Onlar başqa təşkilatlara müəyyən müddətə istifadəyə verilir, malların saxlanması üçün tarif üzrə icarə haqqı alınır. Bu anbarlar təsərrüfat hesabında işləyir və əsasən nəqliyyat təşkilatlarına məxsus olur. Ümumi istifadə anbarları öz müştərilərinin sifarişi əsasında mal partiyalarını komplektləşdirir və təyinat məntəqələrinə göndərir.
4. Mallar üzərində aparılan əməliyyatların xarakterinə görə anbarlar – bölüşdürücü anbar, tədarük anbarlarına və xüsusi məqsədlər üçün mal saxlanılan anbarlara ayrılır.