məcburedici normalar, hər hansı hərəkətlərin görülməsi vəzifəsini müəyyən edir (məcbur edir) (məs: İXM, mad. 427.1: İnzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur);
qadağanedici normalar, müəyyən hərəkətləri qadağan edir (məs.: İXM, mad. 69: - Xırda talama, mad. 296: - Xırda xuliqanlıq);
səlahiyyətverici normalar, müəyyən hərəkətlərin görülməsi üçün səlahiyyət verir (məs.: İXM, mad.21: - ... hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş... şəxsi inzibati məsuliyyətdən azad edə bilər...);
həvəsləndirici normalar, müvafiq maddi və mənəvi təsir vasitələri ilə idarəetmə münasibətlərinin iştirakçılarının davranışı tənzimlənir.
məsləhətverici normalar, bu elə normalardır ki, onlar müxtəlif hərəkətlərin görülməsini məsləhət edir.
3. Zamanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünürlər:
müddətli normalar, bu elə normalardır ki, onların qüvvədə olma müddəti mövcuddur (məs.: Fövqəladə vəziyyət tətbiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin Fərmanı fövqəladə vəziyyət aradan qaldırıldıqdan sonra qüvvədən düşmüş hesab olunur);
müddətsiz normalar, bu elə normalardır ki, onlar daim qüvvədədirlər (məs.: Yol hərəkəti qaydaları), yəni bunların qüvvədən düşməsi və yaxud dəyişdirilməsi üçün xüsusi bir normativ akt qəbul edilməlidir.
4. Məkanda təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünurlər:
ümumdövlət normaları (məs. Azərbaycan Respub-likasının İXM);
muxtariyyət normaları (məs: Naxçıvan MR Nazir-lər Kabinetinin qəbul etdiyi qərarlar);
yerli normalar (məs.: Bakı şəhər icra hakimiyyəti başçısının qərarı);
lokal normalar (məs.: Milli Aviasiya Akademiyası rektopunun əmri);
xüsusi normalar (məs.: təbii fəlakət baş vermiş ərazinin miqyasında qüvvədə olan normalar).
5. Fiziki şəxslərə təsirinə görə inzibati hüquq normaları aşağıdakı növlərə bölünürlər:
bütün vətəndaşlara şamil edilən normalar (məs.: pasport sisteminin qaydaları);
vətəndaşların ayrı-ayrı kateqoriyalarına şamil edilən normalar (hərbi qulluqçular, müdavimlər, həkimlər və s.).
Bu növ normalardan başqa inzibati qanunvericilikdə xüsusiləşdirilmiş normalar da mövcuddur.
Tənzimləyici və mühafizəedici normalardan fərqli olaraq, onlar əlavə xarakter daşıyırlar və məzmunca özlərində müəyyən davranış qaydasını müəyyən etmirlər.
6. Xüsusiləşdirilmiş normaların aşağıdakı növləri mövcuddur:
təsbitedici normalar, ümumiləşdirilmiş şəkildə tənzimlənən münasibətlərin müəyyən elementlərini ifadə edirlər (məs.: İXM, mad. 32: - İnzibati tənbeh tətbiq etmənin ümumi qaydası; mad. 34, 35: - Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar və s.);
definitiv normalar, hüquqi anlayış və kateqoriyaların elmi ifadə olunmuş təriflərini əks etdirirlər (məs.: İXM, mad.12: - İnzibati xəta anlayışı; mad.13: - İnzibati xətanın qəsdən törədilməsi və s.);
prinsip normalar, müəyyən prinsip və vəzifələri əks etdirirlər (məs.: İXM, 4-cü mad. - Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri; mad. 362: - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri).
Bundan başqa, bir çox inzibati-hüquqi normalar yalnız orqan, vəzifəli şəxs, idarə, müəssisə, təşkilatların fəaliyyətini tənzimləyir. Nazirliklərin verdiyi aktlar əksər hallarda yalnız bu nazirlik daxilində qüvvədə olur. Bununla belə bir sıra nazirliklər və dövlət komitələri tərəfindən qoyulan qaydalar sahələrarası xarakter daşıyır və müxtəlif idarə, müəssisə və təşkilatlar tərəfindən, onların tabeçiliyindən asılı olmayaraq, əməl olunması məcburidir.
İnzibat hüquq normaların qanuni qüvvəyə minməsi qaydası Azərbaycan Respublikasının Normativ-hüquqi aktlar haqqında 14 yanvar 2000-ci il tarixli Qanununda öz əksini tapmışdır.
Bu Qanunda normativ-hüquqi aktların qüvvəyə minməsi qaydaları göstərilmişdir:
dərc edildiyi gündən;
imzalandığı gündən;
aktın özündə göstərildiyi gündən.
Onların qüvvəyə minmə müddəti, həmçinin də onların icraçılara çatdırıldığı gün ola bilər.
İnzibati hüquq normaların müxtəlifliyi onların sistemləşdirilməsi problemini qarşıya qoyur. İnzibati hüquq Azərbaycan Respublikası hüquq sisteminin ən çox sistemləşdirilməmiş1 sahələrindən biridir.
Çox hallarda onun dəqiq sistemləşdirilməsi nəzərə çarpmır. Bununla belə, digər hüquq sahələri ilə müqayisədə inzibati hüquq sürətli inkişafı ilə seçilir (daimi dəyişiklikləri, yenidənqurma, modifikasiyası ilə). Keçmiş SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasında faktiki olaraq inzibati hüququn yeni sistemi yaradılmağa başlandı. Azərbaycan Respublikasının yeni Konstitusiyası belə növ işlərin aparılması üçün möhkəm hüquqi baza yaradaraq, icra hakimiyyəti mexanizminin təşkil edilməsi və işləməsi məsələləri üzrə stabil qanunvericiliyin formalaşdırılması, bəzi köhnəlmiş və ziddiyyətli olan bir çox qüvvədə olan inzibati-hüquqi normaların tənzimlənməsi məsələlərini də qaydaya salır.
Hal-hazırda İnzibati hüququn yalnız bir institutu - Azərbaycan Respulikasnın İnzibati Xətalar Məcəlləsi sistemləşdirilib. Bu institut özündə inzibati hüququn maddi və prosessual normalarını birləşdirir.
Lakin bu, qismən kodifikasiyadır1. Əlbəttə, bütün inzibati hüququn kodifikasiyası mümkünlüyünü təsəvvür etmək çətindir. Buna görə də birinci yerdə inzibati hüquq normaların sistemləşdirilməsi, onların bu günün tələblərinə, aparılan iqtisadi islahatlara müvafiq uyğunlaşdırılması problemi durur. Aydındır ki, bu halda müvafiq inzibati-hüquqi materialların təzələnməsi və idarəetmə münasibətlərinin inzibati-hüquqi tənzimlənməsində olan boşluqların aradan qaldırılması və inzibati hüququn inkorporasiyası2 tələb olunur.
İndi bir çox idarəetmə məsələlərinin həlli müxtəlif hüquq sahələrinin aktlarında sistemə salınıb (məs.: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və s.).
Beləliklə, Azərbaycan Respublikasında hüquqi dövlətin möhkəm özülünün yaradılması üzrə məsələlərin həlli ilə bağlı olan inzibati hüququn sistemləşdirilməsi nəzərə çarpır.
İkinci sualı yekunlaşdıraraq qeyd etmək istərdim ki, inzibati hüquq normaları müxtəlif meyarlara görə aşağıdakı növlərə bölünürlər:
nizamasalma predmetinə görə - maddi və prosessual.
subyektlərin davranışına təsir metoduna görə - məcburedici, qadağanedici, səlahiyyətverici, həvəsləndirici, tövsiyəedici.
zamanda təsirinə görə - müddətli və müddətsiz.
məkanda təsirinə görə respublika, yerli, lokal, xüsusi və s.
subyektlərə təsirinə görə - bütün vətəndaşlara və vətəndaşların ayrı-ayrı kateqoriyalarına və hüquqi şəxslərə
Dostları ilə paylaş: |