Mallar üzərində aparılan əməliyyatların xarakterinə görə anbarlar – bölüşdürücü anbar, tədarük anbarlarına və xüsusi məqsədlər üçün mal saxlanılan anbarlara ayrılır
4. Mallar üzərində aparılan əməliyyatların xarakterinə görə anbarlar – bölüşdürücü anbar, tədarük anbarlarına və xüsusi məqsədlər üçün mal saxlanılan anbarlara ayrılır.
Bölüşdürücü anbarlar müxtəlif firmaların, birgə müəssisələrin tabeliyində ola bilər. Bu anbarların əsas vəzifəsi malları növlərə ayırmaq, çəkib-qablaşdırmaq və pərakəndə ticarətə göndərməkdən ibarətdir.
Tədarük anbarlarının başlıca funksiyası tədarük olunmuş kənd təsərrüfatı məhsullarını qəbul etmək, emaldan keçirmək,(çeşidləmək, çəkmək, təmizləmək və.s) və qablaşdırmaqdır.
Xüsusi məqsədlər üçün mal saxlanılan anbarlara meyvə-tərəvəz anbarlarını misal göstərmək olar. Bu, ilk növbədə, malların istehsalının mövsümi xarakter daşıması, istehsalın fasiləli olması ilə əlaqədardır.