Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

N Ə T İ C Ə


Mühazirəmizin gedişatı prosesində qeyd etdik ki, müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti, həmin dövlətdə insan hüquqlarının vəziyyəti ilə müəyyən olununr. İlk milli Konstitusiyamızın 24-71-ci maddələri ilə müəyyən edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, həm də inzibati hüquq normaları vasitəsi ilə həyata keçirildiyi üçün bu günkü mühazirəmizin mövzusunun mənimsənilməsi vasitəsi ilə əldə edəcəyiniz nəzəri biliklərin sizin hər birinizin gələcək fəaliyyətinizdə böyük əhəmiyyəti olacaqdır.

İnzibati hüquq fənninin predmetini öyrənərkən qeyd etdik ki, bu fənnin predmetini icra hakimiyyətinin təşkili və həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlər təşkil edir. Bu ictimai münasibətlər də əsasən, inzibati hüquq normaları vasitəsi ilə nizama salınırlar.

Mühazirəmizin mövzusunun mahiyyəti də ondan ibarətdir ki, icra hakimiyyətinin təşkili və həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərin qanunvericiliyə müvafiq olaraq həyata keçirilməsinə yalnız inzibati-hüquqi normalar, onların növləri və həyata keçirilmələri barədə nəzəri biliklərə yiyələnməklə nail olmaq olar. Digər tərəfdən isə Sizin hər biriniz hansı xidməti sahədə xidmət edəcəyinizdən asılı olmayaraq, gələcək xidməti fəaliyyətlərinizi həyata keçirərkən xidməti vəzifələrinizin yerinə yetirilməsi zamanı yaranan ictiami münasibətlərin əksəriyyətinin inzibati hüquq normaları vasitəsi ilə nizama salmış olacaqsınız.



Bu günkü mühazirəmizin mövzusunu mənimsəməklə siz birinci növbədə Konstitusiyamızın 12-ci maddəsindən irəli gələn tələblərin, yəni dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının tam təmin edilməsi tələblərinin yerinə yetirilməsində üzərinizə düşən vəzifələri qanunçuluq çərçivəsində yerinə yetirmiş olarsınız. İkinci növbədə isə, bu mövzunu mənimsəməklə Siz, Azərbaycan Respublikası prezidentinin 9 avqust 1994-cü il Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında və 22 fevral 1998-ci il İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında Fərmanlarından irəli gələn tələbləri qanunçuluq çərçivəsində yerinə yetirmiş olarsınız.

1 Ганунвериъилийин системляшдирилмяси норматив актларын гайдайа салынмасы, онларын дахили разылашдырылмыш системя эятирилмяси цзря фяалиййятидир.

1 Ганунвериъилийин кодификасийасы - гцввядя олан ганунвериъилийин йенидян бахылмасы вя онлара дяйишикликляр едилмяси нятиъясиндя стабил иътимаи мцнасибятлярин мцяййян сащясини ващид принсипляр ясасында тянзимляйян вя узун тясир мцддятиня нязярдя тутулан норматив актларын топлусудур (ганунвериъилийин ясаслары вя с.)

2 Инкорпорасийа - гцввядя олан норматив-щцгуги актларын мязмунуну дяйишдирмядян мцяййян гайдада топлуларда вя йа кцллиййатда бирляшдирилмясидир.


Yüklə 70,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin