  (ehtiyac  olduqda  daha  tez)  olaraq 
müzakirə edilir və zərurət olduqda dürüstləşdirilir; 

 
MM-yə,  İMM-yə  və  TSH-lərə  rüblük  nəzarət  başçəkmələri  keçirmək  vasitəsilə 
PSVNP-nin  tətbiqinin  superviziya  və  monitorinqinin  aparılması.  Başçəkmələrin 
məqsədi  yerlərdə  “Vərəmi  Dayandırmaq”  strategiyasının  elementlərinin  və 
istiqamətlərinin  icra  və  riayət  edilməsinin  təmin  olunması,  dəstəklənməsi  və  təshih 
edilməsidir.  Superviziyalar  proqramın  bütün  bəndlərini  (aşkarlanma,  diaqnostika, 
müalicə, dispanser müşahidə, qeydiyyat və hesabat, səhiyyə maarifi işi, laboratoriya 
xidməti,  dərmanların  idarəedilməsi,  infeksiyaya  nəzarət  və  s.)  əhatə  edir. 
Yoxlamaların  nəticələrinə  əsasən  aşkar  edilmiş  problemləri  və  onların  aradan 
qaldırılması üzrə tövsiyələri əks etdirən hesabat tərtib edilir. Tam hesabat ƏN TBİ-
nin rəisinə məruzə edilir, surəti yoxlanılan müəssisəyə təqdim olunur

 
PSVNP-nin  aktual  məsələlərinin  müzakirəsi,  eləcə  də  vərəmlə  mübarizə  sahəsində 
milli  və  beynəlxalq  nailiyyətlər  barədə  MM-nin,  İMM-nin  və  TSH-lərin 
əməkdaşlarını  məlumatlandırılması,  həmçinin  informasiya  mübadiləsi  üçün  rüblük 
olaraq yığıncaqların keçirilməsi; 

 
ƏN TBİ-nin rəisinə ünvanlanmış hesabat tərtib edilməklə PSVNP-nin icrasının illik 
monitorinqinin keçirilməsi; 

 
Təlim,  müalicə,  laborator  xidmət,  azad  olunmuş  xəstələrin  izlənməsi,  vərəm  üzrə 
qeydiyyat və hesabat daxil olmaqla texniki sənədlərin siyasətinin standartlaşdırılması 
yolu  ilə  PSVNP-nin  VNMP-a  inteqrasiyasının  planlaşdırılması  və  təmin  edilməsi. 
Bu, PSVNP-nin və  VNMP-nin məsul  əməkdaşlarının müntəzəm  görüşləri ilə  təmin 
olunur;  

 
İİV-ə  yoluxmuş  şəxslər  arasında  vərəmin  profilaktikası,  diaqnostikası  və  müalicəsi 
daxil  olmaqla  Vərəm/İİV  üzrə 
müştərək  tədbirlərin  tətbiq  edilməsinin 
planlaşdırılması və dəstəklənməsi;  

 
Bütün  maraqlı  dövlət  təşkilatlarında  vərəmlə  mübarizə  üzrə  tədbirlərin  təbliğatı  və 
vəkilliyi; 

 
PSVNP üçün adekvat işçi heyət siyasətinin təmin edilməsi və bu sahədə tövsiyələrin 
verilməsi; 

 
İşçi heyətinin peşə hazırlığını artırmaq məqsədilə PSVNP-ya cəlb olunmuş tibbi və 
qeyri-tibbi heyətin müntəzəm təlimlərinin təşkil edilməsi; 

 
PSVNP-nin  bütün  sahələrinin  normal  işləməsi  üçün  zəruri  dərman  vasitələri, 
laborator, məsrəf və digər materiallar ilə fasiləsiz təchizatın təşkil edilməsi; 

 
Diaqnozun təyin edilməsi üçün vərəm ehtimal edilən bütün şəxslərin vaxtında İMM-
yə köçürülməsinə və müalicəyə cəlb olunmasına nəzarət edilməsi;  

 
PSVNP-nin uğurlu aparılması üçün qeydiyyat, hesabat, təhlil və mövcud məlumatın 
praktiki tətbiq edilməsi sisteminin təşkili

 
Müxtəlif  beynəlxalq  (Qlobal  Fond,  ÜST,  Beynəlxalq  Qızıl  Xaç  Komitəsi  və  s.)  və 
dövlət təşkilatları ilə sahələr arası əməkdaşlığın və tərəfdaşlığın əlaqələndirilməsi.  
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
13 
 
Fəsil 2. Vərəm hallarının aşkarlanması 
Vərəmin aşkarlanması üzrə başlıca yanaşmalar 
Yoluxucu  vərəm  hallarının  erkən  aşkarlanması  və  sonrakı  müalicəsi  infeksiyanın 
ötürülməsini,  xəstələnmə  və  ölüm  göstəricilərini,  çoxsaylı  və  geniş  dərmanlara  davamlılıq 
daxil olmaqla dərmanlara davamlı vərəmin (DDV) baş verməsi riskini əhəmiyyətli dərəcədə 
azaldır. Aşkarlanma digər məhbusların, işçi heyətin, ziyarətçilərin və bütövlükdə cəmiyyətin 
yoluxması üçün mənbə olan yoluxucu vərəm hallarına (yaxmanın mikroskopiyası / əkmə / 
Xpert  TB/RIF  üzrə  pozitiv  hallar)  istiqamətlənməlidir.  Diaqnostikanın  əlçatanlığını 
yaxşılaşdırmaq, adekvat müalicənin başlanması vaxtını qısaltmaq üçün vərəm hallarının fəal 
olaraq aşkarlanması tədbirləri və müraciət əsasında aşkarlanma müştərək aparılmalıdır.   
Vərəm  başlıca olaraq  aerogen  yol ilə  ötürülən infeksiya  olduğundan və  yoluxma mənbəyi 
əsasən ağciyər vərəmli xəstə olduğundan, analiz üçün əsas bioloji material bəlğəmdir. Bəlğəm 
yaxmasının  mikroskopiyası  yoluxucu  halların  müəyyən  edilməsi  üçün  əsas  üsul  (sadəliyi  və 
ucuz  başa  gəlməsi  baxımından)  olduğundan,  onun  rolu  böyükdür.  Müasir  müayinə  metodları 
tədricən bəlğəm yaxmasının mikroskopiyasını molekulyar diaqnostika üsulları (Xpert TB/RIF) 
ilə əvəz etməyə imkan verir. Qeyd edilən üsul Azərbaycan PS-də uğurla tətbiq olunmaqdadır və 
hazırki sənəddə öz əksini tapıb.  
Şəxsdə vərəm mikobakteriyasının (VM) aşkar edilməsi vərəm xəstəliyinin olduğunu təsdiq 
edir.  Aşkar  edilmiş  bütün  vərəm  halları  son  diaqnozun  və  adekvat  müalicənin  təyin  edilməsi 
üçün birinci həftə ərzində mütləq qaydada İMM-yə köçürülür.  
Bəlğəmin toplanması qaydaları üçün bax: Əlavə 2. 
Vərəmin aşkarlanmasının strategiyaları 
Azərbaycanın PS-də vərəmin aşkarlanması məqsədi ilə bir neçə strategiya tətbiq edilir: 

 
Daxil olanların vərəmə görə skrininqi;  

 
Kütləvi skrininq; 

 
Müraciət əsasında vərəm hallarının aşkarlanması. 
 
Daxil  olanların vərəmə görə skrininqi: bu tibbi skrininq penitensiar müəssisəyə yeni 
daxil olan hər bir məhbusun vərəmə görə məqsədli müayinəsidir. Məhbusun bir penitensiar 
müəssisədən  digərinə  hər-hansı  köçürülməsi  sorğu  üsulu  ilə  hissəvi  skrininqin  keçirilməsi 
ilə müşayiət olunur.  
Yeni daxil olmuş məhbuslar, onlarda vərəmin olması istisna edilənə gədər, digər məhbuslara 
qarışmamalıdır.  Bu  müayinə,  karantində  saxlanma  dövrünün  ilk  üç  günü  ərzində  keçirilir. 
Skrininqdən  keçən  bütün  şəxslər  qeydiyyat  kitabında  qeydə  alınır.  Qeydiyyat  kitabının 
nümunəsi üçün bax: Əlavə 3. 
Bu  skrininq  forması  vərəmin  mənbələrinin  yenilənməsinin  və  artmasının  qarşısını  alır, 
beləliklə məhbuslar arasında yeni vərəmə yoluxma hallarının sayı azalır.  
Kütləvi  skrininq  CM-lərin  populyasiyası  arasında  vərəm  hallarının  aşkarlanmasına 
xidmət edir. Bu halda bütün məhbuslar illik əsasda vərəmə görə müayinə olunur.  
Müraciət  əsasında  vərəm  hallarının  aşkarlanması  respirator  xəstəliklərə  uyğun 
şikayətləri olan məhbusların müraciətlərinə əsasən müayinələrin keçirilməsidir.  
 Vərəmin aşkarlanması üzrə  yuxarıda qeyd edilən strategiyalar bir-birini tamamlayır və 
onların  ayrılıqda  tətbiqi  PS-də  vərəm  hallarının  adekvat  aşkarlanmasına  effektiv  təsir 
göstərə bilməz.    
İT-lərə daxil olanların skrininqi 
İT-lərə  yeni  daxil  olan  bütün  şəxslər  ilk  üç  gün  ərzində  tibbi  baxışdan  və  döş  qəfəsi 
orqanlarının rəqəmsal rentgenoqrafiyasından keçirilməklə vərəmə görə müayinə olunur. İT-
də  tibbi  baxış  zamanı  skrininq  keçirən  həkim  vərəmə  görə  standart  suallar  verir,  fizikal 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
14 
 
müayinə  aparır,  kliniki  simptomları  qiymətləndirir  və  vərəm  ehtimal  olunan  şəxslərin 
qeydiyyatını  aparır.  Tibbi  kitabçada  keçirilən  müayinələrin  nəticələri  əks  etdirilir,  buraya 
həmçinin rəqəmsal rentgenoqrafiyanın çap edilmiş təsviri  bərkidilir.  
Sonrakı  dövrdə  döş  qəfəsi  orqanlarının  flüoroqrafiyası  /  rentgenoqrafiyası  aşağıdakı 
hallarda təkrarlanır: 

 
Şəxs İT-də uzun müddət saxlanılırsa, hər 6 aydan bir; 

 
İT-dən CM-yə köçürüldüyü zaman (əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox 
vaxt keçibsə); 

 
Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə 
imkan verən əlamətlər mövcud olduqda (əgər sonuncu flüoroqrafiyadan 3 aydan 
çox vaxt keçibsə). 
Vərəm  ehtimal  edilən  məhbuslar  vərəmin  istisna  edildiyi  vaxta  gədər  ayrıca 
kameralarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan yaxmanın mikroskopiyası 
/  Xpert TB/RIF  müayinəsi  üçün  bir  dəfə bəlğəm götürülür.  Mikroskopiya /  Xpert TB/RIF 
üzrə pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.  
Bəlğəm  nümunəsinin  yaxmanın  mikroskopiyası  üzrə  neqativ  nəticəsi  əldə  edildikdə, 
duru  qidalı  mühitə  (MGİT)  əkilmək  üçün  məhbusdan  ikinci  dəfə  bəlğəm  nümunəsi 
götürülür. MGİT-də əkmə nəticəsi pozitiv olduğu halda məhbus habelə İMM-yə köçürülür. 
Xpert TB/RIF  /  MGİT-də əkmə neqativ olduqda  ağciyər  vərəmi  (AV)  istisna edilir və 
PAL strategiyası icra edilir.   
Aşağıda  İT-lərdə  məhbuslar  arasında  vərəmi  istisna  etmək  üçün  tibbi  heyətinin 
fəaliyyətinin alqoritmi göstərilir: 
 
Qeyd  edilən  skrininq  nəticəsində  vərəmin  əlamətləri  müəyyən  edilməyən  İİV-neqativ 
şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir. 
İMM-yə  etap  edilənə  gədər  məhbusların  bakterioloji  statuslarına  müvafiq 
bölüşdürülməklə yerləşdiriliməsinə ciddi nəzarət olunur. Yaxmanın mikroskopiyası / Xpert 
TB/RIF müayinəsi üzrə pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF 
ilə  Rifampisinə  davamlılıq  təyin  olunanlar  isə  “DDV”  kimi  işarələnmiş  palatalarda  / 
kameralarda  saxlanılır.  Aşkar  edilmiş  pozitiv  və  DDV  hallar  İMM-yə  etap  edilənə  gədər 
digər məhbuslarla epidemioloji kontakta girməməlidirlər. 
CM-lərə daxil olanların skrininqi  
Skrininq  CM-yə  yeni  daxil  olan  hər  bir  məhbusa  ilk  üç  gün  ərzində  keçirilir.  Hər  yeni 
daxil  olan  şəxs  üçün  vərəmə  görə  sorğu  vərəqi  doldurulur.  Sorğu  vərəqindəki  suallara 
vərəmə uyğun  əlamətlər, vərəm tarixçəsi  və  Bədən Kütləsi  İndeksinin (BKİ) hesablanması 
aiddir.  
Sorğu / Fiziki 
müayinə 
/Rentgen 
Vərəm ehtimal 
edilir 
Yaxmanın 
mikroskopiyası/ 
Xpert TB RIF 
Pozitiv nəticə 
İMM-yə etap 
Yaxmanın 
mikroskopiyası üzrə 
neqativ nəticə 
MGIT-də əkmə 
AV istisna edilir / 
PAL strategiyası 
Xpert TB RIF üzrə 
neqativ  
Vərəmin əlamətləri 
yoxdur / PAL 
strategiyası 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
15 
 
Vərəm ehtimal edilən məhbuslar vərəm istisna edilən vaxta gədər ayrıca kameralarda / 
otaqlarda  saxlanılır.  Xüsusi  ayrılmış  yerlərdə  bu  məhbuslardan  Xpert  TB/RIF  müayinəsi 
üçün bir dəfə bəlğəm götürülür. Pozitiv nəticə əldə edildikdə məhbus İMM-yə köçürülür.  
Aşağıda  CM-lərdə  məhbuslar  arasında  vərəmi  istisna  etmək  üçün  tibbi  heyətinin 
fəaliyyətinin alqoritmi göstərilir: 
 
 
Qeyd  edilən  skrininq  nəticəsində  vərəmin  əlamətləri  müəyyən  edilməyən  İİV-neqativ 
şəxslərə PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir. 
İMM-yə  etap  edilənə  gədər  məhbusların  bakterioloji  statuslarına  müvafiq 
bölüşdürülməklə  yerləşdiriliməsinə  ciddi  nəzarət  olunur.  Xpert  TB/RIF  müayinəsi  üzrə 
pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq 
təyin  olunanlar  isə  “DDV”  kimi  işarələnmiş  palatalarda  /  kameralarda  saxlanılır.  Aşkar 
edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji 
kontakta girməməlidirlər.  
İT-lərdə müayinə alqoritmindən fərqli olaraq CM-lərdə şüa müayinə metodları yoxdur, 
vərəm  üzrə  sorğu  vərəqi  doldurulur  və  bəlğəm  nümunələri  Xpert  TB/RIF  üsulu  ilə 
müayinədən keçirilir. 
Bəlğəm  nümunələrinin  İT-lərdən  və  CM-lərdən  həftəlik  olaraq  daşınması  xüsusi 
ekspeditor  tərəfindən  cədvəl  üzrə  həyata  keçirilir.  Toplanmış  nümunələr  ərazi  üzrə 
penitensiar müəssisələrə təhkim edilmiş laboratoriyalara çatdırılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu / Fiziki 
müayinə 
 
Vərəm ehtimal 
edilir 
Xpert TB RIF 
Pozitv nəticə 
İMM-yə etap 
Xpert TB RIF 
üzrə neqativ  
AV istisna 
edilir/PAL 
strategiyası 
Vərəm əlamətləri 
yoxdur / PAL 
strategiyası 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
16 
 
CM-lərdə vərəmə görə kütləvi skrininqlər 
Kütləvə skrininqlər bir neçə mərhələlər üzrə həyata keçirilir. 
 
 
 
Kütləvi skrininqə hazırlığın və onun keçirilməsinin təfsilatı üçün bax: Əlavə 4.  
Kütləvi  skrininqin  gedişində  vərəm  hallarının  aşkarlanması  üzrə  iki  əsas  üsul  tətbiq 
edilir: 

 
Sorğunun keçirilməsi; 

 
Səyyar rəqəmsal rentgenoqrafiya. 
Beləliklə, vərəm ehtimal edilən şəxslərin əsas kütləsini müəyyən etmək mümkün olur.  
İT-lərdə və CM-lərdə müraciət əsasında vərəm hallarının aşkarlanması  
Vərəmə  şübhə  doğuran  xarakter  “ağciyər”  şikayətləri  və  /  və  ya  kliniki  əlamətlər  ilə 
məhbusların  həkimə  müraciət  etdikdə  onlar  vərəm  istisna  edilən  vaxta  gədər  ayrıca 
kameralarda / otaqlarda saxlanılır. Xüsusi ayrılmış yerlərdə bu məhbuslardan Xpert TB/RIF 
müayinəsi  üçün  bir  dəfə bəlğəm  götürülür. Pozitiv  nəticə əldə  edildikdə məhbus  İMM-yə 
köçürülür. Skrininq nəticəsində vərəmin əlamətləri müəyyən edilməyən İİV-neqativ şəxslərə 
PAL strategiyası, İİV-pozitiv şəxslərə isə “Üç İ” strategiyası tətbiq edilir. 
İMM-yə  etap  edilənə  gədər  məhbusların  bakterioloji  statuslarına  müvafiq 
bölüşdürülməklə  yerləşdiriliməsinə  ciddi  nəzarət  olunur.  Xpert  TB/RIF  müayinəsi  üzrə 
pozitiv olanlar “BK (+)”, neqativ olanlar “BK (-)”, Xpert TB/RIF ilə Rifampisinə davamlılıq 
təyin  olunanlar  isə  “DDV”  kimi  işarələnmiş  palatalarda  /  kameralarda  saxlanılır.  Aşkar 
edilmiş pozitiv və DDV hallar İMM-yə etap edilənə gədər digər məhbuslarla epidemioloji 
kontakta girməməlidirlər.  
Bəlğəm  nümunələrinin  İT-lərdən  və  CM-lərdən  həftəlik  olaraq  daşınması  xüsusi 
ekspeditor  tərəfindən  cədvəl  üzrə  həyata  keçirilir.  Toplanmış  nümunələr  ərazi  üzrə 
penitensiar müəssisələrə təhkim edilmiş laboratoriyalara çatdırılır.  
Aşkar olunmuş pozitiv vərəm hallarının epidemioloji kontaktları ilə aparılan tədbirlər 
Penitensiar  müəssisələrin  tibb  xidmətləri  hər  bir  aşkar  olunmuş  pozitiv  vərəm  halı 
barədə  24  saat  ərzində  təcili  bildirişlə  TBİ-nin  Gigiyena  və  Epidemiologiya  Mərkəzinə 
Hazırlıq 
•Müəssisədə saxlanılan 
məhbusların siyahısının 
tərtib edilməsi 
•Müəssisənin əməkdaşları 
və məhbuslar arasında 
sanitariya maarifçiliyi 
işinin aparılması. 
Skrininq 
•Hər məhbus üçün sorğu 
vərəqi doldurulur.  
• Bütün məhbuslar 
rentgen müayinəsindən 
keçirilir 
•Vərəm ehtimal edilən 
şəxslərin müəyyən 
edilməsi və onların 
siyahısının tərtib 
edilməsi 
•Vərəm ehtimal edilən 
şəxslərdən bəlğəmin 
toplanmasl və duru qidalı 
mühitdə əkilməsi 
Yekun 
•Əkmə üzrə pozitiv 
halların İMM-yə etap 
edilməsi 
•Əkmə üzrə neqativ 
şəxslərə PAL 
strategiyasının tətbiqi 
•Ftiziatrın sonrakı baxışı 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
17 
 
(GEM)  məlumat  verir.  Sonrakı  dövrdə  GEM-in  nəzarəti  altında  İT-lərin  və  CM-nin  TSH-
ləri bu şəxslərin epidemioloji kontaktların müəyyən edilməsi məqsədi ilə epidemik kəşfiyyat 
aparırlar. Pozitiv vərəm halı ilə epidemioloji kontaktda olmuş şəxslərin tibbi kitabçalarında 
müvafiq qeydiyyat  aparılır və onlardan Xpert TB/RIF-də müayinə olunmaq üçün bir  dəfə 
bəlğəm  nümunəsi  götürülür.  Bəlğəm  analizinin  neqativ  nəticəsi  olduqda  iki  il  ərzində  hər 
altı aydan bir sınaq (Xpert TB/RIF) təkrar edilir. Təcili bildirişin forması üçün bax: Əlavə 5. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
18 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin