Azadlıqdan məhrum etmə yerlərində vərəməleyhinə tədbirlərin təşkilinin xüsusiyyətləri
Azadlıqdan məhrum etmə yerlərində vərəməleyhinə tədbirlərin təşkili məhbusların təhlükəsiz şəraitdə saxlanılması məsələləri ilə sıx çulğalaşır. Məhbusların saxlanma rejiminin təmin edilməsi işinə bir çox insanlar, o cümlədən inzibatçılar, keşikçilər, nəzarətçilər, əməliyyatçılar və sair şəxslər cəlb olunur. Onların öhdəsinə məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərin həlli düşür. Tibb heyəti ilə yanaşı bütün bu şəxslər də vərəmə yoluxma təhlükəsinə məruz qalırlar. Bu baxımdan penitensiar sistemdə (PS) vərəmlə mübarizə tədbirləri ikili məqsəd daşıyır: tibbi tədbirlərin təmin edilməsi və məhkəmə qərarlarının icrası.
Azərbaycan PS-də çalışan tibb heyətinin funksional vəzifələri və standart əməliyyatlar prosedurları (SƏP) üçün bax: Əlavə 1.
Azərbaycan PS-də olan bütün vərəmli xəstələrin mərkəzləşdirilmiş qaydada İMM-də müalicə olunması işi Penitensiar Xidmətlə razılaşdırılaraq ƏN TBİ tərəfindən həyata keçirilir. Vərəmin aşkarlanması, habelə müalicədən sonra sağalmış şəxslər üzərində müşahidə penitensiar müəssisələrin Tibb-sanitariya hissələri (TSH) tərəfindən təmin edilir.
Hal-hazırda Azərbaycan PS-də ƏN TBİ tərəfindən tibbi təminatı həyata keçirilən 24 müəssisə mövcuddur:
-
3 istintaq təcridxanası (İT)
-
2 müalicə müəssisəsi (Müalicə Müəssisəsi (MM) və İMM)
-
19 cəzaçəkmə müəssisəsi (CM): 1 həbsxana, 1 tərbiyə müəssisəsi (yetkinlik yaşına çatmayanlar üçün), 17 müxtəlif saxlanma rejimli (ümumi, ciddi, xüsusi).
İstintaq təcridxanaları
İT-lər mahiyyətcə PS-ə “giriş qapıları”dır. Məhbus buraya daxil olan vaxtdan ƏN-nin səlahiyyət dairəsinə düşür. İT-lər daxil olan məhbusların tamdəyərli müayinəsi və cari tibbi məsələlərin həlli üçün tam təchiz olunmuşdur. Vərəmə nəzarət üzrə bir sıra tədbirlər İT-lərdən başlayır:
-
Daxil olanların vərəmə görə yoxlanması (skrininq);
-
Müraciət əsasında vərəm hallarının aşkarlanması.
İT-lərdə qeyd edilən tədbirləri həyata keçirən ümumi praktika həkimi, həkim-ftiziatr, həkim-rentgenoloq və feldşer (orta tibb işçisi) ştatları vardır.
Cəzaçəkmə müəssisələri
Azərbaycan qanunvericiliyi məhbusların məhkəmə qərarına əsasən müxtəlif saxlanma rejimli (ümumi, ciddi, xüsusi və həbsxana) CM-lərdə cəza çəkməsini nəzərdə tutur. Ümumi və ciddi rejimli CM-lərdə məhbuslar müəssisənin qorunan ərazisi daxilində sərbəst hərəkət etmək imkanına malikdir.
CM-lərdə vərəmin aşkarlanması üçün aşağıdakı tədbirlər həyata keçirilir:
-
Daxil olanların vərəmə görə yoxlanması (skrininq);
-
Kütləvi skrininq;
-
Müraciət əsasında vərəm hallarının aşkarlanması.
CM-lərdə qeyd edilən tədbirləri həyata keçirən ümumi praktika həkimi, feldşer və / və ya tibb bacısı (orta tibb işçisi) ştatları vardır.
Əlaqələndirici qurum
Azərbaycan PS-də tibbi təminatı TBİ həyata keçirir. ƏN TBİ-nin nəzdində aşağıda qeyd edilən tərkibdə vərəm üzrə əlaqələndirici qurum fəaliyyət göstərir:
-
1 baş inspektor-həkim, PSVNP-nin koordinasiyası üçün məsul şəxs;
-
1 inspektor-həkim, vərəm hallarının aşkarlanması üzrə məsul şəxs;
-
1 aparıcı mütəxəssis, vərəmin laborator diaqnostikası üzrə məsul şəxs;
-
1 aparıcı mütəxəssis, vərəmin şüa diaqnostikası üzrə məsul şəxs;
-
1 aparıcı mütəxəssis, vərəm/İİV və digər müştərək xəstəliklər üzrə məsul şəxs;
-
1 aparıcı mütəxəssis, tibbi heyətin peşə hazırlığının artırılması və səhiyyə maarifi işi üzrə məsul şəxs;
-
1 aparıcı mütəxəssis, monitorinq, qiymətləndirmə və elektron məlumat bazaları üzrə məsul şəxs;
-
1 aparıcı mütəxəssis, vərəməleyhi dərman vasitələri (hesablama, satınalma, qeydiyyat, bölüşdürmə) üzrə məsul şəxs;
-
1 epidemioloq.
Əlaqələndirici qurum PSVNP-nin həyata keçirilməsinə və ümumi idarəedilməsinə, onun Azərbaycanda Vərəmə Nəzarət üzrə Milli Proqrama (VNMP) inteqrasiyasına məsuldur. PSVNP İMM-də, MM-də və bütün İT-lərin və CM-lərin TSH-də həyata keçirilir.
Əlaqələndirici qurumun vəzifələri: -
ƏN sistemində PSVNP üzrə texniki siyasətin müəyyən edilməsi və yenilənməsi;
-
Bütövlükdə PS üçün profilaktika, aşkarlanma, diaqnozu təyin edilmiş vərəm hallarının müalicəyə cəlb olunması və vərəməleyhi dərmanlarla fasiləsiz təchizat daxil olmaqla vərəməleyhi tədbirlərin planlaşdırılması, proqramın tamlıqla işləməsinin təmin edilməsi. Bu tədbirlər rüblük (ehtiyac olduqda daha tez) olaraq müzakirə edilir və zərurət olduqda dürüstləşdirilir;
-
MM-yə, İMM-yə və TSH-lərə rüblük nəzarət başçəkmələri keçirmək vasitəsilə PSVNP-nin tətbiqinin superviziya və monitorinqinin aparılması. Başçəkmələrin məqsədi yerlərdə “Vərəmi Dayandırmaq” strategiyasının elementlərinin və istiqamətlərinin icra və riayət edilməsinin təmin olunması, dəstəklənməsi və təshih edilməsidir. Superviziyalar proqramın bütün bəndlərini (aşkarlanma, diaqnostika, müalicə, dispanser müşahidə, qeydiyyat və hesabat, səhiyyə maarifi işi, laboratoriya xidməti, dərmanların idarəedilməsi, infeksiyaya nəzarət və s.) əhatə edir. Yoxlamaların nəticələrinə əsasən aşkar edilmiş problemləri və onların aradan qaldırılması üzrə tövsiyələri əks etdirən hesabat tərtib edilir. Tam hesabat ƏN TBİ-nin rəisinə məruzə edilir, surəti yoxlanılan müəssisəyə təqdim olunur;
-
PSVNP-nin aktual məsələlərinin müzakirəsi, eləcə də vərəmlə mübarizə sahəsində milli və beynəlxalq nailiyyətlər barədə MM-nin, İMM-nin və TSH-lərin əməkdaşlarını məlumatlandırılması, həmçinin informasiya mübadiləsi üçün rüblük olaraq yığıncaqların keçirilməsi;
-
ƏN TBİ-nin rəisinə ünvanlanmış hesabat tərtib edilməklə PSVNP-nin icrasının illik monitorinqinin keçirilməsi;
-
Təlim, müalicə, laborator xidmət, azad olunmuş xəstələrin izlənməsi, vərəm üzrə qeydiyyat və hesabat daxil olmaqla texniki sənədlərin siyasətinin standartlaşdırılması yolu ilə PSVNP-nin VNMP-a inteqrasiyasının planlaşdırılması və təmin edilməsi. Bu, PSVNP-nin və VNMP-nin məsul əməkdaşlarının müntəzəm görüşləri ilə təmin olunur;
-
İİV-ə yoluxmuş şəxslər arasında vərəmin profilaktikası, diaqnostikası və müalicəsi daxil olmaqla Vərəm/İİV üzrə müştərək tədbirlərin tətbiq edilməsinin planlaşdırılması və dəstəklənməsi;
-
Bütün maraqlı dövlət təşkilatlarında vərəmlə mübarizə üzrə tədbirlərin təbliğatı və vəkilliyi;
-
PSVNP üçün adekvat işçi heyət siyasətinin təmin edilməsi və bu sahədə tövsiyələrin verilməsi;
-
İşçi heyətinin peşə hazırlığını artırmaq məqsədilə PSVNP-ya cəlb olunmuş tibbi və qeyri-tibbi heyətin müntəzəm təlimlərinin təşkil edilməsi;
-
PSVNP-nin bütün sahələrinin normal işləməsi üçün zəruri dərman vasitələri, laborator, məsrəf və digər materiallar ilə fasiləsiz təchizatın təşkil edilməsi;
-
Diaqnozun təyin edilməsi üçün vərəm ehtimal edilən bütün şəxslərin vaxtında İMM-yə köçürülməsinə və müalicəyə cəlb olunmasına nəzarət edilməsi;
-
PSVNP-nin uğurlu aparılması üçün qeydiyyat, hesabat, təhlil və mövcud məlumatın praktiki tətbiq edilməsi sisteminin təşkili;
-
Müxtəlif beynəlxalq (Qlobal Fond, ÜST, Beynəlxalq Qızıl Xaç Komitəsi və s.) və dövlət təşkilatları ilə sahələr arası əməkdaşlığın və tərəfdaşlığın əlaqələndirilməsi.
Dostları ilə paylaş: |