Anbar şəbəkəsini genişləndirmək əsasında mal ehtiyatlarının bu vəsilədə təmərküzləşməsi həm pərakəndə ticarətin malla səmərəli təchiz olunmasına, həm də mal çeşidinin düzgün formalaşdırılmasına,malların dövretmə sürətinin artırılmasına imkan yaradır,idarəetmə işini asanlaşdırır və.s
Anbarlarda ağır əmək tələb edən işlərin mexanikləşdirilmə səviyyəsini yüksəltmək üçün malların yüklənib- boşaldılmasında və saxlanılmasında mal altlıqlarından və konteynerlərdən geniş istifadə edilməlidir. Lakin müxtəlif tabelikdə olan və dağınıq halda yerləşən kiçik anbarlarda belə tədbirləri həyata keçirmək mümkün deyildir.