Ticarətdə anbar şəbəkəsinin inkişafı da planlaşdırılmalı və layihələşdirilməlidir ki, onun tikintisi üçün ayrılmış əsaslı vəsaitdən maksimum səmərəli istifadə edilsin. Bu zaman yeni tikinti materiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir.
Tranzit formada mal dövriyyəsinin genişləndirilməsi pərakəndə ticarət müəssisələrinin iriliyindən və onların mal dövriyyəsinin həcmindən çox asılıdır. Odur ki, müəyyən dövr üçün anbar şəbəkəsinin inkişafının planlaşdırılması ilk növbədə pərakəndə ticarətin inkişafı və fəaliyyəti ilə əlaqələndirilməlidir.