Molekulyar müayinə üsulları
Molekulyar müayinə üsulları müayinə olunan materialda VM üçün spesifik DNT və RNT fraqmentlərini təcrid və müəyyən edilməsinə əsaslanır. Eyni zamanda VƏD-lərə həssaslığın olub-olmaması təyin edilir. Bu üsullara Xpert TB/RIF və LPA sınaqları aiddir. Xpert TB/RIF faktiki olaraq təkcə rifampisin preparatına qoyulmuş DHT-dir. Xpert TB/RIF üsulu üzrə rifampisinə davamlılığın aşkar edilməsi 94% hallarda izoniazidə də davamlılığın mövcud olduğunu ehtimal etməyə əsas verir.
LPA sınağı bütün 1-ci sıra VƏD-lərə həssaslığı yoxlamağa imkan verir.
Vərəmin aşkarlanması üçün:
-
İİV-infeksiyası olduqda / hər hansı “ağciyər” simptomları olduqda / istənilən penitensiar müəssisəyə vərəm ehtimal edilən şəxslər daxil olduqda: bəlğəm nümunəsi molekulyar üsulla yoxlanılır (Xpert TB/RIF).
Vərəmin diaqnostikası üçün:
-
İMM-nin qəbul şöbəsində götürülmüş birinci bəlğəm nümunəsi yaxmanın mikroskopiyası üzrə pozitivdirsə LPA sınağı qoyulması üçün istifadə olunur. Qəbul şöbəsində götürülmüş ikinci bəlğəm nümunəsi Xpert TB/RIF üzrə molekulyar üsulla yoxlanılır.
Şüa diaqnostikası
Bütün digər müayinə üsulları kompleksindən ayrılıqda döş qəfəsi orqanlarının rentgenoskopiyası və rentgenoqrafiyası vərəmin diaqnostikası üçün etibarlı deyil, çünki ağciyərlərin bir çox digər xəstələikləri bənzər rentgenoloji patologiya əlamətləri ilə təzahür edə bilir. Müvafiq olaraq bütün bunlar bakterioloji müayinələrlə (bəlğəm yaxmasının mikroskopiyası, əkmə və s.) təsdiq edilməlidir. Buna baxmayaraq, şüa diaqnostikası üsulları vərəm prosesinin lokalizasiyasının, kliniki formasının, xəstəliyin yayılma dərəcəsinin təyin edilməsində, habelə müalicənin monitorinqində əhəmiyyətlidir.
Flüoroqrafiya və rentgenoqrafiya vərəmin aşkarlanmasında səmərəli olaraq qalır. Nəzərə alaraq ki, rentgenoloji müayinə zamanı qəbul edilən orta şüalanma dozası 12 mkZv təşkil edir, illik kumulyativ dozanın 36 mkZV həddini üstələməsi arzuedilməzdir. Kliniki zərurət olduqda konsiliumun və ya müalicə həkiminin qərarı ilə bu hədd aşıla bilər. DDV pasiyentlərin müalicəsinin monitorinqi zamanı illik kumulyativ şüalanma dozasının aşılmasına yol verilir.
Rəqəmsal flüoroqrafiya aparılır:
-
CM-lərdə kütləvi skrininq zamanı (ildə bir dəfədən az olmamaqla);
-
İT-lərdə:
-
daxil olma zamanı;
-
saxlandığı dövrdə hər 6 aydan bir;
-
İT-dən CM-yə köçürüldüyü zaman (əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox vaxt keçibsə);
-
Xarakterik «ağciyər» şikayətləri ilə müraciət və / və ya vərəmi ehtimal etməyə imkan verən əlamətlər mövcud olduqda, əgər sonuncu flüoroqrafiyadan 3 aydan çox vaxt keçibsə.
Rəqəmsal flüoroqrafiya müayinəsi zamanı orta şüalanma dozası təxminən 4 mkZv təşkil edir.
Rentgenoqrafiya müalicə müəssisələrinə (MM və İMM) daxil olma zamanı aparılır. Təkrar rentgenoqrafiya müalicənin monitorinqi dövründə hər 3 aydan bir aparılır.
İİV-ə yoluxmuş şəxslərdə vərəmin təzahürlərinin xüsusiyyətləri
Təzahürlər
|
Erkən mərhələ
(>200 CD4/mm3)
|
Gecikmiş mərhələ
( <200 CD4/mm3)
|
Kliniki
|
AV
|
Çox zaman AKV
|
Radioloji
|
Ağciyərlərin yuxarı paylarının cəlb olunması
Dağılma boşluqlarının olması
|
İnterstisiyanın cəlb olunması
Səpələnmiş xəstəlik
Limfadenopatiya, plevritlər
Dağılma boşluqlarının olmaması
|
Bakterioloji
|
Adətən bəlğəm yaxmanın mikroskopiyası üzrə pozitiv nəticə
|
Adətən bəlğəm yaxmanın mikroskopiyası üzrə neqativ nəticə
|
Vərəmin rentgenoloji əlamətləri / Xpert TB/RIF (-)
Ən azı 1 həftə ərzində geniş təsir spektrli antibiotiklərin tətbiqi
Xpert TB/RIF üzrə və rentgenoloji ağciyərlərin təkrar müayinəsi
Xpert TB/RIF (-) /rentgenoloji dinamiki yaxşılaşma var
Xpert TB/RIF (-)/ rentgenoloji dinamiki yaxşılaşma yoxdur
Xpert TB/RIF (+)
Vərəm inkar edilir
Vərəmə görə müalicəyə başlamaq
Konsiliumun rolu
Vərəmin diaqnozunun təyin edilməsi məsuliyyətli və kifayət gədər mürəkkəb məsələdir. Bu, xəstənin müayinəsi üzrə toplanmış materialları kompleks şəkildə qiymətləndirən həkimlərin və dəvət edilmiş mütəxəssislərin konsiliumu tərəfindən həyata keçirilir. Konsiliumun qarşısında aşağıdakı məsələlər durur:
-
Kliniki diaqnozun təyin edilməsi;
-
Vərəm halının qeydiyyatı və müvafiq təsnifatı;
-
Dərmanlara davamlılığa, xəstəlik kateqoriyasına, xəstəliyin formasına və ağırlıq kateqoriyasına müvafiq olaraq müalicənin təyin edilməsi;
-
Müalicənin rejiminin, müddətinin, sxeminin və təyin edilən preparatların dəyişdirilməsi;
-
Müalicənin nəticələrinin qiymətləndirilməsi.
Beləliklə, müalicəyə qəbul, müalicə kursunun təyin edilməsi və dəyişdirilməsi, müalicənin başa çatdırılması və İMM-dən yazılma barədə qərarlar xəstə barədə göstəricilər nəzərə alınmaqla kolleqial olaraq qəbul edilir.
Konsiliumun tərkibinə daxildir:
-
PSVNP-nin koordinatoru, konsiliumun sədri;
-
İMM-nin baş həkimi, həkim-ftiziatr
-
MVNP-nin təmsilçisi, həkim-ftiziatr;
-
2 həkim-ftiziatr;
-
Bakterioloji və kliniki laboratoriyanın müdiri;
-
Həkim-rentgenoloq.
Xəstəni konsiliuma təqdim edən müalicə həkimi xəstəlik tarixi, müalicə kartaları, bakterioloji müayinə nəticələri (mikroskopiya, əkmə, molekulyar üsullar), DHT göstəriciləri, rentgenoloji diaqnostika, kliniki və biokimyəvi laborator analizlər daxil olmaqla, xəstə barədə əldə olan məlumatları hazırlamalıdır.
Beləliklə, hər bir pasiyent müalicəyə cəlb olunduqda, İntensiv Fazadan Davamedici Fazaya keçirildikdə və müalicə başa çatdıqda, yəni ən azı üç dəfə konsiliuma təqdim edilir.
Konsilium DHV və DDV hallarını ayrı-ayrı iclaslarda müzakirə edir. Zərurət olduqda konsiliuma profil üzrə mütəxəssislər dəvət edilir. Konsilium iclasları həftədə ən azı iki dəfə keçirilir. Ən mürəkkəb kliniki halları müzakirə etmək üçün konsiliumun qlobal virtual konsiliumlar şəbəkəsinə qoşulması planlaşdırılır.
200>
Dostları ilə paylaş: |