Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə5/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

İnzibati-hüquqi tənzimləmənin mahiyyəti - idarəetmə münasibətlərinin qaydaya salınmasından, inzibati hüquq normaların köməyi ilə bu münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin təyin edilməsindən ibarətdir.

İnzibati-hüquqi tənzimləmə mexanizminin elementləri aşağıdakılardır:



  1. İnzibati hüquq normaları.

  2. İnzibati hüquq normaların izahedici aktları.

  3. İnzibati hüquq normaların tətbiqetmə aktları.

  4. İnzibati hüquq münasibətləri.

İnzibati hüquq normaların ümumi xarakteristikasında onların bəzi xüsusiyyətlərinin nəzərə çatdırılması ehtiyacı duyulur. Hər şeydən əvvəl, hüquq icraetmə (hüquq tətbiqetmə) və hüquq təyinetmə (hüquqyaradıcılığı) arasındakı qarşılıqlı nisbət diqqətəlayiqdir.

İstənilən hüquqi norma hüquqyaradıcılığı aktıdır və inzibati hüquq normalar da burada istisna deyil. İcra hakimiyyətinin müvafiq subyektlərinə qüvvədə olan qanunvericiliklə hüquq normalarının müstəqil müəyyən edilməsi üzrə səlahiyyətlər verilmişdir.

İnzibati hüququn məzmununa Azərbaycan Respublikasının bütün hüquq sisteminin əsasını təşkil edən qanunların tələblərinin konkret şəraitlərə tətbiq edilməsindən ibarət olan fəaliyyət xasdır. Buna görə də inzibati hüquq normaları idarəetmə xarakterli ictimai münasibətlərin tənzimləyicisi kimi dövlət idarəetmə sahəsində hüquqtətbiqetmənin əsas hüquqi formalarından biri kimi xarakterizə oluna bilər. Deməli, bu normalar öz məzmununda ikili hüquqi yük daşıyır - hüquqyaradan və hüquqtətbiqedən.

İnzibati hüquq normaların bu növləri arasında sıx qarşılıqlı əlaqə var burada hüquqyaratma forması öz mahiyyətinə görə hüquqtətbiqetmə (icraetmə) məqsədi daşıyır. Bunu da o fakt təsdiq edir ki, icra hakimiyyəti subyektlərinin normativ aktları qüvvədə olan qanunvericiliyə uyğun olaraq qanunların icrası məqsədi ilə qəbul edilir.

Göstərilən vəziyyət icra hakimiyyətinin müvafiq subyektlərinin səlahiyyətlərinin və inzibati-hüquqi normaların ümumi səciyyəsi üçün münasibdir.

İnzibati hüquq normaların əksəriyyəti Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Bu normalar dövlət idarəetmə fəaliyyətinin əsas istiqamətləri və idarəetmə prosesində yaranan idarəetmə münasibətləri ilə müəyyən edilir (məs.: icra hakimiyyəti subyektlərinin və şəxsiyyətin konstitusion statusu). Demək olar ki, Azərbaycan Respublikasının hər bir qanununda müxtəlif inzibati hüquq normaları var.

Bu, o deməkdir ki, inzibati-hüquqi normaların ierarxiyası mövcuddur: konstitusion normalar, qanun normaları və icra hakimiyyəti subyektləri tərəfindən qəbul edilən normativ-hüquqi aktlarda olan normalar. Qüvvədə olan qanunvericiliyə əsasən, icra hakimiyyəti subyektlərinə normativ-hüquqi aktların qəbul edilməsi hüququ verilib, bu hüquq normaları öz hüquqi qüvvəsinə görə eyni əhəmiyyətli deyillər.

İcra hakimiyyəti subyektləri tərəfindən müəyyən edilmiş inzibati hüquq normaları konstitusion və qanunverici xarakterli normalarla münasibətdə ikinci dərəcəli sayılırlar, yəni axırıncılar öz hüquqi əhəmiyyətinə görə ilkin xarakterə malikdirlər və icra hakimiyyəti subyektləri tərəfindən yaradılan inzibati hüquq normaları birincilərdən yaranır.

Buradan nəinki icra hakimiyyəti subyektlərinin fəaliyyəti, həm də onlar tərəfindən müəyyən edilən inzibati hüquq normaların qanun qüvvəliliyi doğur. Hüquq normalarının ierarxiyasında onlara müəyyən yer ayrılır ki, o da aşağıdakı hüquqi formada ifadə olunur: - onlar, dövlət başçısı kimi Azərbaycan Respublikası prezidentinin normativ aktlarının, qanunların və konstitusiyanın əsasında onların müddəalarının yerinə yetirilməsi üçün yaradılır.

İcra hakimiyyəti subyektləri tərəfindən müəyyən edilən inzibati hüquq normaları, hüquqyaratmanın ikinci dərəcəli forması olub, hər şeydən əvvəl, Konstitusiyanın və qanunların normalarının doğruluğunu təmin edir.

Birinci sualın sonunda qeyd etmək istərdim ki:

1. İnzibati hüquq norması - dövlət idarəetməsi və icra hakimiyyəti mexanizmin fəaliyyəti sahəsində yaranan, dəyişən və xitam olunan ictimai münasibətləri nizama salma məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş davranış qaydasıdır.

2. İnzibati hüquq normaların quruluşu aşağıdakı elementlərdən ibarətdir:


  • hipoteza;

  • dispozisiya;

  • sanksiya.

Hipoteza – inzibati hüquq normanın quruluşunun bir elementi kimi o, özündə həmin normanın realizəsinin faktiki şərtlərini əks etdirir, yəni o, özündə bilavasitə təsir etdiyi ictimai münasibətləri əks etdirir və bu təsir də konkret hüquq münasibətini yaradır.

Dispozisiya – inzibati hüquq normanın mərkəzi hissəsi olub, həmin hüquq norması tərəfindən tövsiyə edilən, icazə verilən və ya qadağan edilən davranış qaydasını göstərir.

Sanksiya - inzibati hüquq normanın bir elementi kimi özündə hüquq normasını pozana qarşı tətbiq edilən təsir tədbirlərini əks etdirir.

3. Hipotezanın üç növü mövcuddur:


1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin