Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə6/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   2   3   4   5   6   7   8   9   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
*  *  * 
Əsas  gecə  gözə  görünür.  Sərkmə-hərkmədə  bir  kişi  olur, 
qoca  kişi.  Hacı  dayım  danışıb.  Qoyun  kəsiblər.  Deb,  it-zad  gör-
məsin. Bir-iki şiş kəsib yeyib, kabab. Bir qara pişik olur, zil qara. 
Ətdən yeyib, kişi verib, gənə  gəlib, üç dəfə. Kişi bir çubuq (də-
minin çubuğunu) pişiyin təpəsinə vurub. Pişiklər yığılıllar, kişini 
göynən aparıllar. Çağırır yoldaşdarın, Hacı Qazmaçı, gəlin məni 
aparın. Quran-zad oxuyullar, pişiklər kişini sora gətirillər. 
 
*  *  * 
Xankişi  baba  gəlib  yolda-dəyirmanda  qalıb.  Çörək-zad 
yeyib.  Köhnə  dəyirman  olub.  Görüb,  o  qədər  pişik  yığılıb  ki, 


 
 
14 
gəl  görəsən.  Görüb  öz  pişiyi  də  burdadı.  Pişiklər,  gördü,  hamı 
döndü  oldu  adam.  Öz  pişiyinin  əynində  də  yoldaşının  paltarı. 
“Ocaq qalamışdım. Ocaqdan qara götürdüm, yaxdım arvadın tu-
manına. Gördüm  hamı  çalır. Pişiyi də  çağırdılar. Hərə  bir ağac 
götürüb  dedi,  çal!  Pişik  bir  balaban  çaldı,  gəl  görəsən.  Mənə 
baxdı. Evə  gəldim. Dedim  arvad paltarı gətir. Gətirdi. Gördüm 
qaranı. Pişiyi o qədər döydüm ki, pişik qaçdı”. 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin