Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat


Vərəmin süa diaqnostikası və əlavə müayinə üsulları



Yüklə 1,96 Mb.
səhifə6/32
tarix25.11.2016
ölçüsü1,96 Mb.
#40
1   2   3   4   5   6   7   8   9   ...   32

Vərəmin süa diaqnostikası və əlavə müayinə üsulları


Azərbaycan PS-də vərəmin diaqnostikası zamanı əsasən iki şüa müayinəsi üsulu tətbiq edilir: rentgenoskopiya və rentgenoqrafiya. Müassir mərhələdə stasionar və mobil şüa diaqnostika qurğuları istifadə olunur. Müayinə olunan şəxsə minimal təsir etməklə maksimal informativ olduğundan rəqəmsal modellər istismar prosesində daha yüksək effektivlik nümayiş etdirir. Xəstəlik tarixçəsindən, anamnezindən, şikayətlərdən və simptomlardan ayrılıqda rentgenoloji müayinə yetərincə informativ deyil və diaqnostikada səhflərə gətirib çıxara bilər. Rentgenoloji müayinə xəstəliyin gedişinin kliniki dinamikasının qiymətləndirilməsində, aşkar edilmiş ocaqların lokalizasiyasının və vərəmin yayılma dərəcəsinin dəqiqləşdirilməsində öz rolunu saxlayır.

Xüsusi göstərişlər olduqda xəstəyə bronxoskopiya və bronxoqrafiya keçirilir. Hər iki müayinə invaziv və xəstə üçün yetərincə travmatik olduğundan onların tətbiqi differensial diaqnostikanın keçirilməsi şərtləri ilə məhdudlaşır.

Ağciyərlərdən kənar vərəmin (AKV) bir sıra formalarında digər dianostika üsulları və vasitələri, məsələn punksiya yolu ilə onurğa beyni mayesinin və ya oynaq mayesinin götürülməsi tətbiq edilir. Sümük-oynaq vərəminin bir sıra formalarında kompyuter və maqnit-rezonans tomoqrafiyası istifadə olunur. Dəri vərəmi hallarında bakterio – histoloji müayinə üçün dəri nümunəsi götürülür. Bütün sadalanan üsullar ixtisas həkiminin və vərəm üzrə mütəxəssisin birgə təyinatı əsasında tətbiq edilir.

Keyfiyyətə nəzarət: daxili və xarici


Mikroskopiyanın xarici keyfiyyət nəzarətini MİL həyata keçirir. Xətalara ən çox həssas müayinə üsulu olan DHT-lərin xarici keyfiyyət yoxlanması və onların ÜST standartlarına uyğun aparılması Almaniya, Borstel AMİL-i tərəfindən ildə bir dəfə olmaqla həyata keçirir.

Keyfiyyətə daxili nəzarət ML-nin müdirinin nəzarəti altında və laborator prosedurların hər mərhələsinin qiymətləndirilməsi ilə aparılır.

Şüa müayinələrinin keyfiyyətinə nəzarət habelə daxili və xarici olmaqla bölünür. Daxili – ƏN rentgenoloqları tərəfindən ikili təsadüfi seçmə üsulu ilə, xarici Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) ilə qarşılıqlı aparılır.

Fəsil 4: Müayinə nəticəsində əldə edilmiş nəticələrin qiymətləndirilməsi və vərəmin diaqnozunun təyin edilməsi


Vərəmin diaqnozunun təyin edilməsi zamanı iki əsas sənədə istinad olunur:

  1. Diaqnozun kliniki tərtibi üçün Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış (XBT-10)

  2. ÜST tərəfindən 2013-cü ildə yenidən baxılmış Vərəmin Epidemioloji Təsnifatı.

Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış (XBT-10) əsasında kliniki diaqnozun tərtib edilməsi


Sinif I: BƏZİ YOLUXUCU VƏ PARAZİTAR XƏSTƏLİKLƏR (A00-B99)

Vərəm (A15-A19)


Daxil edilib: Mycobacterium tuberculosis və Mycobacterium bovis tərəfindən törədilmiş infeksiyalar

İstisnadır:

  • anadangəlmə vərəm (P37.0)

  • vərəm ilə əlaqəli pnevmokonioz (J65)

  • silikozlu-vərəm (J65)

  • vərəmin nəticələri (B90.-)

Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq olunmuş vərəmi (A15)


A15.0 Bakterioskopik təsdiq olunmuş, kultural (əkmə üsulu üzrə) bitmə vermiş və ya bitmə verməmiş ağciyər vərəmi: Bakterioskopik təsdiq olunmuş, kultural (əkmə üsulu üzrə) bitmə vermiş və ya bitmə verməmiş vərəmli: bronxoektaziya / ağciyər fibrozu / pnevmoniya / pnevmotoraks.

A15.1 Yalnız kultural (əkmə üsulu üzrə) bitmə ilə təsdiq olunmuş ağciyər vərəmi: A15.0 bəndinə sadalanan, yalnız kultural bitmə ilə təsdiq olunmuş hallar.

A15.2 Histoloji təsdiq olunmuş ağciyər vərəmi

A15.0 bəndinə sadalanan, histoloji təsdiq olunmuş hallar.



A15.3 Dəqiqləşdirilməmiş üsullarla təsdiq olunmuş vərəm

A15.0 bəndinə sadalanan təsdiq olunmuş, lakin təsdiqinin bakterioloji və ya histoloji olması dəqiqləşdirilməmiş hallar.



A15.4 Bakterioloji və histoloji təsdiq olunmuş döş qəfəsi daxili limfa vəzilərinin vərəmi

Kök ətrafı / divararalığı traxeobronxeal limfa vəzilərinin bakterioloji və histoloji təsdiq olunmuş vərəmi. İstisnadır: əgər birincili kimi dəqiqləşdirilibsə (A15.7)



A15.5 Qırtlağın, traxeyanın və bronxların bakterioloji və histoloji təsdiq olunmuş vərəmi

Bronxların / qırtlağın / traxeyanın / səs aparatının bakterioloji və histoloji təsdiq olunmuş vərəmi.



A15.6 Bakterioloji və histoloji təsdiq olunmuş vərəm plevriti

Bakterioloji və histoloji təsdiq olunmuş plevra vərəmi / vərəm empieması. İstisnadır: Tənəffüs orqanlarının birincili vərəmi zamanı bakterioloji və histoloji təsdiq olunmuş vərəm plevriti (A15.7).



A15.7 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq olunmuş birincili vərəmi

A15.8 Digər tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq olunmuş vərəmi

Divararalığı limfa vəzilərinin / burun-udlağın / burunun / ətraf ciblərin bakterioloji və histoloji təsdiq olunmuş vərəmi.



A15.9 Tənəffüs orqanlarının dəqiqləşdirilməmiş lokalizasiyalı bakterioloji və histoloji təsdiq olunmuş vərəmi

Tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq olunmayan vərəmi (A16)


A16.0 Bakterioloji və histoloji nəticələri mənfi olan ağciyər vərəmi

Bakterioloji və histoloji nəticələri mənfi olan vərəmli: bronxoektaziya / ağciyər fibrozu / pnevmoniya / pnevmotoraks.



A16.1 Bakterioloji və histoloji müayinələri aparılmamış ağciyər vərəmi

A16.0 bəndində sadalanan bakterioloji və histoloji müayinələri aparılmamış ağciyər vərəmi



A16.2 Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən ağciyər vərəmi

Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən, başqa cür qeyd edilməyən ağciyər vərəmi. Vərəmli: bronxoektaziya / pnevmoniya / pnevmotoraks / ağciyər fibrozu.



A16.3 Döş qəfəsi daxili limfa vəzilərinin bakterioloji və ya histoloji təsdiqi barədə deyilməyən vərəm

Kökətrafı / divararalığı / traxeobronxeal limfa vəzilərinin bakterioloji və ya histoloji təsdiqi barədə deyilməyən vərəmi. İstisnadır: döş qəfəsi daxili limfa vəzilərinin birincili kimi dəqiqləşdirilmiş vərəmi (A16.7)



A16.4 Qırtlağın, traxeyanın və bronxların bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəm.

Bronxların / qırtlağın / traxeyanın / səs aparatının bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəmi.



A16.5 Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəm pevriti.

Bakterioloji və histoloji təsdiqi barədə deyilməyən plevranın vərəmi / vərəm plevriti / vərəm empieması. İstisnadır: tənəffüs orqanlarının birincili vərəmi nəticəsində vərəm plevriti (A16.7)



A16.7 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiqi barədə deyilməyən birincili vərəmi

Birincili: başqa cür qeyd edilməyən vərəmi / vərəm kompleksi



A16.8 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəmi

Divararalığı limfa vəzilərinin / burunun / burun-udlağın / ətraf ciblərin bakterioloji və histoloji təsdiqi barədə deyilməyən vərəmi.



A16.9 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiqi barədə deyilməyən dəqiqləşdirilməmiş lokalizasiyalı vərəm

Tənəffüs orqanlarının başqa cür qeyd edilməyən vərəmi.


Sinir sisteminin vərəmi (A17+)


A17.0+ Vərəm meningiti (G01*)

Baş beyin / onurğa beyini qişalarının vərəmi / vərəm leptomeningiti



A17.1+ Meningeal tuberkuloma (G07*)

Beyin qişalarının tuberkuloması



A17.8+ Sinir sisteminin digər lokalizasiyalı vərəmi

Baş beyinin tuberkuloması (G07*)/ Onurğa beyininin vərəmi (G07*0) / Baş beyinin vərəm absesi (G07*)/ vərəm meninqoensefaliti (G05.0*)/ vərəm mieliti (G05.*)/ vərəm polinevropatiyası (G63.0*)



A17.9+ Sinir sisteminin dəqiqləşdirilməmiş vərəmi (G99.8*)

Digər orqanların vərəmi (A18)


A18.0+ Sümüklərin və oynaqların vərəmi

Bud-çanaq oynağının (M01.1*) / diz oynağının (M01.1*) / onurğanın (M49.0*) vərəmi. Vərəm: artriti (M01.1*) / mastoiditi (H75.0*) / sümük nekrozu (M90.0*) / osteiti (M90.0*) / osteomieliti (M90.0*) / sinoviti (M68.0*) / tenosinoviti (M68.0*)



A18.1+ Sidik-cinsiyyət orqanlarının vərəmi

Sidik kisəsinin (N33.0*) / balalıq boynunun (N74.0*) / böyrəklərin (N29.1*) / kişi cinsiyyət orqanların (N51.*) / sidik kanalının (N29.1*) vərəmi. Qadınlarda kiçik çanaq orqanlarının və toxumalarının vərəm iltihabı (N74.1*)



A18.2 Periferik vərəm limfadenopatiyası

Vərəm adeniti. İstisnadır: döş qəfəsi daxili limfa vəzilərinin vərəmi (A15.4, A16.3), müsariqə və retroperitoneal limfa vəzilərinin vərəmi (A18.3), vərəm traxeobronxial adenopatiyası (A15.4, A16.3)



A18.3 Bağırsaqların, peritonun və müsariqə limfa vəzilərinin vərəmi

Arxa keçəcəyin və düz bağırsağın (K93.0*) / yoğun və nazik bağırsağın (K93.0*) / retroperitoneal (limfa vəzilərinin) vərəmi. Vərəm: assiti / enteriti (K93.0*) / peritoniti (K67.3*)



A18.4 Dəri və dərialtı toxumanın vərəmi

İndurativ eritema, vərəm qurdeşənəyi: xoralı / adi / göz qapağının / başqa cür qeyd edilməyən (H03.1*) / skrofuloderma. İstisnadır: qırmızı qurdeşənəyi (L93.-) / sistem qurdeşənəyi (M32.-).



A18.5 Gözün vərəmi

Vərəm: xorioretiniti (H32.0*) / episkleriti (H19.0*) / interstesial keratiti (H19.2*) / iridosikliti (H22.0*) / keratokonyuktiviti (interstisial) (fliktenuloz) (H19.2*) İstisnadır: göz qapağının adi qurdeşənəyi (A18.4)



A18.6 Qulağın vərəmi

Vərəm orta otiti (H67.0*) İstisnadır: vərəm mastoiditi (A18.0)



A18.7 Böyrəküstü vəzilərinin vərəmi (E35.1*)

Vərəm mənşəli Addison xəstəliyi



A18.8 Digər dəqiqləşdirilmiş orqanların vərəmi

Perikardın (I32.0*) / endokardın (I39.8*) / miokardın (I41.0*) / qida borusunun (K23.0*) / qalxanvari vəzinin (E35.0*) vərəmi / beyin damarlarının vərəm arteriiti (I68.1*).


Miliar vərəm (A19)


Daxildir:

  • disseminə olunmuş vərəm

  • generalizə olunmuş vərəm poliseroziti

A19.0 Bir dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm

A19.1 Çoxsaylı dəqiqləşdirilmiş lokalizasiyalı kəskin miliar vərəm

A19.2 Dəqiqləşdirilməmiş lokalizasiyalı kəskin miliar vərəm

A19.8 Miliar vərəmin digər formaları

A19.9 Dəqiqləşdirilmiş lokalizasiyalı miliar vərəm

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin