Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə29/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   ...   25   26   27   28   29   30   31   32   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

Təlim prosesində öyrədən müəllim, öyrənən isə şagird (tələbə) olur. Onların qarşılıqlı təsiri nəticəsində şagird (tələbə) bilik və vərdişlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir.

Təlimin müvəffəqiyyəti psixoloji cəhətdən bir-biri ilə bağlı olan 3 amildən asılıdır: nəyi öyrədirlər, kim və necə öyrədir, kimi öyrədirlər.

Birincisi, təlimin xarakteri mənimsəməli olan materialdan, onun məzmun və sistemindən asılıdır. Təlimin məzmununun düzgün seçilməsinə xüsusi diqqət yetirilməlidir. Təlimin məzmunu düzgün seçilmədikdə şagirdlərə dolaşıq, çətin, yenilik xarakteri daşımayan materiallar təqdim olunduqda onlarda asanlıqla həmin materiallara qarşı psixoloji doyumluq yaranır. Təlim prosesində fəallıq aradan qalxır.İkincisi, təlimin xarakteri müəllimin şəxsi keyfiyyət lərindən pedaqoji və metodiki ustalığından, hər bir halda tətbiq etdiyi konkret tədris metodundan, şagirdlərin psixologiyasını bilməsindən asılıdır. Üçüncüsü, təlim prosesi şagirdlərin xüsusiyyətlərindən, onda təlimə qarşı münasibətin yaranmasından çox asılıdır.

 Təlim prosesi şagirdlərin (tələbələrin) fərdi-psixoloji və yaş xüsusiyyətləri ilə sız şəkildə bağlıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini təşkil etmək və lazımi müvəffəqiyyətə nail olmaq mümkün deyildir.

İnsan təlimin köməyi ilə bəşəriyyətin təcrübəsinə yiyələnir. Həmin təcrübənin öyrənilməsinin, mənimsənilməsinin başlıca yolu təlimdir.
3.Təlimin psixoloji strukturuna aşağıdakıları daxil etmək mümkündür: idrak tələbatları, təlim motivlərinin məqsədləri və vəzifələri, tədris işləri, özünənəzarətə keçən nəzarət, özünüqiymətləndirməyə keçən qiymətləndirmə. Öyrənmə insanın idrak tələbatlarından başladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevrilir. İdrak motivləri və vasitəli motivlər şagirdi (tələbəni) öyrənməyə təhrik edir. Nəticədə şagirddə (tələbədə) idrak tələbatı yaranır. Bu mənada təlimin motivləşməsi, motivasiya sahəsinin yaranması mühüm əhəmiyyətə malikdir. Öyrənmənin (təlimin) strukturunda təlim məqsədləri vəzifələrinin də özünəməxsus yeri və rolu vardır.

Öyrənmə planlı, müəyyən məqsəd və vəzifələri yerinə yetirəcək şəkil aldıqda təlimə çevrilir, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə gətirib çıxarır. Təlim fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdişlərin əldə edilməsindən ibarətdir. Tədris işləri müxtəlif olur. Buraya təhrikedici (icraedici), proqram məqsədli, fəal əməliyyatlı, nəzarət-tənzimedici (qiymətləndirici) işləri aid etmək olar. Təhrikedici işlər insanı fəaliyyətə yönəldir. Proqram məqsədli işlər proqram tələblərini ödəməklə bağlı olan şifahi və yazılı çalışmalardan, laborator işlərdən və s. ibarət olur.

Fəal əməliyyatlı tədris işləri şagirdlərin fikri fəaliyyətini fəallaşdırmağa yönəldilən, onlarda idrak fəallığı yaradan işlərdir. Bu cür tədris işləri şagirdlərin (tələbələrin) əqli inkişafına təkan verir. Onlar oxuduqlarını yadda saxlayıb yada salmaqla kifayətlənmir, eyni zamanda həmin materialı dərk edir, anlayırlar. Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici tədris işlərinin də rolu çox böyükdür. Bu işlər qiymətləndirici, yoxlayıcı xarakter daşıyır. Bunların köməyi ilə şagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur. Burada özünənəzarətə keçən nəzarətin və qiymətləndirmənin rolu da xüsusilə böyükdür.
4. Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən biri olmuşdur. Lakin ilk baxışda asan görünən bu məsələ daim mübahisələrə səbəb olmuş, təlim və inkişafın qarşılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə şərh olunmuşdur. Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın arxasınca gedir və ona uyğunlaşır. Bu fikrinə əksinə olaraq rus psixoloqu L.S.Vıqotski təlim və tərbiyənin uşağın psixi inkişafında həlledici rolunu göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəlidə gedir və onu arxasınca aparır.

Məşhur isveç psixoloqu J.Pyaje bu məsələdə V.Şternə uyğun mövqe tutmuşdur. O belə hesab edir ki, uşağın psixi inkişafı özünü daxili qanunlarına malikdir və bir sıra özünəməxsus mərhələlərdən keçir. Alimin fikrincə, təlim inkişafa heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də, təlim inkişafa uyğunlaşmalı və onun tənzim edilməsi üçün məhz inkişafın səviyyəsi əsas götürülməlidir. Bununla da J.Pyaje təlimin inkişafetdirici təsirini kölgədə buraxır. Məşhur Amerika psixoloqu C.Bruner isə bu məsələdə tamamilə başqa bir mövqe tutmuş, təlimin inkişafdakı rolunu həddindən artıq şişirtmişdir.Onun fikrincə, hər bir uşaq inkişafın istənilən mərhələsində, əgər həmin yaş üçün optimal olan təlim materialları tapılıbsa, əgər uşaq yaxşı yaxşı təlim görərsə, o zaman o materialı tamamilə yaxşı mənimsəyə bilər. C.Bruner şagirdlərin əqli inkişafında təlim prosesinin həlledici rol oynadığını qəbul etsə də uşağın yaş xüsusiyyətlərini nəzərə almır. Bütün bu fikirlər bir daha göstərir ki, təlim və psixi inkişafın qarşılıqlı əlaqəsinin düzgün müəyyənləşdirilməsi ilk növbədə təlimin struktur komponentlərinin dəqiq müəyyən edilməsindən asılıdır. Bu cəhəti nəzərə alaraq L.S.Vıqotski təlimin strukturu konsepsiyasını izləməyə xüsusi diqqət yetirmişdir. L.S.Vıqotski bilik, bacarıq və vərdişlərə, ümumi keyfiyyətlərə, qabiliyyətlərə yiyələnməyin mümkün olduğunu aşkara çıxarmışdır. O, birinci cəhəti (bilk, bacarıq və vərdişlərə yiyələnməni) təlim (öyrənmə), ikincisi isə inkişaf adlandırmışdır. Alimin fikrincə, təlimdə mənimsəmənin əsas predmetini bilik və qabiliyyət haqqında təcrübə təşkil edir.


5. L.S.Vıqotskiyə görə, təlim inkişafın əsas amilidir. Təlimin həmişə inkişafdan irəlidə getməsi və onu da öz arxasınca aparması fikrini əsas götürən L.S.Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsini və zanasını müəyyən etmişdir.

L.S.Vıqotski və onun əməkdaşları təlimlə əlaqədar baş verən əqli inkişafın iki səviyyəsini və ya zonasını müəyyən etmişlər. Onlar birinci səviyyəni “inkişafın fəal, aktual zonası” adlandırmışlar. Bu zanaya malik olan şagird gündəlik dərsləri, verilmiş təlim tapşırıqlarını müstəqil surətdə yerinə yetirir, özü başqasının köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir.

Müəllimin şərh etdiyi bəzi cəhətləri izah etməyə təşəbbüs göstərir və onda əqli inkişaf elə bir səviyyəyə çata bilir ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyac olmadan həll edə bilir. Bütün bunların nəticəsində şagird bilikləri müstəqil mənimsəyir, əsaslarına özü yiyələnməyi bacarır.

 Əqli inkişafın səviyyəsində uşaq bir növ yaşlıların: müəllimlərin, valideynlərin köməyi ilə nailiyyət əldə edə bilir. L.S.Vıqotski bu inkişaf səviyyəsini “inkişafın yaxın zonası” adlandırmışdır. Psixoloq bu haqda belə yazır:”Uşaq nəyi ki, yaşlının köməyi ilə etmək iqtidarındadır, bu onun yaxın inkişaf zonasını göstərir. Yaxın inkişaf zonası uşağın sabahkı gününü, onun inkişafının dinamik vəziyyətini müəyyənləşdirdə bizə kömək göstərir”.

Təlim prosesi öz səmərəli nəticəsini vermək və şagirdlərin əqli inkişafına əsaslı təsir göstərmək üçün məhz «inkişafın yaxın zonası»na uyğun təşkil olunmalıdır. Təlimin məzmununu, forma və vasitələrini seçərkən bu tələb birinci tələb kimi nəzərə alınmalıdır. L.S.Vıqotski haqlı olaraq uşağın öyrənməyə qabil olmadığı işləri ona öyrətməyə çalışmaq, onun müstəqil yerinə yetirə bildiyini ona öyrətmək qədər mənasızdır. Bununla yanaşı təlim fəaliyyətinin səmərəliliyini təmin etmək üçün şagirdlərin mənimsəmə imkanlarının aşkara çıxarılması da ən zəruri şərtlərdəndir.

Şagirdlərin mənimsəmə imkanlarının aşkara çıxarılmasında yaş həssaslığı haqqında psixologiyada toplanmış məlumatların əhəmiyyəti böyükdür. Uşağın inkişafının ayrı-ayrı mərhələlərində psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır. Bunlardan bəzisi müvəqqəti, keçici xarakter daşıyır. Psixi fəaliyyətin ayrı-ayrı dövrlərinin olması və əsaslanması üçün optimal vaxt mövcuddur.

Bu cür yaş dövrləri bu və ya digər xüsusiyyət və keyfiyytin inkişafı üçün nisbətən optimal olarsa həmin dövrləri 2senzitiv dövrlər» adlandıra bilərik. Məsələn, nitqin inkişafı üçün 1 yaşdan 5 yaşa qədər olan dövr, riyazi qabiliyyət- lərin formalaşması üşün 15-20 yaş senzitiv dövr hesab olunur.

Psixi inkişafın senzitiv dövrlərinin əhəmiyyətini qeyd edərək L.S.Vıqotski yazırdı: «bu dövrdə hissi həssaslıq inkişafda dərin dəyişikliklər əmələ gətirmək onun bütün gedişinə müəyyən təsir göstərir». Ona görə də şagirdlərlə aparılan təlim işini onların psixi inkişafının «senzutuv dövrlərin»ə uyğunlaşdırmaq təlim prosesini optimallaşdırmağın mühüm şərtlərindən biridir.


Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin