Azərbaycanda vərəmə nəzarət proqramının təşkilatı strukturu
Mülki sektorda vərəmə nəzarət proqramı və onun təşkili
MVNP ÜST-nin tövsiyə etdiyi Birbaşa Müşahidə Olunan Terapiya (və ya DOT)
strategiyasına müvafiq olaraq aparılır. Vərəmli xəstələrin müalicəsi DOT müalicə
qaydalarına uyğun olaraq bütün şəhər, rayon, qəsəbə və kəndlərdə tibb müəssisələrində
təşkil olunaraq aparılır. Xəstədə vərəm xəstəliyi aşkar olunarsa o, mütləq qaydada daimi
yaşadığı ünvan üzrə vərəm əleyhinə tibb müəssisəsində qeydiyyata götürülür və müalicəsi
onun yaşadığı ünvana yaxın DOT məntəqəsində təşkil olunur. Xəstə yaşayış ünvanını
dəyişirsə o, “TB 09” göndəriş/köçürülmə sənədinin vasitəsilə bir vərəm əleyhi tibb
müəssisindən digərinə köçürülür.
Penitensiar vərəmə nəzarət proqramı və onun təşkili.
PVNP mülki sektorda olduğu kimi DOT müalicə strategiyasına müvafiq olaraq
aparılır. İstintaq təcridxanalarda və Cəzaçəkmə müəssisələrində aktiv və passiv yolla
vərəmli xəstələr aşkar olunaraq İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilir və
mərkəzləşdirilmiş qaydada müalicə ilə təmin olunurlar. Müalicəyə cəlb olunan vərəmli xəstə
müalicəsi başa çatmadan azadlığa buraxılırsa, o zaman xəstə “Sağlamlığa Xidmət” İctimai
birliyinin dəstəyi ilə VƏTM-nə köçürülür və müalicəsinin qalan hissəsi orada (DOT
məntəqəsində) davam etdirilir.
LAYİHƏ
Layihənin məqsədi və onun tərkib hissələri
Layihənin məqsədi DH-vərəm və DD-vərəm xəstəliyi ilə mübarizəni genişləndirmək
və DD-vərəm və o cümlədən GDD-vərəm hallarının artmasının qarşısının almaqla
Azərbaycanda vərəm xəstəliyinin səviyyəsini aşağı salmaqdır. Layihə, əhalinin DH-vərəm
və DD-vərəmin müayinə və müalicəsindən istifadə etməsinə yardım edəcəkdir. Layihənin
məqsədi beynəlxalq tövsiyyələrə əsaslanaraq (ÜST-nin yenilənmiş Stop TB strategiyası və
vərəmin qarşısının alınması üzrə Qlobal Plan 2006-2015) və Vərəmlə Mübarəzə üzrə Milli
Proqramın ayrılmaz hissəsi kimi və QF-un 9-cu Raund “Penitensiar sistemdə vərəmə
nəzarətin
gücləndirilməsi” çərçivəsində azadlığa buraxılan vərəm xəstələrinin
müalicələrinin sonadək davam etdirmələrinə nəzarət etmək və onlara sosial dəstək
göstərməkdən ibarətdir.
Layihənin hədəfi hər il müalicəsi tamamlanmadan azadlığa buraxılan 140 vərəmli
xəstənin (120 DH-vərəmli xəstə və 20 DD-vərəmli xəstə) VƏTM-də onların müayinə və
müalicə ilə təmin olunmalarına şərait yaratmaq.
Layihənin həyata keçirilməsininə dair hüquqi sənədlər:
o
Azərbaycan Respublikası ƏN TBİ və SX İB arasında Qlobal Fondun 9-cu Raund
“Azərbaycan penitensiar sistemində vərəmə nəzarətin gücləndirilməsi layihəsi çərçivəsində
'Adi' vərəm/ Dərmana Davamlı vərəm əleyhinə müalicəni başa çatdırmadan azadlığa
buraxılan keçmiş məhbusların mülki sektorda müalicələrini davam etdirmələrinin təşkili,
nəzarəti və dəstəyi” layihəsi üzrə 26 fevral 2011-ci il tarixli Əməkdaşlıq Müqaviləsi
o
Azərbaycan Respublikası SN ETACXİ və Qlobal Fondun 9-cu Raund Vərəm
Layihəsinin sub-resipiyenti SX İB arasında müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin
İxtisaslaşdırılmış müalicə müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin SN-nin
tabe vərəm əleyhi tibb müəssisələrində müalicələrinin sonadək izlənilməsi üzrə 10 May
2012-ci il tarixli Əməkdaşlıq Müqaviləsi.
o
Müalicəsi başa çatmadan Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə
müəssisəsindən azadlığa buraxılmış vərəmli xəstələrin SN-nin tabeçiliyində olan vərəm
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
131
əleyhi tibb müəssisələrində müalicələrinin davam etdirilməsinə məsul tibb işçisi, azadlığa
buraxılmış vərəm xəstəsi və müalicələrinin sonadək izlənilməsinə sosial dəstək göstərən və
nəzarət edən SX İB arasında Razılaşma sənədi.
Layihə dörd əsas tərkib hissədən ibarətdir:
a)
Azadlığa buraxılmazdan əvvəl xəstələrin siyahısının dəqiqləşdirilməsi, onların
maarifləndirilməsi və müalicələrinin MVƏM-də davam etdirməsinə hazırlıq, penitensiar
vərəm müəssisəsi ilə mülki vərəm əleyhi müəssisələr arasında əlaqələndirmə və
inteqrasiyanın təmini
b)
Xəstələrin İMM-dən mülki vərəm əleyhi müəssisəyə köçürülməsi, daimi yaşayış
yeri üzrə vərəm əleyhinə dispanserdə qeydiyyata götürülməsi və müalicənin davamının
təşkili;
c)
Xəstənin müalicəsi başa çatana kimi müalicənin gedişatını izləmək, xəstələrə sosial
dəstək göstərmək, ABVX-nin müalicəsinə məsul tibb işçisinə maddi və mənəvi dəstək
olmaq, xəstənin müalicəsi tamamlanana kimi aylıq dərman, əlavə ərzaq və digər
həvəsləndiricilərlə DOT məntəqəsini təmin etmək və müalicə və müayinələrin aparılmasına
nəzarət etmək;
d)
Müalicə nəticələrinin elektron məlumat bazasına daxil edilməsini təmin etmək,
müalicənin sonunda xəstələrin müalicə nəticələrini HKK-na təqdim etməklə müalicənin
başa çatdırılması, qeydiyyat və hesabatların aparılması.
Azadlığa buraxılmazdan əvvəl fəaliyyətlər
Azad olacaq xəstələrin siyahısının hazırlanması
Xəstənin azadlığa buraxılmasına 3 ay qalmış onun barəsində dolğun məlumat:
xəstənin adı, soyadı, atasının adı, DOTS müalicəsinə qoşulma tarixi, müalicə qeydiyyat
nömrəsi, TDB nəticəsi, DHT nəticəsi, azad olma tarixi, göndərilmə ünvanı, diaqnozu və
müalicəni bitirəcəyi tarix qeyd olunan siyahı İMM tərəfindən SN-nin Bakı baş səhiyyə
idarəsinə, ETACXİ və SX İB-nə poçt yaxud kuryer vasitəsilə çatdırılır.
SX İB-nin müalicəyə sadiqliyi təmin edilməsi üzrə konsultantı İMM-nin tərtib etdiyi
siyahıda adları qeyd olunan xəstələri aylar üzrə qruplaşdıraraq onların maarifləndirməsi və
məlumatlandırılması üçün müalicə şöbələrini müəyyən edir.
Müalicəsi başa çatmadan azadlığa buraxılacaq xəstələrin siyahısı dəqiqləşdirilərək SX
İB-nin elektron ünvanina göndərir.
Maarifləndirmə sessiyaları və məlumatlandırma.
Azadlığa buraxılacaq xəstələr üçün azad olmazdan üç ay əvvəl maarifləndirmə
sessiyalarının aparılmasına başlanılır.
Sessiyalar, hər biri azı 45 dəqiqə və iştirakçıların sayı 1-5 nəfər olmaqla həftədə 2 dəfə
SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı tərəfindən müvafiq
müqavilə və vəzifə öhdəliklərinə əsasən aparılır.
Sessiyanın əsas məqsədi xəstələrin müalicəyə ara vermədən, imtina etmədən tam kurs
müalicə almalarını təmin etmək və bu məqsədlə müalicənin tam sona çatdırılmasının
vacibliyi, dərman qəbuluna fasilə verilərsə, yaxud müalicə yarımçıq dayandırılarsa onun
xoşagələməz nəticələri barəsində xəstələr maarifləndirilir və eyni zamanda azadlığa
buraxıldıqdan sonra müalicənin necə, harada və kimin dəstəyi və nəzarəti vasitəsilə davam
etdiriləcəyi barədə müfəssəl məlumatlandırılırlar. Sessiyada iştirak edən xəstələrə vərəmin
müalicəsinin davam etdirilməsinin vacibliyi barədə broşürlər paylanılır.
Maarifləndirmə işinin səmərəli və cəlbedici olması mqsədilə iştirakçılara məlumatlar
dəqiq və düzgün olaraq, vacib məlumatlar təkrar-təkrar söylənilərək, dinləyicinin başa
düşəcəyi və onu inanacağı tərz və üslubda, müxtəlif maarifləndirici vasitələrlə çatdırılır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
132
Sessiyalar zamanı aşağıdakı vasitələrdən istifadə olunur:
•
prezentasiyalar
•
diskusiya qruplar
•
fərdi və qrup brifinqlər
•
plakat broşürlər, flip poster
•
fakt vərəqələri
•
tamaşalar
•
video filmlər
•
video çarxlar və s.
Maarifləndirici sessiyada iştirak edən şəxslər, sessiyanın sonunda xüsusi tərtib
olunmuş qeydiyyat vərəqində öz iştiraklarını imzaları ilə təsdiq edirlər. Xəstə imza
etməkdən imtina etdikdə, qeydiyyat vərəqini şöbə həkimi imzalayır. Həmin sənəddə
sesiyanın keçirildiyi tarix, başlandığı və sona çatdığı vaxt qeyd edilir.
SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı tərəfindən hər ay,
həftədə 2 (iki) sessiya olmaqla, bir ayda 8 (səkkiz) sessiya keçirilməsi planlaşdırılır.
Xəstələrin və sessiyaların sayı müvafiq tələbata əsasən ƏR ilə razılaşdırıldıqdan sonra
artırıla bilər.
SX İB-nin müalicəyə sadiqliyin təmin edilməsi üzrə konsultantı hər ayın sonunda ay
ərzində apardığı sessiyaların sayı göstərilməklə İMM-nin baş həkimi, İMM-nin müalicə
şöbəsinin həkimi və SX İB-nin direktorunun iştirakı ilə akt tərtib edir və sessiya
iştirakçılarının siyahıları ilə birgə SX İB-nin layihə rəhbərinə təqdim edir.
Xəstənin kimliyi və sosial vəziyyətinə dair sorğu vərəqəsinin doldurulması.
ABVX azadlığa buraxılmasına bir ay qalmış onunla müalicəyə sadiqliyin təmin
edilməsi üzrə konsultant İMM-də ayrıca otaqda ayrılıqda görüşərək onunla bir daha
maarifləndirici söhbət aparır və onun özü, ailəsi, yaxınları haqqında məlumatlar, onların
əlaqə telefonları, onun azadlığa buraxıldıqdan sonrakı planları, sosial vəziyyəti, yaşayış
ünvanı və yaşayış şəraiti barədə məlumatları əks etdirən sorğu anketi doldurur.
Xəstə ilə əlaqə saxlamaq üçün məlumatların əldə olunması
Xəstə azadlığa buraxıldıqdan sonra onun özü və yaxınları ilə əlaqə saxlanılması üçün
onun bütün mümkün telefon əlaqələri; xəstənin özünün təqdim etdiyi, sorğu anketində qeyd
olunan telefon nömrələri öyrənilir.
Əgər xəstə azadlığa buraxıldıqdan sonra əldə edilən telefon nömrələri vasitəsilə
onunla əlaqə saxlamaq mümkün olmursa o zaman, xəstənin İMM-də olduğu müddətdə
telefon danışıq otağından əlaqə saxladığı telefon nömrələri vasitəsilə o axtarılır və tapılaraq
müalicəsinin davam etdirməməsinə səbəb olan amillər araşdırılaraq ona lazımi dəstək
göstərilir və müalicəsinin davam etdirilməsinə çalışılır.
Müalicə və müayinələrinə dair sənədlərin toplanılması
ABVX-nin İMM-dən mülki vərəm əleyhi müəssisəyə köçürülməzdən əvvəl xəstənin
müayinə və müalicəsinə dair aşağıda qeyd olunan tibbi sənədlərinin surəti çıxarılarılaraq
toplanılır:
a)
Müalicə (gündəlik dərman qəbulunun qeydiyyatı) vərəqinin surəti (TB 01 formada
sənəd)
b)
DD-vərəm xəstəsinin fərdi vərəqəsi
c)
Dərmanların əlavə təsirlərinin qeydiyyat vərəqi (TB 02 formada sənəd)
d)
Klinik və biokimyəvi analizlərin nəticələri
e)
Xəstənin tibb kitabçasından çıxarış (epikriz)
f)
Xəstənin İMM-dən MVƏM-yə köçürülməsi üçün göndəriş/köçürülmə sənədi “TB
09” formada sənəd.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
133
g)
Bütün yuxarıda qeyd olunan sənədlər SX İB-nin konsultantı və İMM-nin şöbə
həkimləri tərəfindən toplanaraq İMM-dən SX İB-yə təqdim edilir. Sənədlərin təhvil-təslimi
İMM tərəfindən tərtib olunmuş qeydiyyat jurnalına qeyd edilərək, İMM-nin və SX İB-nin
məsul əməkdaşlarının imzaları ilə təsdiqlənir.
Xəstə azadlığa buraxılan zaman bir daha o müalicəsinin davam etdirilməsi barədə
məlumatlandırılaraq ona məlumat zərfi verilir. Zərf, xəstənin tibb kitabçasından çıxarış
(epikriz), “TB09” göndəriş/köçürülmə formada sənəd, MVƏM-nin ünvan və əlaqə
telefonları, məlumatlandırıcı vərəqə və vərəmə dair maarifləndirici broşürlərdən ibarətdir.
Mülki sektorda müalicənin davam etdirilməsinin təşkili
Müalicənin DOT müalicə qaydalarına uyğun təşkili
ƏN İMM ilə mülki vərəm əleyhi müəssələr arasında mütəmadi olaraq məlumat
mübadiləsi aparılır.
Xəstənin azadlığa buraxılmasına 1-2 həftə qalmış SX İB-nin koordinatoru İMM-dən
xəstə barəsində əldə edilən məlumatları xəstə azadlığa çıxdıqdan sonra yaşadığı ərazi üzrə
VƏD-in məsul həkiminə çatdırır və xəstənin azad olma tarixi barədə məlumat verir;
SX İB-nin əməkdaşı xəstənin daimi yaşayış ünvanında deyil, faktiki olaraq başqa
ünvanda yaşayacağı gözlənildiyi halda, bu barədə ərazi üzrə VƏD məlumat verir və xəstə
qeydiyyata götürüldükdən sonra onun müalicəsinin faktiki yaşayış ünvanına yaxın tibb
məntəqəsində (DOT kabinetdə) təşkil olunmasını təmin edir;
MVƏM-də müalicəyə cəlb olunmuş xəstələrə məsul tibb işçilərinin eyni zamanda
ABVX-nin müalicəsinin davam etdirməsində dublikasiyaya yol verməmək məqsədilə, xəstə
azadlığa buraxılmazdan əvvəl onun hansı tibb məntəqəsində müalicə alacağı barəsində
məlumatlar elektron poçt vasitəsilə MVNM-nə göndərilir.
SX İB, ABVX-nin müalicəsinin MVƏM-də davam etdirilməsinin təşkili üçün zəruri
olan bütün tibbi və digər sənədləri xəstənin müalicəsi davam etdiriləcək VƏD-ə və DOT
məntəqəsinə təqdim edir.
SX İB, xəstənin müalicəsinin davam etdirilməsi və müalicə müddətində
qeydiyyatların aparılması məqsədilə hər xəstə üçün fərdi sənədlər qovluğu hazırlayaraq
DOT məntəqəsində ABVX-nin müalicəsini aparan məsul tibb işçisinə təqdim edir.
Azadlığa buraxılan vərəm xəstəsinin MVƏM-yə qeydiyyata götürülməsi
DH-vərəmli xəstə azadlığa buraxıldıqdan sonra o, İMM-dən zərfin içərisində ona
verilən epikriz və “TB09” formada göndəriş sənədini özü ilə götürərək qeydiyyatda olduğu
ərazi üzrə VƏD-ə müraciət edir.
Xəstə VƏD getməzdən əvvəl SX İB-nin əməkdaşı tərəfindən onunla telefon əlaqəsi
yaradılır və mümkün olduğu halda SX İB-nin həkim koordinatoru ilə birgə VƏD-ə gedir.
Xəstə İMM-dən ona verilən epikriz və “TB09” formada göndəriş sənədinin əsasında
VƏD-ə qeydiyyata götürülür və göndəriş sənədinin talon hissəsi doldurularaq SX İB-nin
əməkdaşı vasitəsilə xəstəni köçürən müəssisəyə, yəni İMM-yə göndərilir.
DD-vərəmli xəstə İMM-dən azadlığa buraxılan zaman İMM-nin baş həkimi tərəfindən
təşkil olunmuş ambulans vasitəsilə ETACXİ çatdırılır və müvafiq təhvil-təslim sənədi
imzalanaraq təhvil verilir. Xəstəni təhvil alan MVNP məsul həkimi onunla maarifləndirici
və məlumatlandırıcı söhbət apararaq onu müalicəsini davam etdirməsi nəzərdə tutulan
VƏD-ə ünvanlayır.
Xəstə VƏD-ə qeydiyyata götürüldükdən sonra o müalicəsini öz faktiki yaşadığı
ünvana yaxın məsafədə yerləşən tibb məntəqəsində (DOT kabinet) davam etdirməyə
başlayır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
134
Azadlığa buraxılan vərəm xəstəsinin müalicənin izlənilməsi və müalicəyə sadiqliyi
təmin etmək
Müalicənin davam etdirilməsi
ABVX-nin müalicəsini davam etdirən mülki vərəm əleyhi müəssisənin tibb işçisi ilə
SX İB arasında “Razılaşma” sənədi imzalanır. Tibb işçisi Razılaşmanı imzaladığı gündən,
təyin olunmuş sxem üzrə xəstəyə vərəm əleyhinə preparatların DOT müalicə qaydalarına
uyğun gündəlik verilməsini, birbaşa onun müşahidəsi altında qəbul olunmasını təmin edir və
vərəm əleyhi dərman preparatlarını heç bir halda xəstə tərəfindən evə aparılmasına icazə
vermir.
Xəstə ambulator şəraitdə dərmanlarını qəbul etmək üçün (DH-vərəmli xəstələr ən azı
həftədə 3 dəfə, DD-vərəmli xəstələr həftədə 6 dəfə olaraq) tibb məntəqəsinə gəlir və tibb
işçisinin nəzarəti altında dərmanlarını qəbul edir. Müalicə sxemində inyeksiya olan
xəstələrə, tibb işçisi infeksiyaya nəzarət tədbirlərinə ciddi riayət edilməklə proseduranı
yerinə yetirir. Vərəm əleyhi preparatların gündəlik qəbulu haqqında məlumat xəstənin TB
01 formada qeydiyyat vərəqinə və qeydiyyat jurnalına qeyd edilir. Xəstə öz müalicəsininin
vacibliyini və ciddiliyini anlaması və müalicəni tam başa çatdırmasına dəstək məqsədilə
müalicə müddətində tibb işçisi mütəmadi olaraq, onunla maarifləndirici və məlumatlandırıcı
söhbətlər aparır.
BSD dövlət tərəfindən təmin edildiyi üçün mülki VƏD tərəfindən, İSD isə SX İB
vasitəsilə ƏN İMM tərəfindən təmin edilir.
İSD yanaşı təsirlərinin idarəolunması üçün əlavə dərmanlar müvafiq sənəd əsasında
SX İB vasitəsilə ƏN İMM tərəfindən təmin edilir.
Xəstələrə başçəkmə (monitorinq) səfərləri
SX İB-nin həkim koordinatoru tərəfindən azadlığa buraxılan hər bir vərəmli xəstənin
müalicə aldığı tibb müəssisəsinə ayda bir dəfə olmaqla monitorinq (baş çəkmə) səfəri həyata
keçiririlir. Səfərlərin, ay ərzində günlərə və coğrafi mövqeyə əsasən bölüşdürülməsi üçün
aylıq monitorinq qrafiki tutulur.
Səfər zamanı SX İB-nin həkim koordinatoru aşağıdakı layihə fəaliyyətlərini yerinə
yerir:
-
müalicə prosesinin aparılmasına baxış keçirir;
-
Xəstələr arasında maarifləndirici sessiya aparır;
-
Tibb işçisi ilə xəstənin müalicəsilə bağlı söhbət aparır;
-
Xəstənin DOT qaydalarına əməl etməklə müalicə almasına və qeydiyyat
vərəqələrinin düzgün doldurulmasına nəzarət edir;
-
Xəstənin müalicə və müayinələrinə dair qeydiyyat sənədlərinə baxış keçirir;
-
Tibb işçisini müalicə və müayinə üçün qeydiyyat vərəqələri ilə təmin edir;
-
DD-vərəmli xəstəyə təyin edilmiş müalicə sxeminə uyğun olaraq QF 9-cu Raund
Vərəm Layihəsi çərçivəsində İMM-dən təhvil alınmış 2-ci sıra vərəm əleyhinə dərmanların
1 aylıq ehtiyatını xəstənin müalicə aldığı tibb məntəqəsinə təhvil verir;
-
Xəstəyə tibb işçisi tərəfindən təyin olunmuş təyinat vərəqinə müvafiq olaraq yanaşı
təsirlər əleyhinə dərmanları tibb məntəqəsinə təhvil verir;
-
Xəstənin gündəlik qəbul edilən bir aylıq ərzaqları tibb məntəqəsinə təhvil verir;
-
Aylıq əlavə ərzaq bağlaması müvafiq sənəd əsasında xəstənin özünə təhvil verir;
-
ABVX-nin müalicəsi başa çatana kimi (DD-vərəmli xəstədən hər ay, DH-vərəmli
xəstədən isə təyin olunmuş müvafiq dövrlərdə) mülki tibb müəssisələrində tibb işçisi
tərəfindən götürülmüş bəlğəm nümunələrini təhvil alır və İMM-nin laboratoriyasına çatdırır;
-
Başçəkmə zamanı SX İB-nin həkim koordinatoru tərəfindən yerinə yetirilən işlər
barəsində qeydiyyat aparılır və bu barədə müvafiq sənəd imzalanır.
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
135
SX İB-nin həkim koordinatoru VƏTM məsul tibb işçisi, SX İB-nin məsul əməkdaşı və
ABVX arasında üç tərəfli Razılaşma sənədinə müvafiq olaraq müalicənin izlənilməsi
fəaliyyətlərini həyata keçirir.
Sosial dəstək fəaliyyətləri
ABVX-in azadlığa buraxıldıqdan sonra müalicənin sonadək davam etdirilməsini təmin
etmək və DOT müalicə qaydalarına əməl etməklə müalicənin davam etdirilməsinə
həvəsləndirmək və ruhlanmaq məqsədilə, xəstələr və onların müalicələrini davam etdirən
(DOT müalicəsi aparan) məsul tibb işçisi SX İB tərəfindən zəruri sosial dəstək vasitələrilə
təmin edilirlər.
Xəstələrə nəqliyyat xərci
a.
DH-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin yaşadığı ünvandan DOT məntəqəsinə gəlməsi üçün gündəlik
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 3
dəfə gəlməsini təmin etmək üçün ona həftədə 3 (üç) manat olmaqla ayda 12 manat verilir.
Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən oraya
gəlmək istəmirsə tibb işçisi dərmanları xəstənin ünvanına çatdırır və bu zaman nəqliyyat
məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir.
b.
DD-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində İSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi QF-un 9-cu Raund vərəm layihəsi çərçivəsində
SX İB tərəfindən xəstənin yaşadığı ünvandan DOT məntəqəsinə gəlməsi üçün gündəlik
olaraq ona 1 (bir) manat nəqliyyat xərci verilir. Xəstənin DOT məntəqəsinə həftədə ən azı 6
dəfə gəlməsini təmin etmək etmək üçün ona həftədə 6 (altı) manat olmaqla ayda 26 manat
verilir. Əgər xəstə DOT məntəqəsinə gəlməkdə çətinlik çəkirsə, yaxud stiqma səbəbindən o
gəlmək istəmirsə tibb işçisi dərmanları xəstənin ünvanına çatdırır və bu zaman nəqliyyat
məsrəfi kimi verilən 1 manat tibb işçisinə ödənilir. Ödəmələrin qeydiyyatı xüsusi ödəmə
sənədində alan şəxsin imzası ilə təsdiqlənir.
Xəstələrin gündəlik olaraq 1 manat verərək onların tibb məntəqəsinə gəlməsinə
həvəsləndirilməsini, (xəstə gəlmədiyi təqdirdə bu vəsaitin tibb içşisi tərəfindən istifadə
edilərək xəstənin dərmanlarının çatdırılması), ABVX-in mülki sektorda müalicələrinin qısa
(1-5 ay) olmasını, xəstələrin keçmiş məhkum olması ilə əlaqədar çox vaxt bank hesabının
açılması üçün müvafiq sənədlərin olmaması və bu sənədlərin hazırlanmasına müəyyən vaxt
tələb olunmasını və bank əməliyyatlarından istifadədə çətinliyi nəzərə alaraq nəqliyyat xərci
onlara nəğd olaraq verilir.
Nəqliyyat xərci SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB
tərəfindən tərtib olunmuş müvafiq maliyyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb
işçisinə təhvil verilir. Sənəddə xəstənin müalicə aldığı tibb məntəqəsinin adı, xəstənin və
ona məsul tibb işçisinin adı verilən məbləğ göstərilməklə tibb işçisi tərəfindən imzalanır.
Sənəd hər təqvim ayı üçün ayrı doldurulur
Xəstələrə ərzağın verilməsi
a.)
DH-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlanana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund
vərəm layihəsi çərçivəsində əldə olunmuş qida məhsulları (21 ədəd şokolad və 3 ədəd
qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə tərtib olunmuş akt əsasında SX İB
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
136
tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir dəfə xəstənin müalicəsi davam
etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.
b.)
DD-vərəm xəstələri
Mülki sektorun vərəm əleyhi müəssisələrində BSD ilə müalicəsini davam etdirən
vərəmli xəstənin müalicəsi tamamlana kimi İMM-də verildiyi qaydada QF-un 9-cu raund
vərəm layihəsi çərçivəsində əldə olunmuş qida məhsulları (26 ədəd meyvə şirəsi, 26 ədəd
yoqurt, 26 ədəd şokolad və 4 ədəd qatılaşdırılmış süd) İMM-dən müvafiq sənəd (iki nüsxədə
tərtib olunmuş akt ilə əsasında SX İB tərərəfindən təhvil götürülür. Hər xəstə üçün ayda bir
dəfə xəstənin müalicəsi davam etdirilən tibb məntəqəsinə müvafiq sənəd əsasında verilir.
Ərzağın verilməsi SX İB-nin əməkdaşı tərəfindən ayda bir dəfə olmaqla SX İB
tərəfindən tərtib olunmuş müvafiq maaliyə sənədi əsasında xəstənin müalicəsinə məsul tibb
işçisinə təhvil verilir. Sənəddə xəstənin müalicə aldığı tibb məntəqəsinin adı, xəstənin və
ona məsul tibb işçisinin adı, verilən ərzaq və onun miqdarı göstərilməklə təhvil-təslim edilir.
Dostları ilə paylaş: |