Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə6/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

sadə, yəni bir şərt (şərait) müəyyən edildikdə;

  • mürəkkəb, yəni iki və daha çox şərt (şərait) müəyyən edildikdə;

  • alternativ, yəni bu və ya digər hallardan asılı olaraq davranış qaydası müəyyən edildikdə.

    4. Dispozisiyanın 4 növü mövcuddur:

    • sadə;

    • təsviri;

    • göndərici;

    • blanket.

    1. Sanksiyanın üç növü var:

    • mütləq-müəyyən edilmiş sanksiya;

    • nisbi-müəyyən edilmiş sanksiya;

    • alternativ sanksiyalar.

    Sual 2.

    İnzibati hüquq normaların növləri və onların xarakteristikası


    İnzibati hüquq normaları öz tənzimləyici istiqamətinə və müvafiq olaraq hüquqi məzmununa görə müxtəlifdirlər. Onların təsnifatının müxtəlif meyarları mövcuddur. Bu normaların 2 əsas növü daha ümumi xarakterə malikdir.

    1. İnzibati hüquq normaları öz məzmununa (tənzimləmə predmetinə) görə iki əsas növə ayrılır:



    • maddi inzibati hüquq normaları;

    • prosessual inzibati hüquq normaları.

    Maddi inzibati hüquq normaları. Bu elə normalardır ki, inzibati hüquqla tənzimlənən idarəetmə münasibətlərinin iştirakçılarının hüquqlarını, vəzifələrini və məsuliyyətini müəyyən edir (məs.: İXM, mad.371.1 - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqları... (bunlara statik normalar deyirlər)), yəni faktiki olaraq onların inzibati-hüquqi statusunu müəyyənləşdirir. Maddi inzibati hüquq normalarda o hüquqi rejim öz ifadəsini tapır ki, bu recim çərçivəsində icra hakimiyyəti (dövlət idarəetməsi) fəaliyyət göstərməlidir, tənzimlənən idarəetmə münasibətlərin iştirakçıları hərəkət etməlidir. Bu normalara misal olaraq müvafiq vəzifəli şəxslərin müəyyən edilmiş vaxtda vətəndaşların şikayətinə baxmaq üçün vəzifələrini müəyyən edən normalar; icra hakimiyyətinin bu və ya digər subyektin səlahiyyətlərinin əsasını müəyyən edən normalar və s. normaları göstərmək olar. Beləliklə, maddi inzibati hüquq normaları icra hakimiyyəti subyektlərinin və müxtəlif növ idarəetmə obyektlərinin qarşılıqlı təsirinin əsaslarını, onların qarşılıqlı hüquqi imkanlarını müəyyən edir.

    Prosessual inzibati hüquq normaları. Bu normalar elə normalardır ki, maddi normalarda göstərilən hüquq və vəzifələrin həyata keçirilmə qaydaları və məsuliyyətin təyin edilmə qaydasını nəzərdə tutur (müxtəlif hərəkətlərin görülmə qaydası göstərilib (məs.: İXM, mad. 423 - İnzibati xəta haqqında işə baxılması qaydası). Bunlara dinamik normalar da deyilir. Prosessual normalar dövlət idarəetməsinin dinamikasını və onunla bağlı olan idarəetmə münasibətlərini tənzimləyir. Prosessual inzibati hüquq normaları vətəndaşların ərizə və şikayətlərinin qəbulu, baxılması və həll edilməsi qaydalarını, inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması qaydalarını və s. müəyyən edən normalardır. Onların əsas təyinatı - tənzimlənən idarəetmə münasibətləri çərçivəsində maddi inzibati hüquq normaları ilə müəyyən edilmiş hüquqi vəzifələrin və hüquqların həyata keçirilməsi qaydasını (prosedurunu) müəyyən etməkdir. Nəzəriyyədə və təcrübədə qəbul olunmuş, proses və prosessual fəaliyyət haqqında təsəvvürlərə müvafiq olaraq, onların hüquqi mahiyyətinə diqqəti cəlb etmək lazımdır. Məsələn: cinayət və mülki prosesə münasibətdə. Bu əsasda inzibati yurisdiksiya normalarını, yəni məhkəmədənkənar formada müxtəlif növ inzibati-hüquqi mübahisələrin baxılması və həll edilməsi qaydalarını tənzimləyən normaları qeyd etmək olar. Burada inzibati yurisdiksiyanın həyata keçirilməsi nəzərdə tutulur, yəni təşkilatların və şəxslərin davranışına müstəqil hüquqi qiymət vermək üzrə və lazımi hallarda inzibati məcburetmə xarakterli tədbirləri tətbiq etmək üzrə müvafiq idarəetmə orqanlarına mənsub olan səlahiyyətlər (məs.: inzibati xətalar haqqında işlərin baxılması) müəyyən edilir. Deməli, inzibati-yurisdiksiya normalarında hüquq mühafizəetmə əlaməti üzə çıxır.

    Lakin idarəetmə fəaliyyəti yalnız yurisdiksiya ilə bitmir. Dövlət idarəetməsi prosesində geniş istifadə olunan idarəetmə qərarlarının hazırlanması və qəbul edilmiş qərarların qeydiyyatı, icazəvermə və digər funksiyaların da əhəmiyyəti böyükdür. Bu həm də prosessual hərəkətlərdir.

    Bu əlamətə görə gündəlik idarəetmə fəaliyyətinin bir çox istiqamətlərini qaydaya salan, hər şeydən əvvəl isə idarəetmə aparatının praktiki işini tənzimləyən inzibati prosessual normaları xüsusi qrupa inzibati prosedur normalarına ayırmaq olar. Buna misal olaraq, iclasların reqlamentini tənzimləyən, onların iş planlarının formalaşmasının əsasını müəyyən edən, qərarların hazırlanması və qəbulu, qəbul edilmiş qərarların qeydiyyata alınmasını müəyyən edən normalar. İnzibati hüquq normalarının hüquqi məzmunundan və ya təyinatının xarakterindən asılı olaraq təsnifatı böyük əhəmiyyətə malikdir.

    2. İnzibati hüquq normaların hüquqi məzmununun xarakterinə görə aşağıdakı növləri var:


  • 1   2   3   4   5   6   7   8   9   10




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin