MÖVZU 9. TƏLİM PSİXOLOGİYASI. TƏLİM ANLAYIŞININ PSİXOLOJİ ƏSASLARI
PLAN:
Pedaqoji psixologiyada təlim nəzəriyyələri
Təlimin psixoloji məzmunu
Təlimin psixoloji strukturu
Təlim və psixi inkişafın əlaqəsinə dair mövqelər
Təlim prosesində əqli inkişafın səviyyələri
1. Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problem kimi həlli ilk növbədə onun n
əzəri əsaslarını, qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivlərinin, məqsədlərinin və vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərindən irəli gələn konsepsiyaların aşkara çıxarılması pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab edilir. Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər. Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim nəzəriyyələri diqqəti cəlb edir: 1/İzahlı təlim (ənənəvi təlim); 2/ proqramlaşdırılmış təlim; 3/ Problemli təlim; 4/ Tərbiyəedici təlim.
İzahlı illüstrativ təlimdə müəllim subyekt, tələbə isə obyekt idarəetmənin əsas ünsürləridir. Onların arasında düz və əks əlaqə mövcuddur. Müəllim materialı izah edir, faktları sübut edir, əsaslandırır, sxemlər çəkir, təcrübə nümayiş etdirir. Şagird isə baxır, müəllimə qulaq asır, materialı dərk etməyə çalışır, düşünür, müqayisə edir, ümumiləşdirir, təsəvvüründə canlandırır. Bu o deməkdir ki, düz əlaqə vasitəsi ilə müəllimdən şagirdə müəyyən informasiya verilir. Müəllim əks əlaqə kanalı vasitəsi ilə sinfin bütün şagirdlərinin materialı mənimsəmə səviyyəsi haqqında məlumat əldə edə bilməz. Buna onun fiziki imkanı da çatmaz. Ənənəvi təlimin əsas nöqsanı da bundan ibarətdir.
Dostları ilə paylaş: |