Ustanovka müəyyən bir fəaliyyətə şəxsiyyət tərəfindən dərk edilməyən hazırlıq halətidir. Tədqiqatlar göstərmişdir ki, öyrənmə ustanovkası qarşıya qoyulan yaddasaxlama məqsədindən, yaddasaxlamanın müddətindən və xarakterindən çox asılıdır. Öyrənmə o zaman səmərəli olur ki, şagird öz qarşısına məqsəd qoysun. qarşıya öyrənmək, yaddasaxlamaq məqsədi qoymadan səmərəli yaddasaxlama mümkün deyildir. Şagirdin qarşısında yaddasaxlama məqsədi qoyduqda o verilən materialı yaxşı öyrənir.
Ona görə də müəllim təlim fəaliyyətində öyrənmənin həmin səmərəli yolunu nəzərdən qaçırmamalıdır. Şagirdləri öyrənmə zamanı öz qarşılarına yaddasaxlama məqsədi qoymağa alışdırmalıdır. Duyğu və qavrayış öyrənmənin (mənimsəmənin) ilk mərhələsində xarici aləmin cisim və hadisələrinin ayrı-ayrı xassələrinin düzgün müəyyənləşdirilməsi, sonra isə müəyyən cismə və hadisəyə xas olan xüsusiyyətlərin bir tam halında beyində əks etdirilməsidir. Dərsdə yeni materialın izahlı prosesi ətraflı duyulub qavranılmasa, material yaxşı dərk edilməz və ətraflı yadda saxlanılmaz. Müəllim nitqinin duyulub qavranılmasında şagirdlərin eşitmə analizatorları əsas rol oynayır.
Öyrənmənin müvəffəqiyini təmin edən xarici amillər təlim materialının xüsusiyyətləri ilə bağlıdır. Təlim materialının xarici anili kimi öyrənmənin müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi, onun məzmunudur. Təlim materiallarının əsas məzmununu məlumatlar, anlayışlar, qaydalar, bacarıq və vərdişlər təşkil edə bilir. Təlim materialları dolğun, şagirdlərin yaş və bilik səviyyəsinə uyğun olmalıdır. Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin edən xarici amili kimi xüsusiyyəti onun formasıdır. Təlim materialı müxtəlif formalaya malik ola bilər. forma etibari ilə o, əşyavi, obrazlı, sözlü və simvolik şəkildə ifadə edilir. Forma etibari ilə material elə tərtib olunmalıdır ki, əsas cəhətləri bir-birindən dərhal fərqlənə bilsin, onları birləşdirmək mümkün olsun. Digər xarici amillərdən biri də təlim materialının çətinlik dərəcəsidir. Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu amilin böyük təsiri vardır.
Materialın çətinliyi onda olan informasiyaların şagirdin idrak imkanlarına müvafiq olmaması ilə müəyyən edilir. Mətn daxilində qayda və tərifləri üzə çıxarmaq imkanı verən ümumiləşdirmənin zəif olması materialın çətinlik dərəcəsini artırır. Bu cür materiallar şagirdlər tərəfindən çətin mənimsənilir.
Təlim materialının öyrənməyə təsir edən əsas xüsusiyyətlərdən biri də onun əhəmiyyətidir. Çox vaxt dərsliklərdə və ya şagirdlərə təqdim olunan əlavə ədəbiyyatdakı materiallar bu tələbə cavab vermədiyinə görə şagirdlər tərəfindən rəğbətlə qarşılanmır, əksinə asanlıqla psixoloji doyumluluq yarada bilirlər. Öyrənmənin müvəffəqiyyətlə getməsi üçün material şagird üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına cavab verməlidir.
Təlim materialının anlaşıqlılığı onun öyrənilməsinə təsir edən əsas amillər- dəndir. Anlaşıqlıq dərəcəsi yüksək olan materiallar daha tez mənimsənilməklə yanaşı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və həmin material uzun müddət yaddan çıxmır. Anlama öyrənmənin səmərəli yollarından biridir. Şagird öyrəndiyini anlamalıdır. Şagird dərindən anlayaraq əsaslı şəkildə düşünərək öyrəndildə həmin materialı bir o qədər düzgün və möhkəm yadda saxlayır. müəllim öz şagirdlərinə başa salmalıdır ki, aydın olmayan, az anlaşılan məsələlərin üstündən keçməmiş, onları tamamilə aylayıb öyrənmək vacibdir. Ən düzgün və səmərəli yol fikirləşə-fikirləşə öyrənməkdir.
Təlim materialının strukturu, quruluşu da onun öyrənilməsinə, yaxşı ya pis mənimsənilməsinə öz təsirini göstərir. Materialın anlaşıqlığı yeni ilə köhnə, məlum olanla məlum olmayan arasındakı əlaqəyə, materialın strukturu isə bu əlaqənin necə, hansı yollarla yarandığına əsasən müəyyən edilir. Materialın həcmi də onun mənimsənilməsinə təsir edən mühüm xüsusiyyətlərdəndir. Materialın həcmi dedikdə, ona daxil olan ünsürlərin miqdarı nəzərdə tutulur. Mətndə verilmiş mənasız hecaların, rəqəmlərin miqdarı materialın həcmini müəyyən edir. Mənalı yadda saxlanılacaq materialın həcmini müəyyənləşdirmək çətindir. Mənalı təlim materialının həcmini yalnız mənimsənilməsi tələb olunan yeni anlayış və işlərin miqdarı ilə ölçmək mümkündür. Bu cür materialların həcmi onda müəyyənləşdirilən əlaqələrin və mühakimələrin miqdarı ilə ölçmək mümkündür. Materialın həcminin şişirdilməsi, şagirdlərdə yorğunluq, materiala qarşı ikrah hissi yaradır. Şagirdlər belə materialdan uzaqlaşmağa çalışırlar. Materialın həcmi az olduqda buradakı yeni anlayış və əlaqələrin miqdarı həddindən aşağı olduqda material şagird üçün maraqsız olur. Təlim materialının emosionallıq dərəcəsi də şagirdlərin həmin materialı mənimsəmələrinə təsir göstərir. Buraya materialın cazibədarlığı, şagirdlərdə müəyyən hiss və emosiya yarada bilmə xüsusiyyətlərini aid etmək olar. Mənfi emosional təsirə malik olan material isə bəzən pis, bəzən isə cansıxıcı materiala nisbətən yadda saxlanılır.
5. Mənimsəmə təlim fəaliyyətinin nəticəsi kimi səciyyələndirilir. Mənimsəmə biliklərin qəbul edilməsi, fikrən işlənməsi, yadda saxlanılması və əldə olunmuş biliklərin praktik və nəzəri tətbiqində istifadə edilməsi prosesidir. Mənimsəmənin psixoloji komponentləri məsələsini ilk dəfə olaraq N.D.Levitov elmə gətirmişdir. Mənimsəmənin əsas nəticələrindən biri şagirdlərdə elmi anlayışların forma- laşdırılmasıdır. Bunun ilkin şərti kimi analitik-sintetik fəaliyyəti əsas hesab edirlər.
Təlimin ilkin mərhələlərində analiz qeyri-dəqiq, tamamlanmamış, səthi və hadisələrin mahiyyətindən uzaq şəkildə həyata keçirilir. Bunun nəticəsi olaraq ümumiləşdirmə generalizasiyaya səbəb olur. Generalizasiya səhv ümumiləşdir-məyə deyilir. Bu cür səhv ümumiləşdirmələrin qarşısını almadıqda şagirdin əldə etdiyi bilik və bacarıq qüsurlu olur.Səhv ümumiləşdirmələrin qarşısını almaq üçün birinci növbədə onu doğuran səbəbləri bilmək və dərsdə bu cür hadisənin baş verməməsi üçün müvafiq iş aparmaq lazımdır. İ.F.Demidova generalizasiyanın yaranma səbəblərini aşağıdakı- lar kimi qruplaşdırır:
1/ Şagirdlərin məişət təcrübəsinin təlimdə yiyələndiyi anlayışların ilkin həyati ümumiləşdirmələrinə təsiri. Bir sıra şagirdlər üçün siçsn ev heyvanıdır, ona görə ki, o evdə yaşayır.2/ Şagirdin hissi qavrayışından irəli gələn təsirlər. Bəzən əyani, təsadüfi əlamət tez qavranıldığına görə ümumiləşdirmə də onun əsasında aparılır və genera- lizasiya hadisənin baş verməsinə səbəb olur.Təlim prosesində generalizasiya hadisəsi ən çox ikinci təsirdən doğur. Belə ki, şagirdlər oxşar, lakin təsadüfi əlamətə istinad etdikdə gəldikləri nəticə düzgün olmur, səhv ümumiləşdirmə özünü göstərir. Bununla bərabər, faktlar göstərir ki, generalizasiya hadisəsi çox vaxt müşahidə etdiyimiz cisim və hadisələrin mənim- sədiyimiz məfhum və qaydaların xüsusiyyətləri ilə meydana gəlməsi üçün şərait yaradır.
Mənimsəmənin dörd mərhələsini ayırd edirlər: 1/ təlim materialı və tanışlıq; 2/ mənalandırma; 3/ yaddasaxlama; 4/ praktikaya tətbiq etmə.
Mənimsəmənin nəticəsi bilik, bacarıq və vərdişlərin qazanılması ilə ölçülür. Bilik təlimin məzmununun nüvəsini təşkil edir. Biliklərin əsasında şagirdlərdə bacarıq və vərdişlər formalaşır, əqli və praktik hərəkətlər təşəkkül tapır və biliklər şagirdlərin dünyagörüşü, inamları və estetik baxışlarının əsasını qoyur. Biliklərin mənimsənilməsindən danışmazdan əvvəl hansı biliklərin bilavasitə bilik kimi səciyyələndiyini, hansı biliklərin şagirdlər üçün zəruri olduğunu bilmək lazımdır.
Bilik anlayışı çox məzmunludur. Bilik həm şüurun bir hissəsi kimi, həm də predmet və hadisələrin müxtəlif səpkidə inikası, idrakın məhsul və nəticəsi, dərk olunan obyektin şüurda canladırılması kimi səciyyələndirilir. Biliyin keyfiyyəti şagirdlərin idrak fəaliyyətindən asılıdır.
6. Mənimsəmənin psixoloji komponentlərinin olmaması təlimdə müəyyən müvəffəqiyyətlər əldə olunmasına maneçilik törədir və təlimin optimallaşdırılma- sının qarşısını alır. Mənimsəmənin effektivliyini təmin edən psixoloji kompo- nentlərə aşağıdakılar aiddir:
* Şagirdlərin təlimə müsbət münasibəti. Psixoloji tədqiqatlar göstərir ki, şagirdlərin təlimə müsbət münasibəti bir sıra cəhətləri formalaşdırmağa imkan verir. Şagirdlərin təlimə müsbət münasibətinin yaranmasına təlim materialının elmi məzmunluluğu, onun praktika ilə əlaqəsi, şagirdlərin idrak-axtarış fəaliyyətinin təşkili, anlamanın emosional xarakteri və s. təsir göstərir.
* Materialla vasitəsiz şəkildə hissi tanışlıq. Buraya təsvirçilik, predmetlilik və sözlü əyanilik daxildir. Materiallarla vasitəsiz hissi tanışlıq təlimin optimal- laşdırılmasına hərtərəfli təsir göstərir.
* Təfəkkür prosesinin materialın fəal işlənməsi prosesi kimi nəzərdən keçirilməsi. Burada təfəkkür anlama prosesi kimi nəzərdən keçirilir. Tanış olmayan materialın artıq tanış olan materialla assosiasiya edilməsi mənimsəmənin nəticəsinə müsbət təsir edir.
* Alınmış və artıq işlənmiş informasiyanın yaddasaxlanması və möhkəm- ləndirilməsi prosesi (dərk olunmuş təlim materiallarının yaddasaxlanması nəinki zəruridir və həm də mexaniki effektivliyə malikdir.
Dostları ilə paylaş: |