Cığər ( qovurulmuĢ buğda). Əvvəlcə təmiz buğda seçilir
və yaxşı qurudulur. Sonra möhkəm qızdırılmış sacın içində bişə-
nə qədər qovurulur. Qovurulduqdan sonra üzərinə kişmiş, qoz və
fındıq ləpəsi də əlavə edilir. Bəzən onu həvəngdə döyərək toz ha-
lına salır və bundan sonra yeyirlər.
Vürü (umac). Qabaqcadan hazırlanmış umac qaynayan
əvəlik suyuna tökülür, bəzən həcmindən asılı olaraq, yumurta da
əlavə edilir.
OĢ ĢeĢdıranga (altırəngli aĢ). Düyü adəti üzrə dəmə
qoyulur, yaxşı qazmaq tutsun deyə bir az da artıq bişirilir. Sonra
düyünün üzərinə yağ və zəfəran əlavə olunur. Aşın üstü üçün bir
neçə qara hazırlanır: xırda dolma, şabalıdlı ət, qiymə, qaysı və
kişmiş qovurması, toyuq çığırtması, balıq çığırtması. Bu aş ancaq
Novruz bayramında bişirilir.