Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


§  Adekvat  absorbsiyası  izafi  yığılmasız  oması  məqsədilə  preparatın  qan  zərdabında



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#8257
1   2   3   4   5   6   7   8   9   ...   21
§  Adekvat  absorbsiyası  izafi  yığılmasız  oması  məqsədilə  preparatın  qan  zərdabında 
konsentrasiyasına  nəzarət  etmək  daha  məqsədəuyğundur.  Bu,  habelə  toksiki  effektlərdən 
qaçılmasına kömək edər.  
¶  Peritoneal  dializ  aparılan  pasiyentlər  barədə  hal-hazırda  məlumatlar  yoxdur.  Belə 
məlumatlar  meydana  çıxana  gədər  hemodializdə  olan  pasiyentlər  üçün  tövsiyə  olunan 
dozalar tətbiq edilir və dozaların adekvatlığı preparatın qan zərdabındakı konsentrasiyasına 
nəzarət edilməklə yoxlanılır. 
**  Ototoksiklik  və  nefrotoksiklik  riski  yüksək  olduğundan  böyrək  funksiyaları  azalmış 
pasiyentlərin müalicəsində inyeksion preparatlar ehtiyatla tətbiq edilməlidir.  
PAST  böyrək  asidozunun  dərinləşməsinə  səbəb  ola  bilər.  Izafi  natrium  yükünə  səbəb 
olduğuna  görə  PAST-ın  natrium  duzunun  tətbiqindən  çəkinmək  lazımdır.  Bunun  əvəzində 
tərkibində  natrium  duzu  olmayan  dərman  formalarından  (məsələn,  Jacobus  PASER  ®) 
istifadə etməklə natriumun toplanması təhlükəsini azaltmaq olar.  
Levofloksasinə  və  ofloksasinə  nisbətən  siprofloksasin  böyrəklərlə  daha  az  dərəcədə 
çıxarıldıqdan  xroniki  böyrək  çatışmazlığı  olan  pasiyentlərdə  onun  tətbiqi  daha  məqsədə 
uyğundur.  

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
41 
 
Vərəmin müalicəsi 
 
Azərbaycan PS-də VƏD-lər 1-ci və 2-ci kateqoriyalı xəstələrin müalicəsində həftədə 7 
gün, 4-cü kateqoriyalı xəstələrin müalicəsində həftədə 6 gün təyin edilir. 
Kimyaterapiya rejimlərinin kodlaşdırılması  
Rejimlərin  kodlaşdırılması  ÜST  tərəfindən  tövsiyə  olunmuş  müalicə  kateqoriyaları  ilə 
uyğunlaşdırılıb:  

 
I  –  ilk  dəfə  aşkar  olunmuş,  II  -  əvvəllər  müalicə  olunmuş,  IV  –  ÇDD  və  GDD 
xəstələr üçün 

 
“a” hərfi  - əvvəllər müalicə olunmuş ÇDD vərəmi olan xəstələrin müalicə rejimini 
göstərir 

 
“S”  hərfi  -  streptomisinə  qarşı  mono-davamlı  vərəmi  olan 
xəstələrin  müalicə 
rejimlərini göstərir 
 

 
“H
”  hərfi  -  izoniazidə  qarşı  mono-  və  poli-davamlı  vərəmi  olan 
xəstələrin  müalicə 
rejimlərini göstərir
 

 
“R
” hərfi - rifampisinə qarşı mono- və poli-davamlı vərəmi olan 
xəstələrin müalicə 
rejimlərini göstərir
 

 
“G” hərfi - GDD vərəmi olan xəstələrin müalicə rejimini göstərir.  
 
Kimyəvi terapiyanın rejimlərini və müalicənin müddətini aşaqıdaki amillər şərtləndirir:  

 
Xəstəlik halının növü  

 
Dərmanlara qarşı davamlılıq növü və  

 
Prosesin yayılması dərəcəsi 
Vərəmli  pasiyentlərə  müalicə  təyin  edilməsi  üçün  təqdim  olunan  sxemdə  ən  azı  üç 
effektiv  VƏD  olmalıdır.  Bu  şərt  olmadıqda  konsilium  pasiyentin  palliativ  qayğıya 
keçirilməsinin məqsədəuyğunluğu məsələsini həll edir. Palliativ qayğı və müalicə zamanı 1-
ci sıra VƏD-lərin tətbiqinə yol verilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
42 
 
Standart kimyəvi terapiyanın rejimləri 
Xəstəlik 
halının 
növü 
VM-nin 
2-ci 
sıra  dərmanlara 
davamlılıq 
növü* 
Prosesin 
yayılması 
və 
müalicənin 
müddəti 
Kimyəvi terapiyanın rejimi  
Müalicənin 
kateqoriyası 
Həssaslıq qorunmuşdur 
İlk dəfə aşkar olunmuş  
Bir pay 
hüdudunda 
(6 ay) 
2HRZE/4HRE 
 

Bir paydan 
artıq (8 ay) 
2SHRZE/1HRZE/5HRE 
 
II 
Əvvəllər müalicə olunmuş  
Hər hansı 
biri (8 ay) 
2SHRZE/1HRZE/5HRE 
 
II 
Mono-davamlılıq (S)
 
İlk dəfə aşkar olunmuş  
Bir pay 
hüdudunda 
(6 ay) 
2HRZE/4HRE 
 

Bir paydan 
artıq (8 ay) 
2Km
#
HRZE/1HRZE/5HRE 
 
II
Əvvəllər müalicə olunmuş  
Hər hansı 
biri (8 ay) 
2KmHRZE/1HRZE/5HRE 
 
II
Mono-, Poli-davamlılıq (H) : H, HS, HE, HSE 
Bütün 
tiplər 
 
Km(s), Ofl(s) 
 
Km(s), Ofl(r) 
 
Km(r), Ofl(s) 
 
Km(r), Ofl(r) 
Hər hansı 
biri  
(12 ay)** 
KmLfxEthREZ/LfxEthREZ 
 
KmMfxEthREZ/MfxEthREZ 
 
CmLfxEthREZ/LfxEthREZ
 
CmMfxEthREZ/MfxEthREZ  
II
Mono-, Poli-davamlılıq (R) : R, RS, RE, RSE 
Bütün 
tiplər 
 
Km(s), Ofl(s) 
 
Km(s), Ofl(r) 
 
Km(r), Ofl(s) 
 
 Km(r), Ofl(r) 
 
Hər hansı 
biri  
 (12 ay)** 
KmLfxEthHEZ/LfxEthHEZ 
 
KmMfxEthHEZ/MfxEthHEZ 
 
CmLfxEthHEZ/LfxEthHEZ 
 
CmMfxEthHEZ/MfxEthHEZ 
II
ÇDD: HR, HRS, HRE, HRSE 
İlk 
dəfə 
aşkar 
olunmuş 
Km(s),Ofl(s)  
Km(s),Ofl(r) 
Km(r),Ofl(s) 
 >=20 ay 
*** 
KmLfxEthCsPasZ/LfxEthCsPasZ  
KmMfxEthCsPasZ/MfxEthCsPas

CmLfxEthCsPasZ/LfxEthCsPasZ  
 
IV 
Əvvəllər 
müalicə 
olunmuş 
Km(s),Ofl(s)  
Km(s),Ofl(r) 
Km(r),Ofl(s) 
>=24 ay 
*** 
KmLfxEthCsPasZ/LfxEthCsPasZ  
KmMfxEthCsPasZ/MfxEthCsPas

CmLfxEthCsPasZ/LfxEthCsPasZ 
 
IV
GDD: ÇDD + Km və/yaxud Am və/yaxud Cm və Ofx davamlı 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
43 
 
Bütün tiplər
 
>= 24 ay 
*** 
CmMfxEthCsPasZ/MfxEthCsPas

IV G  
* s – həssaslıq qorunmuşdur; r – dərman vasitələrinə davamlılıq 
#
 bütün tövsiyə ediləm rejimlərdə Kanamisin Amikasin ilə əvəz edilə bilər  
** Dərmanlara qarşı Mono- və Poli-davamlı tiplərin (S, H, R, E, HS, HE, HSE, RS, RE, 
RSE)  müalicəsi  zamanı  intensiv  fazanın  müddəti  3  aydan  az  olmamaqla,  bəlğəmin 
konversiyasından  sonra  daha  2  ay  davam  edir  və  o,  bəlğəm  konversiyasının  gecikməsi, 
kliniki və rentgenoloji dinamikanın ləng olması şərtləri ilə 6 aya qədər uzadıla bilər.  
*** 
ÇDD və GDD vərəmin müalicəsi zamanı müalicənin intensiv fazasının müddəti  8 
aydan  az  olmamaqla,  bəlğəmin  konversiyasından  sonra  daha  6  ay  (ümumilikdə  10  aydan 
çox olmamaqla) davam edilir. 
 
Bədən  çəkisindən  asılı  olaraq  vərəməleyhinə  dərman  vasitələrinin  standart  dozaları 
(böyüklər üçün) 
 
Dərman vasitələri  
< 33 kq 
33 – 50 kq 
51 – 60 kq 
> 60 kq 
İzoniazid (100, 300 mq) 
4-6 mq/kq  
200-300 mq   300 mq  
300 mq  
Rifampisin (150, 300 kq) 
10-20 mq/kq 
450-600 mq 
600 mq 
600 mq 
Etambutol (100, 400 mq) 
25 mq/kq 
800-1200 
mq 
1200-1600 
mq 
1600-2000 
mq 
Pirazinamid (500 mq) 
30-40 mq/kq 
1000-1750 
mq 
1750-2000 
mq 
2000-2500 
mq 
Streptomisin (1 q ampul) 
15-20 mq/kq 
500-750 mq 
1000 mq 
1000 mq 
Kanamisin (1 q ampul) 
15-20 mq/kq 
500-700 mq 
1000 mq 
1000 mq 
Amikasin (1 q ampul) 
15-20 mq/kq 
500-700 mq 
1000 mq 
1000 mq 
Kapreomisin (1 q ampul) 
15-20 mq/kq 
500-700 mq 
1000 mq 
1000 mq 
Levofloksasin (250mq,  
500 mq) 
ÇDD vərəmi 
olan 
böyüklərdə 
adətən 750 
mq təyin 
olunur 
750 mq 
750 mq 
750 mq 
Moksifloksasin (400 mq) 
ÇDD vərəmi 
olan 
böyüklərdə 
adətən 400 
mq təyin 
olunur 
400 mq 
400 mq 
400 mq 
Etionamid (250 mq) 
15-20 mq/kq 
500 mq 
750 mq 
1000 mq 
Protionamid (250 mq) 
15-20 mq/kq 
500 mq 
750 mq 
1000 mq 
Sikloserin (250 mq) 
15 mq/kq 
500 mq 
750 mq 
1000 mq 
PAST  və  ya  digər  formalar 
ekvivalent miqdarda 
150 mq/kq 
8 q 
8 q 
8 q 
Rifabutin (150 mq) 
5 mq/kq 
200-300 mq 
300 mq 
300 mq 
Qeyd: gündəlik dozalar göstərilmişdir. Adətən aşağıdakı dərman vasitələri gündə 2 dəfə 
qəbul  edilir:  etionamid,  protionamid,  sikloserin,  PAST.  Məsələn,  etionamidin  gündəlik 
dozasını  (750  mq)  –  500  mq  səhər  və  250  mq  axşam.  Bir  sıra  preparatlar  hazırda 
Azərbaycanda qeydiyyatdan keçmədiyindən və vərəmin müalicəsində tətbiq edilmədiyindən 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
44 
 
cədvəldə  göstərilməyib.  Həmin  preparatların  təchizatı  və  qeydiyyatı  təmin  olunduqda, 
onların vərəmin müalicəsi sxemlərində tətbiq edilməsinə baxılacaqdır. 
 
DHT molekulyar üsullarının (standart müalicə rejimlərinin seçilməsi üçün yardım məqsədi 
ilə) nəticələri əsasında dərmanlara qarşı davamlılığın əsas növləri:  
LPA testləri üzrə DHT-nin 
nəticələri 
İnterpretasiya (dərmanlara davamlılığın növü) 
H(s*), R(s), E(s) 
Qorunmuş həssaslığı olan vərəm 
H(r**), R(s), E(s) 
Mono-davamlılıq  (H)  və  mümkündür  Poli-davamlılıq 
(HS) 
H(s), R(r), E(s) 
Mono- davamlılıq (R) və mümkündür Poli- davamlılıq 
(RS) 
H(s), R(s), E(r) 
Mono- davamlılıq (E) və mümkündür Poli- davamlılıq 
(SE) 
H(r), R(s), E(r) 
Poli- davamlılıq (HE və mümkündür HSE) 
H(s), R(r), E(r) 
Poli-davamlılıq (RE və mümkündür RSE) 
H(r), R(r), Km (s), Ofx (s) 
ÇDD 
vərəm
 
H(r), R(r), Km (r), Ofx (s) 
ÇDD 
vərəm
 (Km qarşı davamlılıq) 
H(r), R(r), Km (s), Ofx (r) 
ÇDD 
vərəm
 (Ofx qarşı davamlılıq) 
H(r), R(r), Km (r), Ofx (r) 
GDD
 vərəm 
* s – həssaslıq qorunmuşdur; ** r – dərman vasitələrinə davamlılıq 
AKV-in müalicəsi barədə bax: Əlavə 9 
Müştərək İİV-infeksiyası və vərəmin müalicəsi barədə bax: Əlavə 10 
Hamiləlik zamanı vərəmin müalicəsi barədə bax: Əlavə 11 
Uşağı əmizdirən analarda vərəmin müalicəsi
 barədə bax: Əlavə 12 
Müalicə nəticələri 
Dərmanlara  qarşı  hər-hansı  davamlılıq  növü  olan  vərəmli  xəstələrin  müalicə 
proqramının  effektivliyini  qiymətləndirmək məqsədilə ÜST və digər beynəlxalq  təşkilatlar 
müalicə nəticələrinin standart təyini təqdim ediblər: 

 
Sağalma  
 
 
 
 
 
 

 
Müalicə başa çatdı    
 
 
 
 

 
Müalicənin izlənilməsi itirilib  
 
 
 

 
Uğursuz müalicə 
 
 
 
 
 

 
Ölüm    
 
 
 
 
 
 

 
Qiymətləndirilməyib   
 
 
 
Qorunmuş həssaslıqlı və rifampisinə hər hansı davamlılıq istisna edilən xəstələrin müalicə 
nəticələrinin təyini* 

 
Sağalma – müalicənin başlanğıcında bakterioloji olaraq pozitiv AV xəstədə müalicənin 
son və ondan əvvəlki ən azı bir müayinəsində bəlğəmin yaxma və ya əkmə üzrə nəticəsi 
neqativ müəyyən olunur. 

 
Müalicə başa çatdı – xəstə, “uğursuz müalicə”yə dair əlamətlər olmadan tam müalicə 
kursunu başa çatdırmışdır, lakin bəlğəmin son və ya ondan əvvəlki ən azı bir müayinəsi 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
45 
 
zamanı yaxma və ya əkmə üzrə nəticəsinin neqativ olduğunu təsdiq edən qeydlər yoxdur 
(müayinələr aparılmayıb və ya nəticələr əldə edilməyib).  

 
Müalicənin  izlənilməsi  itirilib  –  xəstə  müalicəyə  başlamayıb  və  ya  müalicə 
başlandıqdan sonra ən azı 2 ardıcıl aydan çox fasilə vermişdir.  

 
Uğursuz  müalicə  –  xəstədə  müalicənin  5-ci  ayında  və  ya  daha  sonrakı  dövründə 
bəlğəmin yaxma və ya əkmə üzrə nəticəsi pozitivdir. 

 
Ölüm  – müalicədən əvvəl və ya müalicə fonunda vərəmli xəstənin hər hansı səbəbdən 
vəfatı.  

 
Qiymətləndirilməyib  –  müalicə  nəticəsi  müəyyənləşdirilməmiş  vərəmli  xəstə.  Buraya 
başqa tibb müəssisəsinə köçürülmüş xəstələr habelə müalicə nəticələri məlum olmayan 
xəstələr aid edilirlər.  
*Qeyd:  Müalicə  müddətində  xəstədə  rifampisinə  davamlılıq  (RD)  və  ya  ÇDD  müşahidə 
olunduqda,  onlar  2-ci  sıra  VƏD-lə  müalicə  sxeminə  keçirilməlidir.  Belə  xəstələr  1-ci  sıra 
VƏD-lə müalicə alan xəstələrin kohort təhlilindən çıxarılır və onların müalicə nəticəsi 2-ci 
sıra  VƏD-lə  müalicə  alan  xəstələrin  kohortunda  qiymətləndirilir.  Əgər  belə  xəstənin  2-ci 
sıra  VƏD-lə  müalicəsi  mümkün  olmursa,  onun  müalicəsinin  nəticəsi  yuxarıda  göstərilən 
kimi təyin edilir. 
2-ci  sıra  VƏD-lərlə  müalicə  qəbul  etmiş  RD,  ÇDD  və  GDD  vərəmli  xəstələrdə  müalicə 
nəticələrinin təyini 

 
Sağalma – Müalicə yuxarıda qeyd edilən müddətlərə və kateqoriyalara müvafiq olaraq, 
“uğursuz müalicə”yə dair əlamətlər olmadan başa çatmışdır və İntensiv Fazadan sonra 
ən azı 30 gün ara ilə aparılmış üç və daha artıq ardıcıl neqativ əkmə nəticəsi vardır. 

 
Müalicə  başa  çatdı  –  Müalicə  yuxarıda  qeyd  edilən  müddətlərə  və  kateqoriyalara 
müvafiq  olaraq,  “uğursuz  müalicə”yə  dair  əlamətlər  olmadan  başa  çatmışdır,  lakin 
İntensiv Fazadan sonra ən azı 30 gün ara ilə aparılmış üç və daha artıq ardıcıl neqativ 
əkmə nəticəsinin olması barədə məlumat yoxdur. 

 
Müalicənin  izlənilməsi  itirilib  –  xəstə  müalicəyə  başladıqdan  sonra  ən  azı  2  ardıcıl 
aydan çox fasilə vermişdir.  

 
Uğursuz müalicə – Aşağıda qeyd edilən səbəblərdən müalicə dayandırılıb və ya daimi 
müalicə sxemində ən azı 2 VƏD-in dəyişdirilməsi zəruridir: 
- İntensiv Fazanın sonunda konversiya
1
 yoxdur və ya  
- Davamedici Fazada bakterial reversiya
2
 baş verib və ya  
-  Flüorxinolonlara  və  ya  2-ci  sıra  inyeksion  preparatlara  əlavə  qazanılmış  davamlılığın 
olduğunu təsdiq edən məlumat varsa və ya  
- Arzuedilməz dərman reaksiyası. 

 
Ölüm – müalicə kursu zamanı vərəmli xəstənin hər-hansı səbəbdən vəfatı.  

 
Qiymətləndirilməyib  –  müalicə  nəticəsi  müəyyənləşdirilməmiş  vərəmli  xəstə.  Buraya 
başqa tibb müəssisəsinə köçürülmüş xəstələr habelə müalicə nəticələri məlum olmayan 
xəstələr aid edilirlər.  
Müalicə zamanı kliniki, rentgenoloji və laborator nəzarət   
Kimyaterapiya  kursu  zamanı  müalicə  rejimi  dəyişilməz  olduqda  müayinə  növlərinin 
müddətləri bütün xəstələr üçün aşağıda qeyd olunur: 
 
                                                           
1
 Konversiya – ən azı 30 gün ara ilə götürülmüş iki ardıcıl əkmənin nəticəsi neqativdir. Neqativ əkmə 
nəticəsi olan birinci nümunənin toplanması vaxtı konversiyanın baş vermə vaxtı kimi hesab edilir. 
2
Reversiya – konversiya baş vermiş xəstədə sonradan ən azı 30 gün ara ilə götürülmüş iki ardıcıl əkmənin 
pozitiv nəticəsinin alınması. “Uğursuz müalicə” nəticəsini təyin etmək üçün yalnız Davamedici Fazada baş 
vermiş reversiya nəzərə alınır. 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
46 
 
Kimyaterapiya dövründə xəstələrin müayinəsi  
Müalicə 
kateqoriyası  
Mikroskopiya 
Əkmə  
DHT 
 
Ağ ciyərlərin 
rentgenoqrafiyası 

2-ci, 4-cü və 6-cı 
aylarda
 
2-ci və 4-cü 
aylarda 
əkmənin nəticəsi 
pozitiv olduqda 
3-cü və 6-cı 
aylarında 
II, IIS 
2-ci, 5-ci və 8-ci 
aylarda
 
2-ci və 5-ci 
aylarda 
əkmənin nəticəsi 
pozitiv olduqda 
3-cü və 8-ci 
aylarında 
IIH, IIR, IV, 
IVa, IVG 
 
Intensiv fazada 
hər ay, 
Davamedici 
fazada hər iki 
aydan bir 
Intensiv fazada 
hər ay, 
Davamedici 
fazada hər iki 
aydan bir 
əkmənin nəticəsi 
pozitiv olduqda, 
lakin üç aydan 
tez olmamaqla 
Hər üç aydan bir 
 
ÇDD/GDD vərəmi olan xəstələrin müayinəsi  
Müayinə 
Tövsiyə olunan tezlik 
Həkim tərəfindən müayinə  
Müalicəni  başlayarkən,  konversiya  baş  verənə  qədər  hər 
ay, və sonra hər 2-3 aydan bir 
Bəlğəm 
yaxmasının 
mikroskopiyası və əkməsi  
Müalicənin  intensiv  fazası  müddətində  hər  ay,  sonradan 
isə  2  aydan  bir.  Müalicənin  son  12  ayı  ərzində  əkmə 
müayinələrin ümumi sayı 5-dən az olmamalıdır.   
Çəki 
Müalicənin əvvəlində, sonra isə hər ay  
DHT-nin təyini 
Müalicənin əvvəlində, sonra isə müalicənin hər 3 ayında   
Döş 
qəfəsinin 
rentgenoqrafiyası 
Müalicənin əvvəlində, sonra isə hər 3 aydan bir 
Kreatinin 
Müalicənin  əvvəlində,  inyeksion  dərman  vasitələri  təyin 
olunduqdan sonra isə hər ay. İİV-müsbət, şəkərli diabet və 
böyrək  çatışmazlıq  riski  yüksək  olan  xəstələrdə  -hər  1-3 
həftədən bir.   
Kalium   
İnyeksion dərman vasitələri təyin olunduqda – hər ay.  
İİV-müsbət,  şəkərli  diabet  və  böyrək  çatışmazlıq  riski 
yüksək olan xəstələrdə -hər 1-3 həftədən bir.  
Tireotrop hormonu (ТТH) 
Etionamid/protionamid/yaxud PAST qəbulu zamanı hər 6 
aydan  bir;  əlavə  olaraq  hipotireodizmin  simptomlarına 
aylıq nəzarət. Hipotireodizmi aşkar etmək üçün ТТH təyin 
olunması  kifayətdir; digər tireod hormonların  səviyyəsini 
müəyyən etməyə ehtiyac yoxdur. 
Qaraciyər fermentləri  
Uzun  müddət  pirazinamid  qəbul  edən  və  yaxud  hepatit 
riski  ya  əlamətləri olan xəstələrdə müntəzəm nəzarət (hər 
1-3  aydan  bir).  İİV-müsbət  olan  pasiyentlərdə  aylıq 
nəzarət.  
İİV (İİV/QİÇS) testi  
Müalicənin əvvəlində, və təkrarən kliniki göstəriş zamanı  
Hamiləlik testi 
Müalicənin  əvvəlində  fertil  yaşda  olan  qadınlar  üçün  və 
təkrarən göstərişlər zamanı.  
Hemoqlobin və leykositlər* 
Linezolid qəbulu  zamanı  əvvəlcə  hər həftə  ərzində, sonra 
isə  hər  ay  yaxud  göstəriş  zamanı;  uzadılmış  istifadə  üzrə 
kliniki  təcrübəsi  azdır.  İİV-müsbət  olan  və  retrovirus 
əleyhinə dərman vasitələri (o cümlədən, zidovudin) qəbul 
edən  pasiyentlərə  əvvəlcə  aylıq,  sonra  isə  göstərişlərə 
əsasən nəzarət olunur.   
Lipazalar* 
Linezolid  və  retrovirus  əleyhinə  dərman  vasitələri  (D4T, 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
47 
 
ddI, ddc.) qəbul  edən xəstələrə  pankreatitin  yaranmasının 
qarşısını  almaq  məqsədilə  abdominal  ağrıların  aradan 
qaldırılması üçün təyin olunur. 
Südlü asidoz* 
Südlü  asidozun  qarşısını  almaq  məqsədi  ilə  linezolid  və 
retrovirus  əleyhinə  dərman  vasitələri  qəbul  edən 
pasiyentlərə təyin olunur.  
Qlükoza* 
Qatifloksasin qəbulu zamanı həftəlik nəzarət. Pasiyentlərə 
hipo-  və  hiperqlikemiya  əlamətlərini  aşkar  etmək 
bacarığını aşılamaq. 
* Kimyəvi terapiya sxeminə linezolid, retrovirusa qarşı dərman vasitələrinin (ART:  
AZT,D4T, ddI, ddc) və yaxud  qatifloksasinin daxil olması halda tövsiyə olunur  
Vərəmli xəstələrin müalicəsində cərrahiyənin rolu 
Cərrahi  müalicə  yardımçı  üsul  kimi  yalnız  kimyəvi  terapiya  vasitəsi  ilə  sağalması 
mümkün olmayan xəstələr üçün nəzərdə tutulub. Cərrahi müalicə dəqiq göstərişlər əsasında, 
dəqiq göstərilən müddət ərzində və əks göstərişləri nəzərə almaq şərti ilə aparılır. 
Vərəm xəstələrində cərrahi müalicəyə göstərişlərin əsas istiqamətləri aşağıdakılardır:  

 
Müalicə uğursuzluğunun qarşısının alınması;  

 
Vərəm residivinin qarşısının alınması;  

 
Vərəm nəticəsində ağırlaşmalarının müalicəsi.  
Planlı  cərrahi  müdaxilələr  vərəm  prosesinin  fəallığının  mümkün  olan  maksimal  aşağı 
səviyyəsində  olduğu  vaxtda  aparılmalıdır.  Xəstələrin  əksəriyyətində  bu  müalicənin  2-ci 
ayından 6-cı ayına qədər olan müddətidir.  
Cərrahi  müalicəyə  göstərişin  müəyyən  olması  kimyəvi  terapiyaya  başlamazdan  öncə 
proqnozlaşdırma yolu ilə aparılır: proqnoz mənfi olduğu halda cərrahi müalicə planlaşdırılır 
və vərəm fəallığının mümkün olan maksimal aşağı səviyyəsində olduğu vaxtda aparılır.  
Cərrahi  müalicəyə  əks-göstərişlər  əsasən  qan-damar  sisteminin  və  ağciyərlərin  ehtiyat 
funksiyasının vəziyyəti əsasında müəyyən olunur.   
Birbaşa müşahidə olunan müalicə (DOT) 
DOT PSVNP-nin icbari hissəsi olmaqla vərəmə görə müalicə alan bütün şəxslərə tətbiq 
olunur.  Bu,  müalicədən  yayınma  və  imtina  riskini  azaldır.  DOT  müalicəyə  sadiqlik  ilə 
birbaşa bağlıdır.  
Müalicəyə riayət sağalma şansını yüksəltmək üçün çox vacibdir. Hissəvi və xaotik qəbul 
edilən müalicə labüd olaraq dərmanlara davamlılığa gətirib çıxarır. Həkim-psixoloqun cəlb 
olunması,  pasiyentlərin  stimullaşdırılması  və  sövqedilməsi  (əlavə  qida,  gigiyenik  və  s. 
vasitələri), daimi aparılan səhiyyə maarifçiliyi işi və xəstələrin qoxumları ilə diqqətli iş daxil 
olmaqla bütün heyətin ahəngdar işi hesabına müalicəyə sadiqliyə nail olmaq olar. Müalicə 
tamamlanmadan  azadlıqdan  məhrum  etmə  yerlərindən  çıxandan  sonra  da  xəstələr  eyni 
həcmdə dəstəkdən bəhrələnirlər.  
Tam  müalicə  kursuna  riayət  olunmasına  təkcə  tibbi  heyət  məsuliyyət  daşımır.  Inzibati 
heyət  və  təhlükəsizlik  xidməti  daxil  olmaqla  azadlıqdan  məhrum  etmə  yerlərinin 
əməkdaşları,  vəkillər,  müstəntiqlər,  hakimlər  müalicənin  fasiləsiz  aparılması  üçün 
cavabdehlik daşıyırlar.  Istintaq, məhkəmə və digər tədbirlər keçirildiyi hallarda məhbuslar 
təyinatlara müvafiq olaraq tam həcmdə müalicə almaqda davam edirlər.  
Palliativ qayğının təmin edilməsi və etik məsələlər 
Palliativ  dəstək  –  tibbi  və  sosial  yardımın  müxtəlif  səviyyələrində  həyata  keçirilən, 
həyat  üçün  təhlükə  təşkil  edən  xəstəliklə  üz-üzə  qalmış  xəstələrin  və  onların  ailə  üzvlərin 
həyat  keyfiyyətini  yaxşılaşdırılması  məqsədi  daşayan  yanaşmadır.  Buna  psixo-sosial  və 
mənəvi  dəstək  göstərilməsi,  ağrı  və  digər  ağır  fiziki  simptomların  erkən  aşkarlanması, 

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
48 
 
onların  diqqətlə  qiymətləndirilməsi  və  aradan  qaldırılması  hesabına  əziyyətlərin  qarşısını 
alınması və yüngülləşdirilməsi yolu ilə nail olunur.   
Palliativ  müalicəyə  ehtiyacı  olan  xəstələrə  qayğının  təmin  edilməsində  etik  məsələlər 
üzrə ÜST işçi qrupunun tövsiyələri əsas götürülür: 

 
Ölümü təbii qanunauyğun proses kimi qəbul edir;  

 
Həyat müddətini uzatmaq və ya qısaltmaq məqsədi daşımır; 

 
Palliativ  qayğının  məqsədi  xəstənin  həyatının  son  günlərini  mümkün  qədər  keyfiyyətli 
şəkildə yaşamasını təmin etməkdir; 

 
Pasiyentin  tələbatlarının  ödənilməsi  məqsədilə  müxtəlif  peşə  mütəxəssislərinin 
köməyindən istifadə edir;   

 
Pasiyentin  həyat  keyfiyyətini  yaxşılaşdırır  və  xəstəliyin  gedişinə  müsbət  təsir  göstərə 
bilir; 

 
Digər müalicə üsulları ilə müştərək və vaxtında tətbiq edildikdə xəstənin həyatını uzada 
bilir. 
Digər  müalicə  növləri  artıq  səmərəli  olmadığı  zaman,  xəstə  ölüm  barədə  danışmağa 
başlayanda,  həyata  vacib  orqanların  fəaliyyəti  pozulduqda  palliativ  qayğı  tədbirlərinə 
başlanılmalıdır.  Bu,  pasiyentin  təkcə  fiziki  deyil,  eləcədə  psixoloji,  sosial  və  ruhi 
tələbatlarının  ödənilməsinə  yönəlməlidir.  Xəstənin  psixoloji  durumunu  dəstəkləmək  və 
inamını  saxlamaq  məqsədi  ilə  həssaslığı  itirilmiş  olsa  belə  1-ci  sıra  VƏD-lərıə  müalicəyə 
yol  verilir.  Palliativ  qayğının  başlıca  məqsədi  xəstənin  həyatını  uzatmaq  deyil,  qalan 
ömrünü mümkün qədər rahat etməkdir. 
Müalicə başa çatdıqdan sonra məhbuslar üzərində müşahidənin təminatı 
Müalicəsi  uğurla  başa  çatmış  xəstələr  dispanser  şöbəsinə  keçirilirlər  və  burada  3-6  ay 
müddətində saxlanılırlar.  Bu müddət  ərzində onlar hər 3 aydan bir bəlğəm  analizi  verirlər 
(mikroskopiya/əkmə)  və  həkim  müayinəsindən  keçirilirlər.  Əks  göstərişlər  olmadığı 
təqdirdə məhbuslar cəza çəkdikləri əsas müəssisələrə geri göndərilirlər. Həmin müəssisələrə 
gəldikdən  sonra  onlar  TSH-lərdə  qeydiyyata  alınırlar.  Növbəti  bir  il  ərzində  bu  məhbuslar 
ağır fiziki əməyə cəlb olunmurlar və hər 6 aydan bir bəlğəm analizi verirlər. 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin