Piyəruna sıxani


Vin hələ vin-a tur duz lip,çıxan əcin



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə126/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
1   ...   122   123   124   125   126   127   128   129   ...   136
Azsayli xalqlarin folkloru II kitab

Vin hələ vin-a tur duz lip,çıxan əcin. 
– Sən hələ adını düz de,sonra danış. 
Qəyic asantese-vin səq. 
– Ölmək asandırsa,sən öl. 
 
Vin-ə tur lip,lipi də tiye-vin.  
 – Adını de,deyim kimsən. 
 
Zaz ti xeyli ike, za balarizin halad ike. 
– Mən kimi sevirəmsə, balalarım da onu sevir. 
 
Vin zə nəxircə məĢxə. 
– Sən mənim naxırıma getmə. 
 
Sər rıqare-sər yılkane. 
– Biri ölər,biri qalar. 
 
Səd yığ-səd yığ ləmə. 
– Birgün elə, bir gün belə. 
 
Xarar icirə uləc qəyçırde. 
– İt yediyini qusacaq. 


 
 
184 
Təzəc qəcinci xəd qəy Ģere. 
 – Təzə bardağın suyu soyuq olar (S: 28; T: 2).  
 
 
MARAQLI ƏHVALATLAR 
 
Tənbəl Yəhya 
Yəhya tənbəl olub. Bı bir çox iş görüb. Bı bir gün də meşi-
yə  gedər.  Bir  balta  çalar,  usmaca-usmaca  (yavaş-yavaş)  arçan 
ağacına (yaşıl ağacdı). Balta bın ayağına dəyər. Bı qışqırar, qalar 
meşədə. Kəndə səs düşər ki, Yəhya meşiyə getdi, gəlib çıxmadı. 
Bını axtarıllar. Gedib görüllər ki, Yəhya öz ayağını kəsib, durub. 
O vaxtdan məsəl qaldı: ”Yəhya kişi bir balta çaldı, balta ayağını 
kəsdi, yarası sağalar yengi yaya” (S: 26; T: 1)
 
*  *  * 
Mollaisaqlı toylarının birinin ən qızğın məqamında ortaya 
Şamaxının  Ərəb  kəndlərindən  olan  bir  bazburutlu  şəxs  çıxır. 
Özünün pəhləvan olduğunu bildirən bu şəxs ona ya 200 manat 
verilməsi  ya  da  güləşmək  üçün  qarşısına  bir  pəhləvan  çıxarıl-
masını  tələb  edir.  Hər  kəs  bu  yekəpər  pəhləvanın  hərəkətlərin-
dən çəkinərək onun qarşısına çıxmağa cürət etmir. Axır cüssəcə 
cox arıq Mürsəl adlı bir kişi “Bu qeyrətdən deyil”, – deyib orta-
ya  gəlir.  Ərəb  kəndindən  gəlmiş  pəhləvan  özünü  və  gücünü 
göstərmək,  qızışmaq  məqsədilə  yaxşı  bir  çubuq  vuran  istəyir. 
Çubuq  vuran  pəhləvanın  kürəyinə  bir  neçə  dəfə  çubuqla  möh-
kəmcə  vurur. Pəhləvan  bu çubuqlardan sonra  yenidən  meydan-
da  var-gəl  edir.  Mürsəl  kişi  də  çubuq  vurana  onu  da  çubuqla 
vurmasını  tələb  edir.  Amma  pıçıltı  ilə  çubuq  vurana  çubuqla 
onu  astaca  vurmasını  xahiş  edir.  Çubuq  vuranın  da  sən  demə 
Mürsəl kişidən acığı gəlirmiş və var gücü ilə ona iki çubuq vu-
rur.  Mürsəl  kişi  bütün  qeyrətini  toplayır,  səsini  çıxarmır.  Bunu 
görən pəhləvan  belə  düşünür ki, “Bir adam ki,  bu çubuqlardan 
sonra səsini  çıxarmadı, onun qabağına çıxmaq olmaz”. Bundan 
sonra heç kimə heç nə demədən toyxanadan çıxıb gedir


 
 
185 
*  *  * 
Mollaisaqlıdan  Abbas  adında  bir  şəxs  Göyçayın  Bığır 
kəndinin yerindən çəpər üçün qaratikan kolu qırmağa gəlir. Bı-
ğırlılardan bir neçə nəfər onun üstünə cumub onu döymək istə-
yirlər. Abbas onlardan birini tutub dizinin altına qoyur. İkincisi 
gəlir,  onu  da  eynən  belə  edir.  Bığırlılardan  biri  deyir  ki,  dava 
olacaq. Abbas kişi də qayıdır ki, “Nə dava, dava da elə belə ola-
caq” (S: 28; T:2). 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin