Ġki qardaĢın nisyə yağ əhvalatı Nəsib və Sərxan adında iki qardaş müharibənin aclıq illə-
rində bir gecə peçin qırağında oturub söhbət edirlər. Yeməyə
heç nələri olmayan qardaşlardan böyüyü olan Nəsib deyir ki, üç
kilo düyü, yarım kilo yağ, bir kilo şabalıd, dörd kilo ət və bir az
da kişmiş ola, bir yaxşı aş bişirəsən. Bu xəyalplovdan xoşhal
olan kiçik qardaş Sərxan qayıdır ki, indi ki, hər şeyi nisyəyə
alırsan, yağını bir az artır, yoxsa aş yağsız olacaq.