ġƏBƏDƏLƏR
Deyir, özünnən böyüyün gözəttə yolun, salam vər, soruş
halın, amanət istəsə ver dünya malın, qonşusuna var istəmiyən
özü varrı olmaz. Deyir, əriştə aşı turşulu, kələmli, isti-isti içər,
ağzı yanar kasıbın. Bazara gedər söydəsin bilməz, aldadallar,
beli sınar kasıbın.
Deyir, aş bişirər dadı yox, ləzzəti yox, beş kişinin arasında
adı yox, cibində beş şayı qara pılı yox, nöytə versin, ləmpiyə
töhsün. Əvvəl axşamnan sönər lampası kasıbın, ölənətən diyər,
Xuda Kərimdi.
Ustad şəbədəni bir demiyib, iki deyib. Der, qaşdarı qələm
kimi, kağıza yazmağ olar. Gözzəri əlvan bılaği, suunnan içməy
olar. Bırnı Şəki fındığı, sındırıb yeməy olar. Dodağı qayim-qay-
mağ siyirib yeməy olar. Dişdəri sədəf kimi, könnəyə qoymağ
olar. İzzəti ki, hörməti, eldə işi, varı gərək. Çayı süzüb qonağla-
ra vermək üçün məcməyisi, kişinin malı gərək.
Ustad şəbədəni iki demiyib, üş deyib. Der, hayladım, huy-
ladım çıxdı qəmişdən, elə bildim karvan gəldi yemişdən. Der,
su gəldi yetişdi atam nəzərə. Yığdı kül-külfətin töhdü məzara.
Hər il yemiş gətirirdi bazara. Bu il baş tutmadı, xiyar da gətirə
bilmədi. Arpadan, buğdadan əlim üzüldü, umudum sənə qaldı,
ey dadi-bidad, dari tayası. Ustad şəbədəni üş tamam elədi.
Öküz diyər, dağdan əndirün məni, ustad gətirib boyundu-
ruğ ipi boynuma. Ağır-ağır zəmilərim var mənim. Həranki kota-
na yetməsəm, cəllad çağırıb vurdurun boynumu. Qoyun diyər,
29
yaz olanda güllər başı qoymaram, qış olanda çör-çöp başı qoy-
maram. O öydə ki, mən olsam yoxsullux qoymaram. Güllü-
güllü balalarım var mənim, əlvanlı-güllü xaliçələrim var mə-
nim. Keçi deyər, mənim adım Əbdül Kərimdi, dərim qavallara
çəkiləndi. Qannı-qannı qayalarım var mənim, şeytan-şeytan ba-
lalarım var mənim. Üç ay qış, deer, bu quri dağlar mənim ye-
rim, Xuda Kərimdi (S: 25; T: 1).
Dostları ilə paylaş: |