Anbarlarda ağır əmək tələb edən işlərin mexanikləşdirilmə səviyyəsini yüksəltmək üçün malların yüklənib- boşaldılmasında və saxlanılmasında mal altlıqlarından və konteynerlərdən geniş istifadə edilməlidir. Lakin müxtəlif tabelikdə olan və dağınıq halda yerləşən kiçik anbarlarda belə tədbirləri həyata keçirmək mümkün deyildir.
Ticarətdə anbar şəbəkəsi elmi cəhətdən əsaslandırılmış proqnozlar üzrə inkişaf etdirilməlidir. Bunun üçün ilk növbədə hər bir iqtisadi rayonda, şəhərdə, respublikada mövcud anbar şəbəkəsinin vəziyyəti və ilk növbədə anbar şəbəkəsinin inkişafına təsir edən amillər (planlaşdırılan dövr üçün sənayenin inkişafı, mal ehtiyatlarında baş verən dəyişikliklər ) nəzərə alınmalıdır.