Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə62/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   58   59   60   61   62   63   64   65   ...   136
Azsayli xalqlarin folkloru II kitab

 
Tərcüməsi: 
Bir  gün  Hacı  Nağı  məsciddə  namaz  qılırmış.  Orada  na-
maz qılan bir kişi ona irad tutur ki, sən niyə qunut tutmadın (qu-
nut –namaz vaxtı əlləri ağız səviyyəsində tutmaqla oxunan dua) 
Hacı Nağı qayıdır ki, əgər sən namaz qılırdınsa, hardan gördün 
ki, mən qunut tutdum, ya yox (S: 13; T: 2). 


 
 
57 
*  *  * 
Lahıcda  Hacı  Dadaş  addı  çox  varrı  adam  olub.  İki  nəfər 
onun yanına gəlib, hərəsi 100 kiloqrammış, bir at yükü, bir ay-
lıq  borc  alıb  gedillər  başqa  şəhərə  alverə.  Mahaçxalada  aparıb 
qumara qoyullar. Gəlib Hacıya xəbər verillər ki, mis də getdi, at 
da. (Hacının  500  ticarət  atı  olub.  Lahıcda  misgərlik  sənəti  çox 
inkişaf  edib.  Buna  çarvadar  ticarətçiliyi  deyilirdi).  Hacı  der, 
mən olara bir ay vaxt vermişəm. Ay tamam olanda gətirib bor-
cumu verəllər. Bilar ay tamam olannan sora gəlillər. Hacı bılara 
deyir  ki,  mayanı  verin,  qazanc  sizin  olsun.  Bılar  da  Hacıya 
dellər ki, uduzmuşux, yoxdı. Hacıın üş mərtəbəli binası var idi. 
Birinci  mərtəbə  dussaxxana  idi.  Hacı  adamlarına  der,  tutun, 
aparın  oları  salın  o  otağa  (dustağa).  Evin  qabağında  (dussaxlar 
olan tərəfdən) Hacıın yaxşı bir bağı var idi. Hər dəfə bı bağa çı-
xardı. Bir dəfə də bağa çıxmışdı (İndi həmən ev muzey tərəfin-
dən mühafizə olunur. Əvvəli balnisa olub). Baxıb göör ki, dus-
saxlar oxiyıllar. Qulaq asır göör ki, oların biri bı başda, biri də o 
başda  bir-birinə  der.  Birincisi:  Ey  qaşı  kəman  əbry,  çox  çərxi 
fırıldatma. İkincisi der: Kimlər ki fırıldatdı, axırda cırıldatdı. 
Xeyli təkrar eləyillər. Hacı bı söhbətdən öz payın götürür. 
Çıxır yuxarı. Hacının bir piseri (uçot edəni) olur (Hacının ikiqat 
mühasibət kitabı var idi. Ticarəti xeyli geniş olub). Der ki, hə-
riflərə  deginən gəlsin. Dedi, sizə  bir aylıq  icazə  vermişdim,  bir 
ay  ötür.  Verin,  sizə  verdiyim  mayanı.  Bılar  bir-birlərinə  baxıl-
lar.  Dellər,  Hacı,  dediy  axı  pıl  yoxdı,  uduzmuşux.  Der,  bəs  sə-
hərdən  axşama  kimi  nə  dersuz  bir-  birüvüzə,  o  baş,  bu  baş? 
Dellər, heş nə demirik, boyınnarına almıllar. Hacı çox deyənnən 
sora bılar der ki, Hacı, söz ver ki, bizə heç nə eləmesən, deyək! 
Hacı  söz  verir.  Deellər,  sənə  deerdik  ki,  nə  tutub salmısan  bizi 
bıra, səni kimilər çox gəlib bı dünyaya. Hacı qayıdıb piserə der 
ki,  xət  çək  oların  borcuun  üssünnən.  Hacı  bılara  yenidən  borc 
verir, deer gedin alveruzu edin (S: 16; T: 1).  
 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin