Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə9/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

İnzibati hüquq normaların tətbiq edilməsinin mahiyyəti dövlətin səlahiyyətli orqanlarının, ictimai təşkilatların, vəzifəli şəxslərin hərəkətlərinin konkret hüquqi əhəmiyyət daşıyan faktın müvafiq inzibati hüquq normaya uyğunlaşdırılmasından və dövlət-hakimiyyət qərarın qəbul edilməsindən, yəni fərdi idarəetmə işlərinin və məsələlərinin inzibati hüquq normaları əsasında həll edilməsindən ibarətdir.

Öz sosial məzmununa görə inzibati hüquq normaların tətbiq edilməsi idarəetmə fəaliyyətinin, icraedici-sərəncamvericinin hüquqi formalarından birini özündə əks etdirir.

İnzibati hüquq normaların tətbiqi dövləti xarakter daşıdığı üçün tətbiq etmənin subyekti yalnız hüquqtətbiqetmə səlahiyyətinə malik olan səlahiyyətli orqanlar və vəzifəli şəxslər ola bilərlər.

İnzibati hüquq normaların tətbiq edilməsinə qoyulan əsas tələblər qanunilikdən, məqsədyönlükdən, əsaslılıqdan və hüquqtətbiqetmə fəaliyyətinin elmi təşkilindən ibarətdir.

Qanunçuluq. Səlahiyyətli orqanlar və vəzifəli şəxslər idarəetmə işini həll edən zaman inzibati hüquq normaları yalnız onlara verilmiş səlahiyyətlər çərçivəsində və ya onun mənasına uyğun surətdə tətbiq edə bilərlər. Qanunçuluq, normaların ciddi prosessual qaydada tətbiq olunmasına riayət edilməsini tələb edir. Bu da hüquqi normanın dəqiq həyata keçirilməsini təmin edir. Qanunçuluq prinsipi səlahiyyətli orqan və vəzifəli şəxslərin tək hüquqları deyil, həm də onlar tərəfindən inzibati hüquq normaların tətbiq edilməsi vəzifələrini özündə birləşdirir. Qanunla norma orqana aid edilərsə və bu norma həmin orqan tərəfindən tətbiq edilməzsə, bu, qanunçuluğun pozulması olacaqdır. Məs.: sosial təminat orqanının ona pensiya almaq üçün bütün sənədləri təqdim etmiş vətəndaşa pensiya verməkdən boyun qaçırması.

Əsaslılıq. Əsaslılıq tələbi inzibati hüquq normanın tətbiqinin faktiki əsasına yönəlib. Hüquqtətbiqedəni istənilən faktlar yox, yalnız o faktlar, hadisələr və hərəkətlər maraqlandırmalıdır ki, onlar üçün inzibati hüquq normalar qəbul olunmuşdur. Normanın tətbiq edilməsinin əsaslılığı normanın həm hadisənin özü, həm də yaranmış xarici şərait barəsində düzgün informasiya əsasında tətbiq edilməsindən ibarətdir.

Əsaslılıq tələbi məcbur edir ki, hüquqtətbiqedən işin bütün hallarını və yaranmış vəziyyətin hərtərəfli yoxlanıl-masından sonra qərar qəbul etsin.



Qeyri-hüquqi və şübhəli faktlar işin həll edilməsinin əsası sayıla bilməz və onlar nəzərə alınmamalıdır. Əsaslılıq tələbi qanunçuluqla sıx əlaqədardır. Bu əlaqə, hər şeydən əvvəl, onunla ifadə olunur ki, iş üzrə hüquqtətbiqetmə aktı faktların hərtərəfli və tam təhqiqatı əsasında qəbul olsun, bu qanunçuluğun mütləq tələbidir. İnzibati hüquq normanın tətbiqetmə aktı o vaxt qanuni olar ki, o, əsaslandırılmış olsun.

Məqsədəuyğunluq. Hüquqtətbiqedən normanın mənasını (məqsədini) və işin faktiki hallarını araşdırdıqdan sonra iş üzrə daha məqsədəuyğun qərar qəbul etməlidir. İnzibati hüquq normada məqsədəuyğunluq konkret şəraitdə, normada göstərilən məqsədə optimal qaydaya nail olmaq deməkdir. Deməli, burada söhbət qanunçuluq çərçivəsində, qanunla müəyyən edilmiş məqsədəuyğunluq haqqında gedir. Məqsədəuyğunluq o deməkdir ki, hüquqtətbiqedən konkret şəraiti, yaranan vəziyyətin özünəməxsusluğunu, yerini və vaxtını maksimum surətdə nəzərə almalıdır və bu onun vəzifə borcudur.

Hüquqtətbiqetmə fəaliyyətinin elmi təşkili. Hər hansı ictimai faydalı fəaliyyət kimi hüquqtətbiqetmə elmi cəhətdən təşkil olunmalıdır. Bu tələbin mahiyyəti ondan ibarətdir ki, hüquqtətbiqetmə prosesi zamanı, onun həyata keçirilməsində maksimal effektivliyə az qüvvə vasitələrin sərf olunması ilə nail olunsun.

Hüquqtətbiqetmənin elmi təşkili özündə aşağıdakı elementləri birləşdirir:



  • tədbirlərdə (əməliyyatlarda) müxtəlif sistemlər tətbiq edən subyektlər arasında hüquqtətbiqetmə üzrə fəaliyyətin məqsədəuyğun bölüşdürülməsi;

  • bir sistemin hüquq normalarını tətbiq edən subyektlər arasında hüquqtətbiqetmə səlahiyyətlərinin optimal bölüşdürülməsi;

  • normaların tətbiq edilmə prosesinin təkmilləşdirilməsi;

  • bu prosesdə qabaqcıl təcrübə və müasir elmi-texniki vasitələrin istifadəsi.

Hüquqtətbiqetmə prosesinin elmi təşkilində idarəetmə aparatı işçilərinin hüquqi, ümumi, peşəkar və hüquqi mədəniyyətlərinin yüksəldilməsi böyük əhəmiyyət kəsb edir. Onlar qanunçuluğun əsaslarını bilməli, dövlət orqanlarının səlahiyyətlərinə düzgün sərhəd qoymağı bacarmalıdırlar.

Hüquq mühafizə orqanları onların üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi zamanı inzibati-hüquqi tənzimlənmə mexanizmindən və onun vasitələrindən istifadə edirlər. Belə ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi qanunla nəzərdə tutulmuş hallarda yol hərəkəti təhlükəsizliyinin, icazə sistemi qaydalarına riayət edilməsinin təmin edilməsi və s. üzrə normativ aktlar qəbul edir. Bu aktlar özündə orqanlar, idarələr, təşkilatlar və vətəndaşlar üçün icrası məcburi olan normaları birləşdirirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi daxili işlər orqanları sistemində yaranan təşkilatdaxili idarəetmə münasibətlərini tənzimləyən normativ aktlar qəbul edir.

Hüquq mühafizə orqanları və vətəndaşlar, həmçinin də inzibati hüququn digər subyektləri arasında yaranan inzibati-hüquqi münasibətlər, bu münasibətlərin iştirakçılarında hüquq və vəzifələrin mövcudluğunu nəzərdə tutur. Bir subyektin hüququ ilə digər subyektin vəzifələri uyğunlaşdırılır və əksinə.

Hüquq münasibətləri iştirakçılarının hüquq və vəzifələrinin xarakterindən asılı olaraq bu münasibətlər hakimiyyət-tabeçilik və tərəflərin bərabərliyini xarakterizə edən münasibətlər formasında ola bilər.

Hakimiyyət-tabeçilik münasibəti polis əməkdaşı tərəfindən hüquqpozmaların xəbərdar edilməsi, qarşısının alınması və hüquqpozanın məsuliyyətə cəlb edilməsi ilə əlaqədar funksiyaların həyata keçirilməsi zamanı yaranır. Belə hallarda polis əməşdaşı hakimiyyət nümayəndəsi, dövlət hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş şəxs kimi çıxış edir. Belə ki, 1999-cu il 28 oktyabr tarixli Polis haqqında Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, polis əməkdaşının ümumi hüquqları, 18-20-ci maddələrinə əsasən isə polisin fəaliyyətinin əsas istiqamətləri sahəsində polis əməkdaşının hüquqları müəyyən edilmişdir. Vətəndaş polis əməkdaşının qanuni tələblərinə tabe olmalıdır, əks halda o, Azərbaycan Respublikasının İXM-nin 310-cu maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb oluna bilər.

Bununla belə DİO ilə inzibati hüququn digər subyektləri arasında yaranan bir çox münasibətlər tərəflərin bərabərliyi ilə xarakterizə olunur. Məsələn: vətəndaş öz hüquq və qanuni maraqlarının qorunması üçün polis əməkdaşına müraciət edə bilər. Vətəndaşın bu hüququna, polisin vətəndaş qarşısında onun hüquqlarını qorumaq və pozulmuş hüquqların bərpa edilməsi kimi əsas vəzifəsi və vəzifə borcu uyğun gəlir. Polisin səlahiyyətlərinə aid olan məsələlər üzrə vətəndaşın polisə müraciəti zamanı axırıncının vəzifəsidir ki, vətəndaşın müraciətinə baxsın, edilmiş müraciət üzrə qərar qəbul etsin və bu haqda vətəndaşa məlumat versin. Polis əməkdaşı tərəfindən bu vəzifələrin yerinə yetirilməməsi və ya lazımi səviyyədə yerinə yetirilməməsi onlar üçün qanunvericiliklə nəzərdə tutulmuş intizam və cinayət məsuliyyətinə gətirib çıxara bilər.





Yüklə 70,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin