3.İstifadə olunmasına görə anbarlar aşağıdakı qruplara bölünür:
3.1 Ayrı-ayrı ticarət təşkilatlarının sərəncamında olan anbarlar. Bunlara bütün ticarət təşkilatlarının anbarlarını misal göstərmək olar.Belə anbarlardan ancaq bir ticarət təşkilatı istifadə edir və belə anbarlar fərdi istifadə olunan anbarlar adlanır.
3.2 İcarəyə götürülmüş anbarlardan istifadə müddəti ticarət təşkilatı ilə icarəyə verən təşkilatlar arasında bağlanan müqaviləyə uyğun olaraq müəyyənləşdirilir. Həmin müddətdə ticarət təşkilatı anbar sahibinə müəyyən olunmuş tarif üzrə icarə haqqı verir.