Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə4/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   2   3   4   5   6   7   8   9   ...   136
Azsayli xalqlarin folkloru II kitab

LAHICLAR
1
 
 
Lahıc (tat) əlifbasi
2
 

Ä 
Б 
В 
Г 
Ѓ 
Д 
ДЖ 
Ж 
З 

İ 
Ќ 
Л 
М 
Н 
О 
Ö 
П 
Р 
С 
Т 
У 
Ÿ 

Ф 
Х 
Һ 
Ђ 
Ч 
Ш 

 
 Öncə  də  qeyd  etmişdik  ki,  Lahıclar  İsmayıllı  rayonunda 
məskunlaşmış azsaylı xalqlar arasında sayca daha çox olanıdır. İs-
mayıllı ərazisində tarixən mövcudluğu sübuta yetirilmiş Girdiman 
knyazlığında əhalinin əksər hissəsinin irandilli olduğu fərqli alim-
lərin əsərlərində də təsdiqini tapmışdır. Tarixçilərin fikrincə, iran-
dilli  əhali  şimal-şərqi  Azərbaycan  ərazilərində  ilkin olaraq e.ə. II 
minilliyin  sonlarından  etibarən  məskunlaşmağa  başlayıb.  Sara 
Aşurbəylinin ehtimalına görə irandilli əhalinin bu ərazilərdə məs-
kunlaşması  e.ə. I  minilliyin I  yarısına təsadüf edir  (Ə:1). Z.Bün-
yadova aid mənbələrdə də irandilli əhalinin bölgədə payının kifa-
yət  qədər  çox  olduğu  göstərilir  (Ə:4).  Etnoqrafik  ədəbiyyatlarda 
tat adlandırılan bu  əhali Azərbaycanda əsasən Şamaxı, Quba, Si-
yəzən,  Dəvəçi, İsmayıllı,  Ağsu, Xızı, Xaçmaz  rayonlarında  məs-
kunlaşmışdır. Artıq XX  əsrin  iyirminci  illərində tatların  məskun-
laşma  tarixini  araşdırmağa  başlamış  prof.  B.Miller  tatları  dini 
mənsubiyyətlərinə görə  fərqləndirmiş  və  müsəlman,  xristian,  yə-
hudi olmalarına  əsasən onları 3  qrupa  ayırmışdır  (Ə:11).  Müsəl-
man  tatların  böyük  bir  hissəsi  hazırda  Lahıc  qəsəbəsində  yaşa-
maqdadır. Onlar özlərini lahıc, dillərini isə lahıc dili adlandırırlar. 
---------------------------- 
1. Mətnin müəllifi AMEA Folklor İnstitutunun doktorantı Dadaş Əliyevdir.
 
2. Əlimizdə olan lahıc (tat) əlifbası 1905-ci ildə V.Millerin “Tatskiye etüdi” ki-
tabındakı lüğətdən götürülmüşdür (Bax: Ə: 12) Əlifba kiril və latın hərflərindən 
yaradılmış,  içərisinə  kiril  və  latın  əlifbasında  olmayan  işarələr  də  salınmışdır. 
Lahıc (tat) əlifbası və bu əlifba haqqında məlumat AMEA Folklor İnstitutunun 
aparıcı elmi işçisi, dosent Ramazanova Afaq tərəfindən təqdim olunmuşdur. 


 
 

Yerləşdiyi  coğrafi  mövqeyi  və  qədim  tarixə  dayanaqlı 
olması  baxımından Lahıc İsmayıllının  ən  maraqlı  ərazilərindən 
hesab  olunur.  Belə  ki,  dörd  tərəfdən  keçilməz  dağlarla  əhatə-
lənmiş  Lahıc  Qafqaz  Albaniyasının  mühüm  əhəmiyyətli  vila-
yətlərindən  sayılmış,  Girdiman  knyazlığının  ən  strateji  məntə-
qəsi  olmuşdur.  Belə  bir  relyefdə  yerləşməsi  həm  də  ərazinin 
düşmən  hücumlarından  qorunmasını  təmin  edirdi.  Girdiman 
knyazlığında əlahiddə mövqe tutan Lahıc Albaniyanın süqutun-
dan  sonra Lahicanşahlıq,  yaxud  Layzanşahlıq adlı kiçik  feodal 
dövlətinin inzibati mərkəzinə çevrilir. Amma bu sürə uzun çək-
mir, tezliklə bu feodallıq Şirvan şahlığına tabe olur. 
Lahıc istər Şirvanşahlar, istər Osmanlı, istər Şirvan xanlı-
ğı və çar Rusiyası, istərsə də Sovetlər birliyi dönəmində Dağlıq 
Şirvan  üçün  heç  vaxt  əhəmiyyətini  itirməmişdir.  Ticarətin  və 
sənətkarlığın geniş vüsət aldığı orta əsrlərdə Lahıc bir feodal şə-
həri  kimi  tanınmış,  sonrakı  dönəmlərdə  də  mərkəz  kimi  öz 
mövqeyini qoruyub saxlamışdır. 
Xalq  sənətkarlığının  və  kompakt  ərazidə  meydana  gəlmiş 
memarlığının  mərkəzi  kimi  məşhurlaşan  Lahıc,  hazırda  bu  irsin 
qorunduğu məkanı qismində də dünyanın diqqətini çəkməkdədir. 
Əkin  və  heyvandarlıq  üçün  əlverişli  olmadığına  görə  Lahıcda 
daha çox xalq sənətləri  yayılmış və onun qırxdan artıq növü in-
kişaf  etmişdir.  Bu  sənətlər  arasında  ən geniş  yayılanı  və  inkişaf 
zirvəsinə  çatanı  misgərlik  sənətidir.  Misgərlik  sənəti  o  dərəcədə 
inkişaf  edir  ki,  başqa  sənət  növlərinin  də  təşəkkül  tapmasına 
təkan  verir  və  nəticədə  dəmirçilik,  qalayçılıq,  kömürçülük,  çar-
vadarlıq, səhragərdlik və s. digər törəmə sənətlər də yerli əhalinin 
gündəlik məşğuliyyətinə çevrilir. Burada yaşamış sənətkarlar adi 
məişət  əşyaları  düzəltməklə  yanaşı,  dünya  səviyyəsinə  çıxa 
biləcək  sənət  nümunələri  də  yaratmışlar.  Onların  arasında  elə 
nümunələr var ki, dünyanın Luvr, Ermitaj, London və s. məşhur 
muzeylərini  ən  qiymətli  eksponatlar  kimi  bəzəyir.  Qeyd  üçün 
deyək  ki,  Lahıc  misgərlik  sənəti  2015-ci  ildə  YUNESCO-nun 
reprezentiv,  yəni  maddi  və  qeyri-maddi  irsin  qorunmasına  dair 


 
 
10 
siyahısına daxil edilmişdir. Bunu da Azərbaycan xalqına və onun 
yaratdıqlarına  həmin  təşkilatın  ən  yüksək  etimadı  kimi  qəbul 
etməliyik.  Lahıc  dünya  düzənində  “açıq  səma  altında  muzey” 
statusunda  tanınan  kompakt  ərazilərdən  biri  kimi  də  hazırda 
diqqət çəkməkdədir. 
Əslində  Lahıcın  ən  böyük  sərvəti  əsrlərlə  burada  yaşayan 
lahıclar  və  onların  mənən  yaratdıqları  abidələrdir. Bu  abidələrin 
içərisində Lahıcın ənənəvi söz sənəti, yəni folkloru ayrıca önəm 
kəsb edir. Lahıcın özü qədər qədim olan folkloru görkəmli folk-
lorşünas P.Əfəndiyevin təbirincə desək, xalq bədii sənətinin zən-
gin xəzinəsidir (Ə:6). Belə bir məşhur fikir də var ki, folklor sa-
dəcə  asudə  vaxtın məhsulu kimi  yaranmayıb, o, həmişə  xalqının 
“ləyaqəti və ağlı” olub. Bu ədəbiyyat xalqın mənəvi simasını ya-
ratmaqla onu möhkəmləndirir, tarixi yaddaşı və qəlbinin bayram 
libasları  kimi  onun  əməyini  və  ata-babalarına  hörməti  ilə  bağlı 
müəyyən adət-ənənələrlə və mərasimlərlə keçən ölçülüb-biçilmiş 
həyatını dərindən mənalandırır” (Ə:13). 
Lahıcların dilinin və folklorunun öyrənilməsi istiqamətin-
də bir sıra tədqiqatlar aparılmışdır ki, həmin tədqiqatlardan kita-
bın hazırlanmasında əlavə mənbə qismində istifadə olunmuşdur. 
Biz bu əsərləri də burada təqdim etməyi zəruri saydıq:  
1.  Balayev  Ə.  Lahıc  elləri  və  xatirələr...  Bakı,  “Şərq-
Qərb”, 2011  
2. Cəbiyev Q. Girdiman tarixi (IV-IX əsrlər). Bakı, «Şərq-
Qərb», 2010 
3.  Əhmədli  A.  Söyləyici  və  janr  problemi:  tarixi-ənənəvi 
aspekt  və  hazırkı  durum  s.78-91.  “Dədə  Qorqud”  jurnalı  Bakı, 
“Nurlan”, 2009 
4.  Əhmədli  A.  Ənənəvi  janr  söyləyiciliyində  peşəkar  na-
ğılçılıq Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər (otuz 
altıncı kitab), s.52-74, Bakı, “Nurlan”, 2011 
5.  Əliyev  D.  Folklorumuzda  multikulturalizm  və  bilin-
qvizm “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin in-


 
 
11 
kişaf  perspektivləri”  Beynəlxalq  konfransın  materialları.  Bakı, 
8-9 sentyabr 2016-cı il, s.180-184, Bakı : “Mütərcim”, 2016 
6.  Əliyev D. Azərbaycan regional  folklorunda Lahıc  ləti-
fələrinin  yeri.  “Kitabi  Dədə  Qorqud”  və  türk  dünyası  “Kitabi-
Dədə  Qorqud”un  tərcüməsi  və  nəşrinin  200  illiyinə  həsr  olun-
muş  Beynəlxalq  elmi  konfransın  materialları.  Bakı,  29  dekabr 
2015-cı il, s.557-563, Bakı, “Araz”, 2015 
7. Əmirli T.Eldən xəbər al...Bakı, 2011 
8.  Hacıyeva  M.  Lahıc  nağıllı  dünyam.  Bakı,  “Kövsər”, 
2013 
9.  Hüseynova  G.  Lahıc  tatlarının  dili.  Bakı,  “Nurlan”, 
2002  
10.  Süleymanov  M.  Lahıc  (etnoqrafik-bədii  lövhələr), 
Bakı “Vətən”, 1994  
  

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin