Anbar şəbəkəsinin inkişafı planlaşdırılarkən ticarətdə elmi-texniki tərəqqinin vəziyyəti, malların saxlanılmasında və ticarət-texnoloji proseslərin təşkilində ondan istifadə dərəcəsi də müəyyənləşdirilməli,işçilərin əməyinin daha səmərəli təşkili üçün sosial-iqtisadi problemlrin həll edilməsi də nəzərə alınmalıdır.
Ticarətdə anbar şəbəkəsinin inkişafı da planlaşdırılmalı və layihələşdirilməlidir ki, onun tikintisi üçün ayrılmış əsaslı vəsaitdən maksimum səmərəli istifadə edilsin. Bu zaman yeni tikinti materiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir.